Üçlük kilsəsi və ya Müqəddəs Üçlük kilsəsi () — Nyu-York şəhərinin Aşağı Manhetten bölgəsində yerləşən kilsə.

Tarixi 1696-cı ildə Qubernator Benjamin Fletçer, Aşağı Manhettendə İngiltərə Kilsəsi icması üçün yeni bir kilsə inşa etmək məqsədilə torpaq alınmasını təsdiqlədi. Kilsənin inşası üçün 6 may 1697-ci ildə Kral III Vilyam tərəfindən xartiya verildi. 250px|thumb|left|Üçlük kilsəsi 1788–1839-cu və 1827-ci ildə

Birinci kilsə Birinci Üçlük kilsəsi binası sadə düzbucaqlı bir quruluş və kiçik eyvanı olan bir dam ilə 1698-ci ildə Hudzon çayına baxan Voll küşəsində inşa edilmişdir. Kilsənin inşa edildiyi ərazi əvvəllər bağ və daha sonra məzarlıq idi. 1696-cı ildə İngiltərə kilsəsinin üzvləri (Anqlikanlar) Nyu-York Şəhərində "kilsəyə qanuni status verən xartiya" əldə etmək üçün etiraz etdilər.

1705-ci ildə İngiltərə kraliçası Anna torpaq sahəsini 215 akr (870,000 m²) qədər artırdı. Daha sonra 1709-cu ildə Vilyam Huddleston, kilsənin Xeyriyyə Məktəbi olaraq Üçlük kilsəsi məktəbini qurdu və dərslər əvvəlcə kilsənin zəng qülləsində keçirilirdi. 1754-cü ildə Böyük Britaniya kralı II Georg tərəfindən Kral Kollec (hazırki Kolumbiya Universiteti) xartiyasını verdi və təlimlər kilsə yaxınlığındakı bir məktəb binasında səkkiz tələbə ilə başladı.

İkinci kilsə İkinci Üçlük kilsəsinin inşası 1788-ci ildə başladı və 1790-cı ildə təqdis edildi. İkinci Üçlük kilsəsi inşa edilərkən Müqəddəs Pavel kilsəsinin layihəsindən isifadə edildi. İkinci Üçlük kilsəsi Voll küçəsinə baxan tərəfdə inşa edildi. O, 85 m hündürlüyündə idi və əvvəlkindən daha uzun və geniş idi. Daha böyük bir kilsə inşa etmək ehtiyacdan irəli gəlirdi, çünki Nyu-York şəhərinin əhalisi artırdı. Kilsə 1838–1839-cu illərin qışında şiddətli qar yağışları nəticəsində zədələndikdən sonra söküldü. İkinci Üçlük kilsəsi siyasi cəhətdən əhəmiyyətli idi, çünki Prezident Corc Vaşinqton və hökumət üzvləri tez-tez orada ibadət edirdilər. Digər məşhur icma üzvləri arasında Con Cey və Aleksandr Hamilton da var idi.

Üçüncü kilsə Üçüncü və hazırkı Üçlük kilsəsinin inşası 1839-cu ildə başladı və 1846-cı ildə tamamlandı. Nyu-York Yepiskopu Üçlük kilsəsini Mərac Günü (1 may) 1846-cı ildə təqdis etdikdə, onun ucalan Qotika üslublu şpili və üzərindəki qızıl xaç, Aşağı Manhettenin ən uca binası sayılırdı. Üçlük kilsəsi Nyu-York limanına daxil olan gəmilər üçün xoş bir işarə idi. 1843-cü ildə Üçlük kilsəsinin genişləndirildi. Şəhərin böyüməsi və icma üzvlərinin ehtiyaclarını daha yaxşı qarşılamaq üçün genişləndi. Yeni kilsə binası 1846-cı ildə tamamlandı və təqdis edildi.

İstinadlar

Xarici keçidlər

Trinity Wall Street.org – Trinity Church Official Website Trinity Real Estate – Official website for Trinity Church's real estate holdings

Kateqoriya:1846-cı ildə tamamlanmış dini tikililər Kateqoriya:Brodvey (Manhetten) Kateqoriya:Faynenşl-distrikt (Manhetten) Kateqoriya:Manhetten muzeyləri Kateqoriya:Uoll-Strit