2026 Avroviziya Mahnı Müsabiqəsi — 70-ci Avroviziya Mahnı Müsabiqəsidir. Müsabiqənin 12 və 14 may tarixlərində iki yarımfinal və 16 mayda final mərhələsindən ibarət olması planlaşdırılır. Müsabiqəni Viktoriya Svarovski və Maykl Ostrovski aparacaq. Müsabiqə Avropa Yayım İttifaqı tərəfindən təşkil olunur. Müsabiqə 2025-ci ildə JJ -nin "Wasted Love" mahnısı ilə Avstriya qələbə çaldığı üçün 2026-ci il Avroviziyaya ev sahibliyi də avtomatik Avstriyaya ötürüldü.
Müsabiqədə otuz beş ölkədən yayımçılar iştirak edəcək ki, bu da 2025-ci illə müqayisədə iki dəfə az, 2003-cü ildən bəri isə iştirakçı sayının ən az olması deməkdir. İslandiya, İrlandiya, Niderland, Sloveniya və İspaniya İsrailin Qəzza müharibəsi kontekstində müsabiqəyə etiraz olaraq iştirak etməməyi seçiblər. .
Keçirildiyi yer Avstriya 2026-cı ildə yarışmaya ev sahibliyini Vyanadakı "Wiener Stadthalle" arenada baş tutacaqdır. Əsas məkandan əlavə, "Rathausplatz" , müsabiqə iştirakçılarının və yerli sənətçilərin çıxışlarına, eləcə də geniş ictimaiyyət üçün canlı şouların nümayişinə ev sahibliyi edən yer olacaq. Müsabiqə iştirakçılarının rəsmi sonrakı əyləncələrini və özəl çıxışlarını təşkilini EuroClub həyata keçirəcək. "Qırmızı xalı" tədbiri 10 may 2026-cı ildə Burqteatrda başlayır, iştirakçılar və onların nümayəndə heyətləri akkreditə olunmuş mətbuat və azarkeşlər qarşısında təqdim olunmaları və müsabiqənin final sonrası nəticələrinin mətbuat üçün açıqlanması tədbiri də Vyana Şəhər Bələdiyyəsinin zalında başa çatacaq.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:2026-cı ildə musiqi Kateqoriya:Gələcək hadisələr