Azərbaycan folklor kitabı Folklor kitabı təsadüfi proseslərdən yaranmır, məhz folklor nümunələrinin müxtəlif variantlarda meydana çıxması əsasında təşkil olunur. Folklor kitabının əhəmiyyətlilik dərəcəsi ondadır ki, əgər folklor kitabı olmazsa, bu nümunələrin böyük əksəriyyəti şifahi nitqdə itib unudula bilər. Bu barədə Azərbaycan folklor kitabının haqqında geniş tədqiqat işi işləyən A. Kəngərli yazır ki, "Türk mədəniyyətinin qeyrətkeş araşdırıcısı Mahmud Kaşğari XI yüzillikdə qələmə aldığı "Divani-lüğıtit-türk" əsərində böyük türk sərkərdəsi Alp ər Tonqa — Əfrasiyabın ölümü haqqındakı ağı-yuğlamanı kağız üzərinə köçürməsəydi, həmin folklor mətni heç şübhəsiz ki, bü günümüzə qədər gəlib çıxmayacaqdı. Çünki sonrakı dönəmlərdə həmin ağı-yuğlama unudulub getmişdir. Məhz Mahmud Kaşqarinin onu yazıya alması bu günə qədər gəlib çıxmasına səbəb olmuşdurƏliyeva (Kəngərli)A. Azərbaycan folkloru və kitab mədəniyyəti. Bakı: Elm, 2008, s. 13 Bu mülahizəni "Oğuz Kağan", "Kitabi-Dədə Qorqud", "Koroğlu" və s. epos və dastanlar haqqında da demək olar. Elə bu barədə tədqiqatçı alim müxtəlif aspektlərdə yazır ki, "Kitabi-Dədə Qorqud", "Koroğlu" dastanı və digər folklor örnəkləri spesifik olaraq folklor kitabını təşkil etmiş olurƏliyeva (Kəngərli)A. Azərbaycan folkloru və kitab mədəniyyəti. Bakı: Elm, 2008, s. 15 Demək folklor kitabının əsas funksiyası folklorun unudulmasının qarşısını almaqdır. Bu baxımdan folklor antologiyalarının folklor kitabının təşkilində rolunu əsas etibarilə üç dövrə bölmək olar: XX əsrin əvvəllərində folklor kitabının bu istiqamətdə təşkili; Sovet dönəmində folklor kitabının bu istiqamətdə təşkili; Müstəqillik dövründə folklor kitabının bu istiqamətdə təşkili. Folklor kitabının meydana çıxması və kitablaşdırılması az da olsa, demək olar ki, sovet dönəmindən əvvəl və yaxud Çar Rusiyası dövrünə təsadüf edir. Ancaq bu onu göstərir ki, artıq inkişaf dövrünə qədəm qoyan bütün ölkələrdə bu kimi nəşrlər meydana çıxmağa başlanmışdır. Buna görə də biz bu dövrü "XX əsrin əvvəllərində folklor kitabının bu istiqamətdə təşkili" kimi təsnif etməyi daha münasib hesab edirik ki, elmi-nəzəri baxımdan bu kimi yanaşma daha doğrudur.

