Klosternoyburq abbatlığı (almanca: Stift Klosterneuburg) — Avstriyanın aşağı Avstriya əyalətindəki Klosterneuburq şəhərində yerləşən 12-ci əsrə aid Katolik Kilsəsinin Avqustin monastırı. Dunay çayına baxan və Vyana şəhər sərhədlərindən bir qədər şimalda, Leopoldsberq yaxınlığında yerləşən monastır, 1114-cü ildə Avstriyanın himayədar müqəddəsi olan Babenberqli Müqəddəs III Leopold və onun ikinci həyat yoldaşı Almaniyalı Aqnes tərəfindən təsis edilmişdir. Abbatlıq kilsəsi, Məryəmin Doğulmasına (Maria Geburt) həsr edilmişdir və 1136-cı ildə təqdis edilmiş, 17-ci əsrdə Barokko üslubunda yenidən qurulmuşdur.
Tarix
12-ci əsrin əvvəllərində İnvestitura Mübahisəsi zamanı Babenberqli Markqraf III Leopold Papalığın tərəfində duraraq İmperator IV Henrixə qarşı çıxdı. 1106-cı ildə imperatorun oğlu, atasına qarşı Papalığın tərəfində duran İmperator V Henrix, Leopoldun sədaqətini qiymətləndirərək onun xidmətlərinə görə bacısı Agnes ilə evlənməyi təklif etdi. Aqnes, Şvabiya hersoqu I Fridrixin dul qadını idi. Leopold, yaxın zamanda ilk həyat yoldaşını itirmişdi və İmperator Salian sülaləsinin bu qızı ilə evlənməyi qəbul etdi.Rennhofer 1999, p. 6.
İstinadlar
Xarici keçidlər Stift Klosterneuburg official website Augustinian Canons official website The Warburg Institute Iconographic Database (photos of the enamelled plaques of the Klosterneuburg Altarpiece) Altar of Plenty pedaqoji onlayn kataloq, Sara Lourens Kollecinin fəxri professoru Elfi Reymond (1931-2012) teoloji proqramı və yazıları sənədləşdirdi.
Kateqoriya:Vyanadakı dini muzeylər Kateqoriya:Günbəzli kilsə binaları Kateqoriya:Roma-Katolik kilsəsi Kateqoriya:Katolik məbədlər Kateqoriya:Maass incəsənəti Kateqoriya:1114-cü ildə yarananlar