Kameo çıxışı (), həmçinin kameo rolu və ya qısaca kameo, tanınmış bir şəxsin və ya personajın ifaçılıq sənəti nümunəsində qısa müddətli qonaq çıxışıdır. Bu rollar adətən kiçik olur, çoxu sözsüzdür və adətən ya xüsusi əhəmiyyət kəsb edən əsərlərdəki çıxışlardan (məsələn, orijinal filmin aktyorlarının həmin filmin yenidən çəkilmiş variantında görünməsi), ya da məşhur şəxslərin adları titrlərdə qeyd olunmadan çıxış etməsindən ibarətdir. Məşhurların, film rejissorlarının, siyasətçilərin, idmançıların və ya musiqiçilərin qısa çıxışlarına tez-tez rast gəlinir. Filmin və ya verilişin çəkiliş heyəti üzvünün kiçik bir rolda oynaması da kameo rolu adlandırıla bilər; məsələn, rejissor Alfred Hiçkok öz filmlərində tez-tez kameo çıxışları edirdi.
Konsept İlkin olaraq, 1920-ci illərdə "kameo rolu" digər kiçik rollardan fərqlənən "kiçik personaj obrazı" mənasını verirdi. Oksford İngilis dili lüğəti bunu qiymətli daş üzərindəki miniatür oyma olan "kameo" sözünün hərfi mənasına əsaslanan "qısa ədəbi eskiz və ya portret" mənası ilə əlaqələndirir.Oxford English Dictionary, "Cameo". Daha yaxın zamanlarda, 20-ci əsrin sonlarında "kameo" hər hansı bir personaj kimi qısa müddətli görünüşü ifadə etməyə başlamışdır.
Həmçinin bax
Epizodik rol
İstinadlar
Kateqoriya:Film və video terminləri Kateqoriya:Aktyor sənəti Kateqoriya:İngilis dilində ifadələr Kateqoriya:Komiks terminləri Kateqoriya:Teatr terminləri