"Arvad ağısı" folklor toplusu XX əsrin əvvəllərində, konkret olaraq 1914-cü ildə ilk folklor toplusu kimi tanınan kitab Mirzə Abbas Abbaszadənin tərtib etdiyi "Arvad ağısı" adlanan folklor toplusu hesab oluna bilər. Bu kitabı transliterasiya edən R. Xəlilov və A. Xürrəmqızı qeyd edirlər ki, qədim təzkirə və cünglərdə toplanmış folklor örnəkləri nəzərə alınmasa, demək olar ki, bu toplu Azərbaycan folklorunun elmi əsaslarla çap olunmuş ilk folklor antologiyasıdırArvad ağısı (bayatı, haxışta, sevgi, laylay, qayınana-gəlin sözləri). Tərtib edən Mirzə Abbas Abbaszadə. Transliterasiya edənlər: R. Xəlilov, A. Xürrəmqızı. Bakı: Səda, 2004, s. 7 Əlbəttə, daha əvvəl SMOMPK ("Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu" – QƏXTMT) nəşri kimi geniş toplularda da folklor nümunələrinin zənginliyini unutmaq olmaz. Ancaq bu nəşrin meydana çıxmasında folklor istiqamətində gərgin zəhmət çəkən tərtibçilər nəşrin I cildində qeyd edirlər ki, bu nəşr yalnız folklor toplusu deyil, eyni zamanda diyarşünaslıq, kulturoloji materiallarının çoxşaxəliliyinə, əhatə dairəsinin genişliyinə görə digər nəşrlərdən seçilməyə başladı. Nəşr edilən materialların mövzu genişliyi toplunun əsasən üç şöbədən ibarət olan daxili quruluşuna da təsir göstərdi. Belə ki, diyarşünaslıq, kulturoloji aspektlərdə yazılmış məqalələr, əsasən, onun 1-ci 4 şöbəsinin, etnoqrafik və folklor materialları isə 2-ci və 3-cü şöbələrinin mövzularını təşkil etdiSMOMPK: Azərbaycan folkloru materialları, I cild. Tərtib edənlər: R. Xəlilov, A. Xürrəmqızı, A. Hüseynova. Bakı: Elm və təhsil, 2018, s. 3, 4 SMOMPK nəşrini tərcümə və transliterasiya edən R. Xəlilov da həm tərtibçi, həm də tərcüməçi kimi eyni mövqeni nümayiş etdirirSMOMPK: Azərbaycan folkloru materialları, I cild. Tərtib edənlər: R. Xəlilov, A. Xürrəmqızı, A. Hüseynova. Bakı: Elm və təhsil, 2018, s. 3, 4 "Arvad ağısı" folklor toplusunun folklor kitabına çevrilməsinə toplunun tərtibi məsələləri kontekstində də yanaşmaq lazımdır. Məhz folklor kitabını bu kimi elmi-nəzəri metodologiya təşkil edir. Bu topluda bayatı, ağı, haxışta kimi folklor janrları müxtəlif məzmunda yer almışdır. Eyni zamanda tərtibçilərin göstərdiyi kimi, folklor janrına aid edilən ağı janrının xarakterindən doğan şivən nümunələri də ilk dəfə olaraq bu topluda elmi-kütləvi ictimaiyyətin diqqətinə çatdırılmışdır,Arvad ağısı (bayatı, haxışta, sevgi, laylay, qayınana-gəlin sözləri). Tərtib edən Mirzə Abbas Abbaszadə. Transliterasiya edənlər: R. Xəlilov, A. Xürrəmqızı. Bakı: Səda, 2004, s. 7 təbiidir ki, folklor toplularının XX əsrin əvvəllərindən Azərbaycanda nəşr olunması mübahisəli deyil. Bu baxımdan "Arvad ağısı" kimi folklor toplusunun ilk toplu olaraq təqdim olunması tərtibçilərin elmi-nəzəri cəhətdən doğru mövqeyinin nümayişi olaraq qəbul oluna bilər. Təsadüfi deyil ki, V. Vəliyev də göstərir ki, XIX əsrin sonu, XX əsrin ilk illərindən başlayaraq Azərbaycan folklorunun ayrı-ayrı janrları kitabça formasında nəşr olunmağa başlayır. Bu kitablarda xalq ədəbiyyatının bir çox janrlarından nümunələr verilir. Onlardan "Atalar sözü", "Gözəlləmə", "Nəğmə və şikəstə", "Arvad ağısı, bayatı, haxışta, sevgi, layla, qayınana-gəlin sözləri", "Milli nəğmələr", "Nağıllar məcmuəsi", "Şagirdlərə bəxşiş (nağıllar məcmuəsi)" və sair kitabları göstərmək olar".Vəliyev V. Azərbaycan folkloru. Ali məktəb üçün dərslik. Bakı: Maarif, 1985, s. 60 Əlbəttə, bu antologiyadan əvvəl C. Bəydilinin qeyd etdiyi kimi, küll halında ayrıca kitab kimi 750-ə yaxın Azərbaycan atalar