Qədir Misiroğlu (; ) — Türkiyə hüquqşünası, yazıçısı və naşiri. O, qatı antikamalist fikirləri ilə seçilən islamçı bir şəxs olub. Türkiyədəki sekulyar təbəqə onu konspiroloq və yalançı adlandırır.
Bioqrafiyası 1933-cü ildə Trabzonun Ağcaabad ilçəsində anadan olub. İlk və orta təhsilini Ağcaabadda tamamlayıb. 1954-cü ildə İstanbul Universitetinin Hüquq Fakültəsinə qəbul olub. 1964-cü ildə Lozan Zafer mi, Hezimet mi? (ilk əsəri) adlı əsərinin birinci cildini qələmə alıb. 1970-ci ildə eyniadlı əsərinin genişləndirilmiş nüsxəsinin nəşrləri məhkəmə qərarları ilə bağlı olaraq satışdan yığışdırılıb. "Milli Türk Tələbə Birliyi"nin İstanbuldakı əsas mərkəzində verdiyi konfrans səbəbi ilə ona 7 il həbs və 20 ay sürgün cəzası verilib. Həmçinin o, 5 il müddətinə vətəndaşlıq hüquqlarından məhrum olunub. 1974-cü ildə ümumi amnistiya ilə əfv olunub. 1976-cı ildə həftəlik "Səbil" jurnalını nəşr etdirməyə başlayıb. "Səbil"dəki yazılarına görə dəfələrlə barəsində məhkəmə işləri açılıb. 1977-ci ildə deputatlığa namizədliyini irəli sürsə də, seçilə bilməyib. 1978-ci ildə MSP-nin idarə heyətinə üzv seçilib. 1980-ci ildəki hərbi çevriliş zamanı yenidən həbs edilmək istənib. Həbs edilməmək üçün əvvəl Almaniyaya, sonra isə İngiltərəyə gedib. Türkiyəyə qayıtmadığı üçün vətəndaşlıqdan çıxarılıb. 1991-ci ildə Türkiyəyə qayıdaraq müəlliflik və naşirlik fəaliyyətlərini davam etdirib. 5 may 2019-cu ildə İstanbulda vəfat edib. Misiroğlu, "Hür Macar Yazarlar Birliği" tərəfindən gümüş medalla təltif olunub. O, həmçinin "Türkiyə Milli Kültür Vakfı" tərəfindən verilən "Jüri Hususi Ödülü"nə də layiq görülüb.
Əsərləri Misiroğlunun müəllifi olduğu əsərlərdən bəziləri bunlardır: Amerika'da Zenci Müslümanlık Hareketi, Aşıklar Ölmez!, Barbaros Hayreddin Paşa, Doğru Türkçe Rehberi yahud Bin Uydurma Kelimeyi Boykot, Bir Mazlum Padişah: Sultan Abdülaziz və s.
İstinadlar
Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Ateizmin tənqidçiləri Kateqoriya:Vətənsizlər