Osvaldo Draqun ({) — görkəmli Argentina dramaturqu, Servantes Teatrının direktoru.
Həyatı və yaradıcılığı Osvaldo Draqun Argentinanın Entre Rios əyalətindəki San Salvador yaxınlığındakı yəhudi kənd təsərrüfatı qəsəbəsi olan Colonia Berroda anadan olmuşdur. Atasının kətan toxumu ferması çəyirtkə problemləri ilə üzləşdiyindən ailə Buenos-Ayresə köçmüşdür.
1953-cü ildə teatrla məşğul olmaq üçün universitet təhsilini yarımçıq qoymuşdur. 1956-cı ildə Fray Mocho teatrında ilk əsəri — La peste viene de Melos ("Melosdan gələn vəba") səhnələşdirilmişdir. Bu tamaşada Qvatemala prezidenti Yakobo Arbenzə qarşı dövlət çevrilişi ilə bağlı siyasi motivlər də əksini tapmışdır.
Sonrakı illərdə Draqun Fray Mocho üçün mübahisəli, lakin uğurlu əsərlər yazmağa davam etmişdir. Onun ən məşhur pyeslərindən bəziləri Historias para ser contadas ("Nağıl ediləcək nağıllar"), Historia del hombre que se convirtió en perro ("İtə çevrilən adamın hekayəsi") və Heroica de Buenos Aires (1966) əsərləridir.
1960-cı illərin əvvəllərindən Latın Amerikası ölkələrinə və ABŞ-a səfərlər etmiş, müxtəlif teatr tamaşalarına rəhbərlik etmişdir. Onun Historias con cárcel ("Hekayələr və həbsxana") əsəri xüsusi populyarlıq qazanmışdır.
1969-cu ildə Campana Komediya Teatrının yaradılmasına kömək etmişdir. Sonrakı illərdə "Argentina Açıq Teatrı" hərəkatının təşəbbüskarlarından biri olmuş və sənətdə ifadə azadlığının bərpası üçün çalışmışdır.
1980-ci illərdə yeni əsərlər yazmış, 1987-ci ildə Havanada Latın Amerikası və Karib hövzəsi Teatr Məktəbini qurmuş, 1989-cu ildə isə Buenos Ayresdə Populyar Teatrı yenidən açmışdır.
1996-cı ildə Servantes Milli Teatrının direktoru təyin olunmuş, 14 iyun 1999-cu ildə ürək çatışmazlığından vəfat etmişdir.
Əsərləri La peste viene de Melos (1956) Historias para ser contadas (1957) Los de la mesa 10 (1957) Túpac-Amaru (1957) Desde el 80 (1958) El jardín del infierno (1959) Historia de mi esquina (1962) Y nos dijeron que éramos inmortales (1963) Milagro en el mercado viejo (1963) Amoretta (1964) Una mujer por encomienda (1966) Heroica de Buenos Aires (1966) El amasijo (1967) Des en la ciudad (1967) Un maldito domingo (1968) Historias con cárcel (1972) Pedrito el Grande (1973) Y por casa, cómo andamos? (1979) Al violador (1981) Mi obelisco y yo (1981) Al vencedor (1982) Al perdedor (1982) Hoy se comen al flaco (1983) Hijo del terremoto (1986) Mi abuelo y yo (1987) Arriba, corazón! (1987) Volver a la Habana (1990) El profesor visitante (1992)
Filmoqrafiya Cədvəl 10-da olanlar (1960) – ssenari müəllifi Zəncirlənmiş adam (1964) Kolumb ailəsi (1967, televiziya) – ssenari müəllifi Qapalı ölkə, açıq teatr (1990) Xidmət vaxtı (1987)
Azərbaycanda 1964-cü ildə Azərbaycan Televiziyasında Kamil Rüstəmbəyovun rejissorluğu ilə Osvaldo Draqunun İtə çevrilən adam əsəri əsasında Zəncirlənmiş adam adlı qısametrajlı film çəkilmişdir. Filmin ssenari müəllifi Ənvər Əlibəyli olmuşdur.
İstinadlar
Kateqoriya:1929-cu ildə doğulanlar Kateqoriya:Dramlar