Ernst İzinq (almanca: [ˈiːzɪŋ]; 10 may 1900 – 11 may 1998) — ən çox "İzinq modeli"nin inkişafı ilə yadda qalan alman fiziki idi. O, 1976-cı ildə təqaüdə çıxana qədər Bredli Universitetində fizika professoru olaraq çalışmışdır.

Həyat Ernst İzinq 1900-cü ildə Kölndə anadan olub. Ernst İzinqin valideynləri tacir Qustav İzinq və həyat yoldaşı Tekla Löve idi. Məktəbdən sonra o, Göttingen Universitetində və Hamburq Universitetində fizika və riyaziyyat təhsili alıb. 1922-ci ildə Vilhelm Lenzin rəhbərliyi altında ferromaqnetizmi araşdırmağa başlayıb. 1924-cü ildə doktorluq dissertasiyasını dərc etdirərək Hamburq Universitetində fizika üzrə doktorluq dərəcəsi alıb (doktorluq dissertasiyasının bir parçası və ya xülasəsi 1925-ci ildə elmi jurnalda məqalə kimi dərc olunub və bu, bir çoxlarının onun tam dissertasiyasını 1925-ci ildə dərc etdiyinə inanmasına səbəb olub). Onun doktorluq dissertasiyasında müəllimi Vilhelm Lenzin təklif etdiyi problem araşdırılıb. O, yalnız iki mövqe tuta bilən, "yuxarı" və "aşağı" olan və ən yaxın qonşular arasında qarşılıqlı təsirlərlə birləşən xətti maqnit momentləri zəncirinin xüsusi halını araşdırıb. Əsasən Rudolf Payerls, Hendrik Kramers, Qreqori Vanye və Lars Onsager tərəfindən aparılan tədqiqatlar sayəsində model ferromaqnit və paramaqnit halları arasındakı faza keçidlərini açıqlamaqda uğurlu olduğu sübut olunmuşdur.

İstinadlar

Xarici keçidlər The Fate of Ernst Ising and the Fate of his Model Ernst Ising's 1924 PhD thesis (English translation) Article from Bradley University about Ising

Kateqoriya:10 mayda doğulanlar Kateqoriya:1900-cü ildə doğulanlar Kateqoriya:Kölndə doğulanlar Kateqoriya:11 mayda vəfat edənlər Kateqoriya:1998-ci ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Almaniya fizikləri Kateqoriya:ABŞ fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:ABŞ immiqrantları Kateqoriya:Göttingen Universitetinin məzunları Kateqoriya:Hamburq Universitetinin məzunları Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:Almaniyadan ABŞ-yə mühacirət edənlər