— Yaponiya buddist rahibi, amidaizm təliminin davamçısı və məktəbinin banisi olmuşdur. O, fəxri adı ilə tanınmışdır.

Həyatı thumb|left|180px|Kyotoda Şinranın heykəli.

Şinran 21 may 1173-cü ildə paytaxt aristokratlarından olan Hino Arinorinin ailəsində anadan olmuşdur. Gənclik illərində o, Tenday-şu məktəbinə məxsus Enryaku-ci monastırında dini təhsil almışdır, lakin 29 yaşında olan zaman amidaizm məktəbinin banilərindən biri olan Honenin rəhbərliyi altında həmin təriqətə keçmişdir. 1207-ci ildə hakimiyyət orqanları amidaizmi qadağan edən zaman Şinran müəllimi Honen ilə birlikdə Eçiqo vilayətinə sürgün edilmişdir. Sürgündə olduğu dövrdə rahibə Eşinni ilə evlənmişdir.

Əfv olunduqdan sonra Şinran Amida Buddanın ibadətinə əsaslanan təlimi Yaponiyanın şərq vilayətlərində — Şinano, Şimotsuke və Hitati əyalətlərində təbliğ etmişdir. O, insanın xilasının öz gücü ilə, yəni meditasiya və dini təcrübələrlə əldə edilə bilməyəcəyini irəli sürmüşdür. Şinranın fikrinə görə, insan yalnız Amida Buddaya olan mütləq inam və onun bəşəriyyəti təkrar doğuluşlar dairəsindən xilas etmə vədinə sadiqliyi sayəsində nicat tapa bilər. Bu inam insanın Budda olaraq yenidən doğulmasına və "Saf torpaq" adlanan buddist cənnətində mövcudluğuna şərait yaradır.

Şinran həmçinin, adlanan təlim prinsipinin tərəfdarı olmuşdur. Bu prinsipə görə, Amida Buddanın təlimi hər şeydən əvvəl günahkar insanlar üçün nəzərdə tutulmuşdur və məhz onların xilası əsas məqsəd sayılır.

Şinran 16 yanvar 1263-cü ildə Kioto şəhərində vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Yaponiya buddistləri Kateqoriya:Təmiz torpaq buddizmi Kateqoriya:Buddist rahibləri