Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti – Muxtar Respublikaya idxal edilən təbii qazın qəbul edilməsi, nəqli, paylanması və satışı sahəsində (bundan sonra-müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Xidmət barədə ümumi məlumatlar Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştampa və blanka malikdir.

Xidmətin aparatının, qurumlarının saxlanması və maddi-texniki təminatı xərcləri təbii qazın satışından daxil olan vəsait və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Xidmət Naxçıvan şəhərində yerləşir, ünvanı: Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, N. Tusi küçəsi 7.

Tarixi "Naxçıvanqaz" İstehsalat Birliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 01 oktyabr tarixli 241–03/S nömrəli Sərəncamına əsasən yaradılmışdı. Həmin Sərəncama əsasən Birlik Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyinin "Naxçıvan" filialının varisi idi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 noyabr 2010-cu il tarixli 105 №-li Sərəncamı ilə Birliyin Nizamnaməsi və strukturu təsdiq edilib.

Həmin Nizamnamənin 1.3-cü bəndinə əsaəsn Birliyin qısadılmış adı "Naxçıvanqaz" İB kimi yazılırdı.

Bu Birlik qanunvericiliklə tələb olunan şəkildə qeydiyyatdan keçdikdən və Hüquqi şəxslərin dövlət reyestrinə daxil edildikdən sonra hüquqi şəxs statusunu almış, qeyri-müyyən müddətə yaradılmışdı.

Birliyin Nizamnaməsinin 2.3-cü bəndinə əsaəsn onun fəaliyyəti Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamları, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları və Birliyin nizamnaməsi əsasında təmzimlənirdi.

Bu Birlik maddi və qeyri-maddi əmlaka, hüquqlara, müstəqil balansa, banklarda hesablaşma hesabına, üzərində dövlət gerbi təsvir edilmiş və tam adı olan möhürə malik idi (bənd 2.4).

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 4 noyabr 2019-cu il tarixli 411–05/S nömrəli Sərəncamına əsasən Muxtar Respublikada qaz təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə "Naxçıvanqaz" İstehsalat Birliyinin əsasında Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti yaradılıb.

İstinadlar

Kateqoriya:Azərbaycanda təbii qaz