Bəxtiyar Rüstəmov — Azərbaycanlı şahmat mütəxəssisi, pedaqoq, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, riyaziyyat üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.

Həyatı Bəxtiyar Rüstəmov 1960-cı il yanvarın 9-da Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 2004-cü ildə Azərbaycan İdman Akademiyası fərqlənmə diplomu ilə başa vurmuşdur.

1983–1985-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun nəzdində fəaliyyət göstərən ikiillik ingilis dili şöbəsini əla qiymətlərlə bitirmişdir.

Fəaliyyəti Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Bioloji Tədqiqatlar Elmi Mərkəzində baş laborant, daha sonra AMEA-nın Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis kimi çalışmışdır.

1987-ci ildən "Ehtiyyat Əmək Qüvvələri" Könüllü İdman Cəmiyyətində şahmat üzrə baş məşqçi olmuşdur.

1986–1996-cı illərdə "Baku" qəzetində şahmat guşəsinin redaktoru kimi fəaliyyət göstərmişdir. Azərbaycan Televiziyasında "Şahmat məşqçilərinin televiziya məktəbi", daha sonra isə "Şahmat klubu" verilişlərinin aparıcısı olmuşdur.

1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Tətbiqi idman növləri" kafedrasında çalışır. 2005-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən ona dosent elmi adı verilmişdir.

2007-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsində "Yanan bərk yanacaqda əmələ gəlmiş çatların artmasının riyazi modelləşdirilməsi" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2013-cü ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda "Yanan deformasiya olunan bərk cismin dağılması" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsini almışdır. https://www.olimpnews.az/mobil/28483/index.html

2014-cü ildə Ali Attestasiya Komissiyası tərəfindən "Şahmatın nəzəriyyəsi və metodikası" kafedrası üzrə professor elmi adı verilmişdir.

Mükafatları Azərbaycan Respublikasının Əməkdar müəllimi — 2010 MDB ölkələri Parlamentlərarası Assambleyasının döş nişanı — 2017

İstinadlar

Kateqoriya:1960-cı ildə doğulanlar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Ağdam rayonunda doğulanlar