Beytül-Mükərrəm məscidi (benqalca: বায়তুল মোকাররম; mənası "Hörmətli Ev") — rəsmi olaraq Beytül-Mükərrəm Milli Məscidi (benqalca: বায়তুল মোকাররম জাতীয় মসজিদ) kimi tanınır, Banqladeşin milli məscididir. Banqladeşin paytaxtı Dəkkənin mərkəzində yerləşir. Məscid 1968-ci ildə tamamlanmışdır.Thariani and Co: Architects and Engineers. Booklet in section under projects completed "mosques". 42.000-dən çox ibadətçinin tutumuna malikdir.
Tarix
Məscid kompleksi memar Əbdülhüseyn M. Tariani tərəfindən layihələndirilmişdir. 27 aprel 1959-cu ildə, o vaxtkı "Bawani Jute Mills"-in sahibi Əbdül Lətif İbrahim Bavani, öz evində GA Madani, Hacı Əbdül Lətif Bavani, MH Adamci, S Sattar, Məhəmməd Sadiq, AZM Rezai Kərim və General-mayor Umrao Xan ilə bir görüş keçirdi. Həmin görüşdə o, Şərqi Pakistanın o vaxtkı hərbi inzibatçısı General-mayor Xana Dəkkədə böyük bir məscid inşa etməyi təklif etdi. Umrao Xan belə bir məscidin tikintisinə kömək etməyə razılaşdı. Elə həmin il, Baitul Mukarram məscid komitəsi yaradıldı və yeni Dəkkə ilə Köhnə Dəkkə arasında 8,30 akr torpaq sahəsi yer olaraq seçildi. Həmin vaxt, indiki məscidin yerində böyük bir gölməçə var idi. Paltan gölməçəsi kimi tanınırdı. Gölməçə dolduruldu və 27 yanvar 1960-cı ildə Pakistanın o vaxtkı prezidenti Əyyub Xan işə başladı. İlk dəfə namazlar 25 yanvar 1963-cü il cümə günü qılındı. 28 mart 1975-ci ildə Banqladeş Hökuməti məscidin idarəsini Banqladeş İslam Fonduna həvalə etdi.
Məscid kompleksi içində mağazalar, ofislər, kitabxanalar və parkinq yerləri daxildir. Qeyri-adiliyi, məscidin günbəzinin olmamasıdır. 2008-ci ildə məscid Səudiyyə Ərəbistanı hökumətinin ianəsi ilə genişləndirilmişdir.
İstinadlar
Xarici keçidlər
Baitul Mukarram the National Mosque of Bangladesh Baitul Mukarram National Mosque
Kateqoriya:1968-ci ildə tamamlanmış məscidlər Kateqoriya:Banqladeş Kateqoriya:Banqladeşdə islam Kateqoriya:Banqladeş tikililəri Kateqoriya:Məscid qaralamaları