Adi qurbağa və ya çəmən qurbağası () — "Ranidae" fəsiləsinə aid amfibiya. Avropanın böyük bir hissəsində, Pireney yarımadasının çox hissəsi, İtaliyanın cənubu və Balkan yarımadasının cənubu istisna olmaqla, Skandinaviyadan Ural dağlarına qədər yayılmışdır.
Təsvir
Yetkin adi qurbağanın bədən uzunluğu 6-9 sm arasında dəyişir. Arxa və yan tərəflərinin rəngi zeytun yaşılından boz-qəhvəyiyə, qəhvəyi, zeytun-qəhvəyi, boz, sarımtıl və qırmızımtıl rənglərə qədər dəyişə bilər. Lakin qurbağa dərisinin rəngini ətraf mühitə uyğunlaşdıraraq ağardıb və ya tündləşdirə bilər. Bəzi fərdlərdə daha qeyri-adi rənglər də müşahidə edilmişdir: Şotlandiyada qara və qırmızı rəngli fərdlər tapılmışdır, albino qurbağalar isə sarı dəri və qırmızı gözlərlə aşkar edilmişdir. Çiftləşmə mövsümündə erkək adi qurbağaların rəngi boz-maviyə çalır. Orta çəki 22,7 qram təşkil edir; dişilər adətən erkəklərdən bir qədər böyük olur.
İstinadlar
Xarici keçidlər
Amphibians of Europe FrogsWatch.com Web page developed around photographs of the common frog taken in the same suburban garden over a period of 10 years.
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1758-ci ildə təsvir edilən suda-quruda yaşayanlar Kateqoriya:1758-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Avropa faunası Kateqoriya:Asiya suda-quruda yaşayanları Kateqoriya:Avropa suda-quruda yaşayanları Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları