Fariz Qəribxan oğlu Əliyev (28 noyabr 1983; Bakı şəhəri) — Azərbaycanlı ssenarist, redaktor, prodüser.

Həyatı Fariz Əliyev 1983-cü il, noyabrın 28-i Bakı şəhərində anadan olub.

Fəaliyyəti 2001-ci ildən Şən və Hazırcavablar Klubunda fəaliyyət göstərib. 2004-cü ildən 2008-ci ilə qədər Yeni Bakılılar Klubunun prezidenti kimi ölkədə Universitetlər arasında ŞHK çempionatları təşkil edib. 2002-ci ildən ŞHK komandalarına ssenarilər yazmağa başlayıb. 2003-cü ildə ANS TV-də ilk televiziya fəaliyyətinə başlayıb. ANS Tv, Space Tv, Lider Tv, ATV, İTV, Xəzər Tv-də ssenarist, redaktor və layihə rəhbəri kimi fəaliyyət göstərib. Məşhur “Akademiya” mahnı yarışması realiti şousunun baş redaktoru, televiziyada ilk qol gücü yarışması layihəsinin (“Var gücü ilə”-İTV) layihə rəhbəri və baş redaktoru olub. Yumoristlərin ilk televiziya yarışması olan “Gülüş Ulduzu” layihəsinin (Xəzər TV) layihə rəhbəri və baş redaktoru olub. 2010-2014-cü illərdə “M-Grup” prodakşında, 2015-2017-ci illərdə SOY prodakşında ssenarist kimi işləyib. Bir çox serial və verilişlərin ssenari müəllifi olub. 2019-cu ilin yanvarından 2022-ci ilin may ayına qədər ARB Televiziyasında ilk olaraq baş prodüser, sonradan isə İcraçı direktorun müavini vəzifələrində çalışıb. 2022-ci ilin may ayından 2024-cü ilin aprel ayına qədər ATV telekanalında icraçı direktorun yaradıcılıq işləri üzrə müavini vəzifəsində fəaliyyət göstərib. 2024-cü ilin iyulun 1-dən sentyabrın 1-ə qədər MTV Azərbaycan telekanalında icraçı direktor əvəzi işləyib.

Filmoqrafiya “My name is İntiqam” ideya və ssenari müəllifi-2014 “My name is İntiqam-2” ideya və ssenari müəllifi-2015 “Gizlənpaç” ideya və ssenari müəllifi-2016 “Şər Qarışanda” ideya və ssenari müəllifi-2016 “Hoqqa” baş prodüser,ideya və ssenari müəlifi-2017 “Bayram Axşamı” ssenari müəllifi-2017 “Qızqaçırtma” ideya və ssenari müəllifi-2017 “Ağ Tük” ideya və ssenari müəllifi-2018 “Qızqaçırtma-2” ideya və ssenari müəllifi-2018 “Əfsanə Qayıdır” Baş prodüser,ideya və ssenari müəllifi-2018 “Taxta Ayı” ideya və ssenari müəllifi-2019 “Gələrsən Görərsən” ideya və ssenari müəllifi-2019 “Səbət Gilas” ssenari məsləhətçisi-2019 "Beş Betər” ideya və ssenari müəllifi-2021 “Geri Dönənlər” Baş prodüser,ssenari müəllifi-2022 “Cin Atı” Baş prodüser,ideya və ssenari müəllifi-2023

İstinadlar

Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan prodüserləri Kateqoriya:Azərbaycan redaktorları