Deltarune — Tobi Foks tərəfindən yaradılmış RPG oyundur.
Yaradıcının digər oyunu olan Undertale ilə paralel dünyada cərəyan edən bu oyun 3 qəhrəmanın – Kris (insan), Syuzi (canavar) və Ralzinin (Qaranlıq dünyanın şahzadəsi) başına gələn əhvalatları bölümlər şəklində oyunçuya çatdırır və oyunçu da bu hadisələrin bir hissəsinə çevrilmiş olur.
Oyunun ilk epizodu 31 oktyabr 2018-ci ildə, ikinci epizodu 17 sentyabr 2021-ci ildə yayınlanmışdır. Üçüncü və dördüncü epizodlar birlikdə 5 iyun 2025-ci ildə çıxmışdır. Beşinci epizod 2026-cı ildə gözlənilir.
Geympley Döyüş mexanizmi Touhou oyunlarını xatırladır: burada da bullet hell mexanizmindən istifadə olunur. Döyüş boyu oyunçu ürək şəklində olan obyekti səhnənin ortasında idarə edir: burada əsas məqsəd bu obyekti güllə şəklində olan hücumlardan qorumaqdır. Hər hansı güllə ürəyə dəydikdə hər hansı personajın HP-sini (Health Point) azaldır. Bütün personajların HP-si 0 olduqda Game over ekranı gəlir.
Undertale-dən fərqli olaraq burada TP (Tension Point) anlayışı da mövcuddur. Ürək bu güllələrə nə qədər yaxın olarsa, TP bir o qədər artır. Döyüşdə yetəri qədər TP olduğu halda bir sıra act-ləri etmək mümkün olur: opponentə daha güclü xəsarət vermək, yoldaşlarını sağaltmaq və ya oppenent yorulduğu halda onu spare ilə daha tez buraxmaq kimi (bu, Ralzinin bacarığıdır).
Digər oyundan digər bir fərqli cəhəti odur ki, oyunçu opponentlərlə təsadüfən qarşılaşmır, onları özünün də içində olduğu xəritədə görə bildiyindən daha sürətli hərəkət edərək bu döyüşlərdən bəzən yayınmaq mümkündür.
Döyüş boyunca personajlar bir-birinin növbəsini (Kris, Syuzi, Ralzi şəklində) gözləyərək hərəkət edir.
Digər oyundakı kimi, burada da döyüşləri həm sülh (spare), həm də şiddət (fight) yolu ilə bitirmək mümkündür və bu iki yoldan birini seçmək bəzən cüzi, bəzən isə böyük əhəmiyyətlə epizodlarda bir sıra hadisələrin ssenarisinin dəyişməsinə yol aça bilir.
Süjet Oyunda Undertale-də rast gəlinən bir sıra obrazlara rast gəlinsə də, bu oyun onlar üçün digər bir parallel dünya sayılır.
Birinci bölüm — Başlanğıc (The Beginning) Oyun ilk başlayarkən oyunçuya öz insan quruluşunu yaratmağa imkan verər. Lakin bu quruluşu bitirər-bitirməz oyun bu obrazı rədd edir və "Bu dünyada heç kim kim olduğunu seçə bilməz" deyir.
Oyuna Kris adlı obrazla evdə başlayırıq. Sonra Toriel onu məktəbə aparır, amma ki dərsə gecikir. Dərsdə Alfis hamını tapşırıq üçün qruplara bölən zaman Syuzi içəri girir. Bu zaman Alfis lövhədə yazmaq üçün təbaşir olmadığından Syuzini, ardınca Krisi əşyalar saxlanılan otağa göndərir. Otağa birlikdə girdikdən sonra işığı yandıra bilmədiklərindən otaqdan çıxmağa çalışırlar, amma bu zaman onlar Qaranlıq Dünyaya (The Dark World) düşürlər. Burada onlar qaranlıq şahzadəsi Ralzi ilə tanış olurlar. Ralzi onlara burada olan peyğəmbərlikdən söz açır və bu dünyadan çıxmağın yolunu buradakı Qaranlıq Fontanını yaradan Kralı dəf etməyin olduğunu deyir.
Ralzinin sözlərinə çox da əhəmiyyət verməyən Syuzi yenicə tanış olduğu Lanserə qoşularaq Kris və Ralzini tərk edir. Lakin sonradan çarəsiz qalan Syuzi və Lanser Krislə Ralziyə qoşulmağa məcbur olurlar. Lanser dostlarının atası ilə döyüşə girəcəklərini bilib onlara pis bir şey baş verməsin deyə həbsxanaya atdırır, lakin Syuzi Lanserə atasını incitməyəcəkləri barədə söz verərək Kralla üzləşməyə şərait tapırlar.
Kralı dəf etdikdən sonra Kris və Syuzi Qaranlıq Fontanını qırıb real dünyaya – öncədən girməli olduqları otağa qayıdırlar. Burada onlar Qaranlıq Dünyada olan bəzi obrazları xatırladan əşyaları görürlər, hansı ki Darkner adlanan bu məxluqların reallıqda sadəcə gündəlik gördükləri əşyalar olduğunu işarət edir.
