Ali Osman Akkuş (5 oktyabr 1950, Çorum – 25 mart 2017, Ankara), Türk klassik musiqisi səs sənətçisidir. 1981-ci ildə TRT-nin açdığı imtahanı qazandıqdan sonra Ankara Radiosunda fəaliyyətə başlayıb. 35 illik TRT fəaliyyəti ərzində Türk musiqisi repertuarına əhəmiyyətli töhfələr verib və TRT Solo Albomlar Seriyasından bir albom çıxarıb. Sənətçi evli və iki uşaq atası olub. 2015-ci ildə TRT-dən təqaüdə çıxıb və uzun sürən xəstəlikdən sonra 25 mart 2017-ci ildə Ankara şəhərində vəfat edib.https://www.ntv.com.tr/sanat/usta-sanatci-hayatini-kaybetti,yzapdIBK1U-qAP2e7hR6JQ

İstinadlar

Kateqoriya:Ankarada vəfat edənlər