Müqəddəs Məryəm kafedralı () — Antverpen şəhərində yerləşən Roma-Katolik kilsəsi. Antverpen Yeparxiyasının bugünkü mərkəzi olan kilsənin tikintisi 1352-ci ildə başlamış və ilk mərhələsi 1521-ci ildə başa çatsa da, heç vaxt tam olaraq "tamamlanmamışdır".

Tarixi Kilsə Qotika üslubunda memarlar Yan və Piter Appelmans tərəfindən inşa edilmişdir. Kilsədə barokko dövrünün məşhur rəssamı Piter Paul Rubensin, həmçinin Otto van Vin, Yakob de Bakker və Marten de Vos kimi sənətkarların əsərləri nümayiş olunur. Kilsə şəhərin üzərində 123 metr hündürlüyə qalxan qülləsi ilə Belçikanın ən böyük Qotika kilsəsidir. Kafedralın zəng qülləsi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil olan "Belçika və Fransa Zəng Qüllələri" siyahısında yer alır.

1352-ci ildə Belçikanın ən böyük Qotika kilsəsi olacaq yeni Müqəddəs Məryəm kilsəsinin tikintisinə başlandı. Əvvəlcə kilsənin iki eyni hündürlükdə qülləsi olmalı idi. 1521-ci ildə təxminən 170 il sonra, yeni Müqəddəs Məryəm Kilsəsi hazır oldu. Cənub qülləsi yalnız üçüncü mərtəbəyə qədər ucaldılmışdı. 5-6 oktyabr 1533-cü il gecəsində yeni kilsə böyük bir yanğın nəticəsində ciddi zərər gördü, lakin Lanselot II van Ursel binanı xilas etdi. İkinci qüllənin tikintisi təxirə salındı və nəticədə tamamlanmadı. Bundan əlavə kilsə 1559-cu ildə Antverpen yeparxiyasının kafedralı oldu, lakin 1801-ci il Konkordatasından sonra 1801-ci ildən 1961-ci ilə qədər bu titulunu itirdi. 20 avqust 1566-cı ildə baş verən İkonoklazm (Səksən illik müharibənin başlanğıcında baş verən "Beeldenstorm" hadisəsi) zamanı protestantlar kafedralın daxili hissəsinin böyük bir hissəsini məhv etdilər.Spicer, 109 (spelling modernized); see also Arnade, 146–148Eye-witness Account of Image-breaking at Antwerp , Universiteit Leiden

Qalereya

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

De Kathedraal – official website Organs in the Antwerp Cathedral

Kateqoriya:Müqəddəs Məryəmə ithaf edilmiş kafedrallar