Evə döndükdən sonra gecə Kris öz bədənindən ürək şəklində olan RUH-u dartıb çıxarır və qəfəsə atır, daha sonra oyunçuya tərəf bıçaq çəkir, gözlərinin birindən qırmızı işıq qığılcımlayaraq gülümsəyir.
İkinci bölüm — Kiberdünya (A Cyber's World) Ertəsi gün Kris və Syuzi Ralziyə qoşularak Qaranlıq Dünyaya dönür, amma Ralzi onlara məktəbdə tapşırılan layihəni etməli olduqlarını deyir. Bu səbəbdən ikili real dünyaya dönərək Noel Holidey və Berdli ilə çalışmaq üçün kitabxanaya gedir. Kompüter laboratoriyasında onlar adi otağa yox, Kraliça tərəfindən yaradılmış Qaranlıq Dünyaya daxil olurlar.
Kraliça onları yaxalayır, lakin Kris, Syuzi və Berdli Ralzi ilə təkrar birləşərək onun üzərində qələbə qazanırlar. Kraliça Qaranlıq Fontanının Guruldayan Cəngavər tərəfindən yaradıldığını və Noeli tutmaq səbəbinin öz Qaranlıq Fontanını yaratmaq istəyinin olduğunu söyləyir. Burada Ralzi bu fontanların açılmağını Qaranlıq Dünya ilə Real Dünya arasında harmoniyanı pozduğunu və bunun nəticəsində qiyamət, "Gurultu"nun baş verəcəyini deyir.
Nəticədə Kris və Syuzi fontanı bağlayır, reallığa dönərkən ikili, Noel və Berdli gözlərini kompüter laboratoriyasında açırlar. Noel və Berdli bunların hamısını yuxu hesab edir və yeri tərk edirlər. Kris Syuzi ilə birgə evə dönür, Toriel Syuzini evdə bir gecəlik qalmağa dəvət edir. Toriel və Syuzi piroq bişirərkən Kris RUH-u bədənindən qopararaq hamam otağında bağlı saxlayır, evdən bir müddətlik kənarlaşır. Gecə hamı yatarkən Toriel polisə maşın təkərlərinin bıçaqla kəsilməyi barədə polisə şikayət edir. Bir az keçdikdən sonra Kris döşəməni bıçaqlayaraq digər bir Qaranlıq Fontanını yaradır.
Üçüncü bölüm — Gecənin Gec Saatları (Late Night) Kris və Syuzi Qaranlıq Dünyada Ralzi tərəfindən tənbeh olunurlar, hansı ki Ralzi onları özü daxil olaraq digər Darknerlərlə sadəcə reallıqda gündəlik əşyalar olduqlarından məsafə saxlamaqlarını xahiş edir, halbuki bu söhbəti Tenna (Torielin köhnə televiziyasından yaranmış Darkner) yarıda kəsir. Qısa müddət Tennanın oyun şoularında iştirak edəndən sonra onlar Torielin yatmış vəziyyətdə əsir götürüldüyünü görürlər. Buna baxmayaraq, Tenna öz şousunu dayandırmır. Tenna Dreemurr və Holiday ailələrinin ayrılığından bəri tərk edilmiş hiss etdiyini bildirir, və bu səbəbdən Guruldayan Cəngavərin vədi ilə Qaranlıq Fontanını açıq saxlayır.
Kris, Syuzi və Ralzi Tennanı məğlub edəndən sonra onu sakitləşdirirlər, izləyici sevgisi tapması üçün kömək edəcəklərinə söz verirlər. Bununla da Tenna Torieli qaytarır və Fontanı bağlamağa icazə verir və elə məhz bu vaxt Cəngavər tərəfindən hücuma məruz qalır. Cəngavər öz qələbəsi ilə birgə Torieli tutmağa çalışarkən Andayn tərəfindən hücuma uğrayır. Cəngavər Andayndan qurtularkən Krislə Syuzi reallığa qayıdıb onları bir sığınacağa qədər izləyir. Onlar ikilinin ardınca daxil olmaq istəyərkən qapı birdəfəlik bağlanır və qıfılın 3 rəqəmli kod olduğunu görürlər. Kodu tapa bilməyib Syuzi Dreemurrun evinə gedir, Kris üçün isə müəmmalı şəkildə qapı açılır.
İstinadlar
Xarici keçidlər
Deltarune rəsmi vebsaytı Deltarune rəsmi Steam səhifəsi Kateqoriya:Videooyun dizaynı Kateqoriya:Videooyun geympleyi Kateqoriya:Rol videooyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:MacOS videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:2021-ci ilin videooyunları Kateqoriya:2021-ci ilin videooyunları Kateqoriya:2021-ci ilin videooyunları Kateqoriya:2018-ci ilin videooyunları Kateqoriya:Pazl videooyunları Kateqoriya:ABŞ videooyunları Kateqoriya:PlayStation 5 videooyunları Kateqoriya:PlayStation 5 videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Nintendo Switch videooyunları Kateqoriya:2025-ci ilin videooyunları