Çiçək Məmmədəli qızı Həsənova () — Sosialist Əməyi Qəhrəmanı (1947).
Həyatı Çiçək Həsənova 1914-cü ildə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Zilanlı kəndində, indiki Azərbaycanın Qubadlı rayonunun Zilanlı kəndində anadan olmuşdur. 1935-ci ildən kolxozçu olmuşdur. 1947-ci ildə hektardan 93,11 sentner 3,5 hektar sahədə pambıq məhsulu alıb.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 mart 1948-ci il tarixli Fərmanı ilə 1947-ci ildə Həsənova Çiçak Məmmədəli qızına Lenin Ordeni və "Oraq və çəkic "Qızıl" medalı ilə təltif edilmiş, Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.
1951-ci ildən Sov. İKP-nin üzvüdür. 1970-ci ildən müttəfiq əhəmiyyətli pensiyaçıdır.
1989-cu ildə doğulduğu kənddə vəfat edib.
İstinadlar
Kateqoriya:Azərbaycan pambıqçıları Kateqoriya:Kolxozçular Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər