thumb|I mövsümün posteri. Ön plandakı personajlar: Vakana Qoco (solda) və Marin Kitaqava (sağda). "My Dress-Up Darling" Şiniçi Fukuda tərəfindən yazılan və illüstrasiya olunan eyniadlı manqa seriyasına əsaslanan anime serialıdır. "CloverWorks" studiyası tərəfindən çəkilən anime serialının rejissoru Keysuke Şinohara, ssenaristi Yoriko Tomita, personaj dizayneri və baş animasiya rejissoru Kazumasa İşihara, bəstəkarı Takeşi Nakatsuka və səs rejissoru Akiko Fucitadır. Anime serialı manqanın ilk 11 cildini əhatə edir.

Anime serialı hina kuklalarını çox sevən, boş vaxtlarında babasının emalatxanasında hina kuklaları hazırlayan lisey tələbəsi Vakana Qocodan bəhs edir. Bu hobbisinə görə uşaqlıqdan etibarən həmyaşıdları tərəfindən ələ salınan Vakananın heç bir dostu yoxdur və məktəbdə də populyar deyil. Onunla eyni sinifdə oxuyan Marin Kitaqava isə çox gözəl və çox populyar qızdır. İlk baxışdan fərqli dünyaların insanları kimi görünürlər. Bir gün Vakana məktəbin tikiş otağında gizlicə işləyərkən içəri daxil olan Marin Vakananın tikiş bacarıqları olduğunu öyrənir və ondan kömək istəyir: Marin böyük kospley fanatıdır, lakin kostyum hazırlamaqda heç yaxşı deyil. Vakana Marinin kospley bələdçisi olmaq təklifini qəbul edir. Marinin dəstəyi ilə Vakana sosiallaşmağa və özünəinam qazanmağa başlayır. Eyni zamanda onlar arasında romantik münasibətlər inkişaf edir.

Anime serialının birinci mövsümü 9 yanvardan 27 mart 2022-ci ilə qədər yayımlanmış və 12 seriya davam etmişdir. Açılış mahnısı "Spira Spica" tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı Akari Akase tərəfindən ifa olunan mahnısıdır. İkinci mövsüm 6 iyuldan 21 sentyabr 2025-ci ilə qədər yayımlanmışdır. Açılış mahnısı "Spira Spica" qrupu tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı "PiKi" qrupu tərəfindən ifa olunan "Kawaii Kaiwai" mahnısıdır. 24 sentyabr 2022-ci ildə anime serialının rəsmi fanat kitabı buraxılmışdır.

Mövsümlər

Seriya siyahısı

I mövsüm (2022) Azərbaycanca adıYaponca adı Rejissor Hekayə lövhəsi Animasiya rejissoru Yayım tarixi

II mövsüm (2025) Azərbaycanca adıYaponca adı Rejissor Hekayə lövhəsi Animasiya rejissoru Yayım tarixi

Ev buraxılışı Animenin seriyaları Yaponiyada Blu-ray və CD cildləri şəklində buraxılmışdır. + Aniplex+ (Yaponiya – Region 2/A) Cild Seriyalar Üzlük personajı (kospley) Buraxılış tarixi İst. I mövsüm 1 1–2 Marin Kitaqava 23 mart 2022 2 3–4 Marin Kitaqava (Şizuku Kuroe) 27 aprel 2022 3 5–6 Sacuna İnui (Qara Lili) 25 may 2022 4 7–8 Marin Kitaqava (Qara Lobeliya) 29 iyun 2022 5 9–10 Şincu İnui (Soma Tenqeci) 27 iyul 2022 6 11–12 Marin Kitaqava (Liz-kyun) 31 avqust 2022 II mövsüm 7 13–14 Marin Kitaqava (Arisa İzayoi) 24 sentyabr 2025 8 15–16 Çitose Amano (Subaru Hatsuseqava) 29 oktyabr 2025 9 17–18 Marin Kitaqava (Rey Koqami) 26 noyabr 2025 10 19–20 Marin Kitaqava 24 dekabr 2025 11 21–22 Marin Kitaqava 28 yanvar 2026 12 23–24 Marin Kitaqava (Rouz) 25 fevral 2026

Qeydlər

İstinadlar

Kateqoriya:Anime seriyalarının siyahıları Seriyalar