Əbu Məhəmməd Abdullah ibn Müslüm ibn Quteybə əd-Dinəvəri (; ) — Quran elmləri, dilçilik, ədəbiyyat, hədis və tarixlə bağlı əsər qələmə almış alim.

Bioqrafiyası İbn ən-Nədimin verdiyi məluata görə Kufədə doğulub.

İlk təhsilini atasından və Cahizdən almışdır. İshaq ibn Rəhuyədən fiqh, təfsir, hədis, Məhəmməd ibn Ziyad əz-Ziyadi ilə Əbül-Xəttab Ziyad ibn Yəhya əl-Həssanidən dilçilik, ədəbiyyat, qiraət, İbrahim ibn Süfyan əz-Ziyadi ilə Əbül-Fəzl Abbas ibn Fərəc ər-Riyaşidən nəhiv, lüğət, Əbu Hətim əs-Sicistanidən Quran elmləri və şeir öyrənmişdir. Bu sahələrdə özünü yetişdirdi. Təhsil almaq məqsədilə Xorasan, Məkkə və Bəsrəyə səfərlər etdi və Bəsrədə Divani-Məzalim sədri vəzifəsində işlədi.

Həyatının böyük hissəsini Bağdadda keçirdi, burada mötəzilə ilə Əhli-Sünnə arasında keçirilən elmi debatlarda iştirak etdi. Bu debatlar onun kəlam sahəsinə üstünlük verməsinə səbəb oldu. Mötəzilədən ayrıldı və mühəddislərin toplantılarında iştirak etdi. Bu zaman zərfində dövrünün qabaqcıl şəxsiyyətləri ilə tanış oldu. Bu şəxsiyyətlərdən biri olan Abbasi vəziri Əbül-Həsən ibn Xaqana "Ədəbül-katib" əsərini ithaf etdi. Onun vasitəsilə Dinəvər qazısı təyin edildi. İyirmi il bu vəzifəni yerinə yetirdikdən sonra Bağdada qayıtdı.

1 Rəcəb hicri 276-cı (oktyabr 889) ildə burada vəfat etdi.

Əsərləri O, 60–65 əsərin (bəzi mənbələrə görə 300) müəllifidir. Onun daha çox dilçilik, ədəbiyyat, hədis və Quran elmlərinə aid əsərləri dövrümüzə qədər gəlib çatmışdır. İbn Quteybənin müəllifi olduğu əsərlərdən bəziləri bunlardır: Qəribül-hədis, Təvilü müxtəlifil-hədis, əl-Müştəbih minəl-hədis vəl-Quran, Qəribül-Quran, Təvilül-mükilil-Quran və s.

İstinadlar

Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:İslam tarixi Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:Ensiklopediyaçılar Kateqoriya:Ərəb ədəbiyyatı Kateqoriya:Ərəb yazıçılar Kateqoriya:Hənbəlilər Kateqoriya:İran tarixçiləri