sözü və məsəlləri 1899-cu ildə ilk dəfə Məhəmməd Vəli Qəmərli tərəfindən hazırlanıb nəşr edilmişdir,Atalar sözü. Tərtib edən C. Bəydili. Bakı: Öndər nəşr, 2004, s. 12 ancaq antologiya folklorun tərtibi məsələləri baxımından bir janrı deyil, müxtəlif janrları özündə cəmləməlidir. Buna görə də "Arvad ağısı" toplusu demək olar ki, ilk antologiya hesab olunur. Antologiya haqqında Ə. Mirəhmədov tərtib etdiyi "Ədəbiyyatşünaslıq lüğəti"ndə göstərir ki, qədim zamanlarda antik ədəbiyyatın seçilmiş əsərlərindən ibarət olan məcmuələr belə adlanırdı. İndi isə müxtəlif şairlərin seçilmiş əsərlərini və yaxud hər hansı bir xalqın ədəbiyyatından seçilmiş nümunələri əhatə edən məcmuələrə antologiya deyilirƏdəbiyyatşünaslıq terminləri lüğəti. Tərtib edəni Ə. Mirəhmədov. Bakı: Azərnəşr, 1965, s. 9 X. Kərimova yazır ki, "Azərbaycan folklorunun ilkin nəşrləri" seriyasından olan "Folklor çələngi" adlı topluya əsasən XVII–XIX yüzilliklərdə erməni əlifbası ilə yazıya alınmış Azərbaycan şifahi xalq ədəbiyyatının seçmə örnəkləri daxil edilmişdir. İ. Abbaslı topluda mətnləri belə qruplaşdırmışdır: "İkidilli şeirlər; Nağıl pişrovları; Atalar sözü və məsəllər; Bayatılar; Aşıqlar və el şairləri; Dastan şeirləri; Müxtəlif şeirlər və xalq nəğmələri; Dastanlar ("Xan Çoban", "Qul Mahmud"). Müəllif göstərir ki, tarixən erməni əlifbası ilə toplanıb qorunmuş Azərbaycan folkloru örnəklərini bir toplu şəklində nəşr etdirmək ilk təşəbbüsdür.Kərimova X. D. Folklor mətnlərinin tərtibi məsələləri. Bakı: Elm və təhsil, 2019, s. 62 Ancaq qeyd etmək lazımdır ki, bu örnəklər antologiya olaraq həmin illərdə deyil, 2008-ci ildə nəşr olunmuşdurKərimova X. D. Folklor mətnlərinin tərtibi məsələləri. Bakı: Elm və təhsil, 2019, s. 181; Folklor çələngi (XVII–XIX əsrlər əlyazmalarından seçmələr) / Transliterasiya və tərtib edəni Abbaslı İ. – Bakı: Nurlan, 2008, s. 3–132 Sovet dönəmində də folklor antologiyaları nəşr olunub kitablaşdırılmışdır ki, bu kitablar məhz folklor kitabının təşkilində mühüm rol oynamışdır. Bu baxımdan bu antologiyalar folklor kitabının araşdırılmasında da əhəmiyyətli çəkiyə malikdir. Çünki xalq yaddaşından folklorlaşdırılıb yazı yaddaşına çevrilən nümunələr məhz folklor kitabının inkişafına xidmət edir. Yuxarıda qeyd etdiyimiz kimi, bir janrın kitablaşdırılması folklor kitabını təşkil etsə də, folklor antologiyası olaraq qəbul edilə bilməz. Ancaq M. V. Qəmərlinin 1899-cu ildə nəşr etdirdiyi "Azərbaycan atalar sözü və məsəlləri",Atalar sözü. Tərtib edən C. Bəydili. Bakı: Öndər nəşr, 2004, s. 12 V. Xuluflunun 1926-cı ildə nəşr olunan "Tapmacalar"ı,Xuluflu V. Tapmacalar. Bakı: Nurlan, 2013, s. 10–95 1926-cı ildə A. Şaiq, Ş. Əfəndizadə və M. M. Axundzadə (Hatif) tərəfindən təqdim olunub nəşr edilən "Bayatılar və manilər",Bayatılar və manilər. Transliterasiya və ön sözün müəllifləri R. Xəlilov, A. Xürrəmqızı. Bakı: Səda, 2005, s. 10–96 H. Zeynallının 1928-ci ildə nəşr etdirdiyi "Azərbaycan tapmacarı",Zeynallı H. Azərbaycan tapmacaları. Bakı: Elm və Təhsil, 2013, s. 16–74 1930-cu illərdə B. Behcət (Bəhcət) tərəfindən yazılmış əlyazmalardan çıxarılıb 2006-cı ildə transliterasiya edilmiş "Sarı Aşığın bayatıları"Bəhlul Bəhcət. Sarı Aşığın bayatıları. Transliterasiya və ön sözün müəllifi R. Xəlilov. Bakı: Səda, 2006, s. 12–94 və s. bu kimi kitablar folklor toplusu hesab oluna bilər. Çünki bu kitablarda da bir janr əhatəsində müxtəlif folklor örnəkləri elmi-kütləvi oxucuya təqdim olunur. Bu baxımdan bu kitablar da kiçik folklor topluları hesab oluna bilər.

