Ceff Natanson — amerikalı kinorejissor və ssenarist və kinoprodüser. O, Pik saatı sikvelləri, Bacarırsansa, tut məni, Terminal, Axırıncı zərbə kimi filmlərdəki işləri ilə tanınır. O, həmçinin Corc Lukasla bərabər İndiana Cons və Kristal kəllə krallığı filminin süjetinin həmmüəllifi olmuşdur. Bu filmin ssenarisi Devid Koepp tərəfindən yazılmış və film 22 may 2008-ci ildə nümayiş olunmuşdur.

Erkən həyatı və təhsili

Natanson Kaliforniyanın Los-Anceles dairəsində anadan olmuşdur. O, 1983–1985-ci illərdə Santa-Barbara Kaliforniya Universitetində ingilis dili ixtisası üzrə təhsil almışdır. Santa-Barbara kampusunda təhsil aldığı müddətdə universitetin Daily Nexus adlı qəzetində işləmiş və burada keçdiyi dərslərin onda ssenarist olmaq istəyi yaratdığını bildirmişdir. Daha sonra isə o, bir il müddətinə AFI Konservatoriyasının ssenaristlik proqramına daxil olmuşdur.

İstinadlar

Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ kinorejissorları