Rumıniyanın Azərbaycandakı səfirliyi — Rumıniya Respublikasının Azərbaycandakı diplomatik nümayəndəliyi.

Səfirlik Rumıniya Respublikasının rəsmi nümayəndəliyi olaraq iki ölkə arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Rumıniyanın Azərbaycanda siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil və mədəniyyət sahələrində maraqlarını təmsil edir.

2021-ci ildən Rumıniyanın Azərbaycanda fövqaladə və səlahiyyətli səfiri Vasile Soaredir.

Tarixi Rumıniya Azərbaycanın müstəqilliyini 11 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 19 iyun 1992-ci il tarixində qurulmuşdur.Azərbaycan Respublikası ilə Rumıniya arasında ikitərəfli münasibətlər mfa.gov.az

Rumıniyanın Azərbaycan Respublikasındakı səfirliyi 3 noyabr 1998-ci ildə açılıb. Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyiAzərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi 19 may 2001-ci ildən fəaliyyət göstərir.

29 sentyabr 2009-cu ildə “Azərbaycan Respublikası ilə Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması haqda "Birgə bəyannamə” imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyev sonuncu dəfə 17 dekabr 2022-ci ildə Rumıniyada işgüzar səfərdə olub.İlham Əliyevin Rumıniyaya işgüzar səfəri

Rumıniya Prezidenti Klaus Yohannis 2-3 fevral 2023-cü il tarixlərində Azərbaycanda rəsmi səfərdə olub.

AR Milli Məclisində Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu

2021-ci ilin may ayında Rumıniya Parlamentində Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis edilmişdir.RUMINİYA-AZƏRBAYCAN DOSTLUQ QRUPUNUN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

Rumıniyanın Azərbaycandakı səfirləri Rumıniyanın Azərbaycanda səfiri Rumıniya Respublikasını Azərbaycanda təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir. Səfir Müddət başlanğıcı Müddətin sonu Təhsin Cəmil 1998 2003AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVRUMINİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİNİQƏBUL ETMİŞDİR Nikolae Ureke 2003 2011İlham Əliyev Rumıniyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir Daniel Kristian Çiobanu 2011 2016 Dan İanku 2016 2021Vasile Soared 2021

İstinadlar

Xarici keçidlər EMBASSY OF ROMANIA in the Republic of Azerbaijan Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi

Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Rumıniyanın xarici siyasəti Kateqoriya:Rumıniya səfirləri Kateqoriya:Rumıniyanın ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycan–Rumıniya münasibətləri