"El aşıqları" toplusu Sovet dönəmində antologiya hesab oluna biləcək kitablardan biri də təbiidir ki, Vəli Xuluflunun 1927-ci ildə tərtib etdiyi "El aşıqları" kitabıdır. Çünki bu kitabda müxtəlif aşıqların müxtəlif janrlı əsərləri yer almışdır. R. Xəlilov yazır ki, V. Xuluflunun tərtib etdiyi "El aşıqları" toplusu Azərbaycan aşıq sənətinin tədqiqinin və tərtibinin ilkin qaynağı kimi çox dəyərli kitabdırXuluflu V. El aşıqları. Bakı: Elm və Təhsil, 2013, s. 17 Bu kimi antoloji miraslardan biri də təbiidir ki, eyni xarakterdə 1929–1930-cu illərdə H. Əlizadənin nəşr etdirdiyi iki cildlik "Azərbaycan aşıqları" toplusudur. Hümmət Əlizadənin 1929-cu ildə nəşr etdirdiyi Aşıq ədəbiyyatı antologiyasının I–II cildində Azərbaycan aşıqları geniş şəkildə elmi ictimaiyyətə təqdim olunmuş və onların əsərlərindən nümunələr diqqətə çatdırılmışdır. Təbiidir ki, bu da folklor kitabının təşkilində ilk antoloji kitabların rolunu aydın göstərirEl ədəbiyyatı nümunələri. Azərbaycan aşıqları. I cild. Toplayan H. Əlizadə. Bakı: Azərnəşr, 1929, s. 6–295; El ədəbiyyatı nümunələri. Azərbaycan aşıqları. II cild. Toplayan H. Əlizadə. Bakı: Azərnəşr, 1930, s. 5–274

Azərbaycan folklor antologiyaları A. Kəngərli sovet dönəmində yaranan elmi-kütləvi antologiyalarının ilk nümunələrini isə artıq XX əsrin 60-cı illərindən götürür. O, bu barədə qeyd edir ki, altmışıncı illərdə get-gedə sürətlənən folklor kitabı işinin "Azərbaycan nağılları" və "Azərbaycan dastanları" beşcildliklərindən sonra ən çox diqqət çəkən hadisə "Azərbaycan folkloru antologiyası"dırƏliyeva (Kəngərli)A. Azərbaycan folkloru və kitab mədəniyyəti. Bakı: Elm, 2008, s. 335 Əlbəttə, bu da ondan irəli gəlir ki, A. Kəngərli Azərbaycan folklorunun demək olar ki, janr müxtəlifliyini öz içinə alan toplunun antologiya olaraq qəbul olunması müddəasını nəzərdə tutaraq bu kimi yanaşma sərgiləmişdir. Biz bu problem haqqında yuxarıda da bəhs etmişik ki, folklor janrlarının müxtəlif nümunələrinin bir kitaba cəmlənməsi antoloji material olaraq üzə çıxır. Ancaq kiçik folklor toplularını, antologiya sayılacaq aşıq ədəbiyyatı nümayəndələrini bu kontekstdə nəzərdən keçirməyin mümkünlüyünü də daha münasib hesab edərək bu kitabların sovet dönəminin ilk illərində meydana çıxan nəşrlərinə də nəzər yetirdik. Eyni zamanda qeyd etmək istəyirik ki, A. Kəngərli də yuxarıda göstərdiyimiz kitabların bir qismini nəzərdə tutaraq bu kimi nəşrləri "antoloji səciyyəli" adlandırmaqla eyni müddanı inkar da etmir, ancaq kamil antologiya baxımından ilk folklor antologiyası olaraq ilk dəfə 1968-ci ildə nəşr olunmuş Azərbaycan folklor antologiyasını əsas götürürƏliyeva (Kəngərli)A. Azərbaycan folkloru və kitab mədəniyyəti. Bakı: Elm, 2008, s. 336