İkitos () — Peruda Amazon çayı sahilində yerləşən liman şəhəri. İkitos Amazon meşələrinin dərinliklərində yerləşən şəhərlərdən biridir. Perunun Loreto regionunun paytaxtı olan bu şəhərə sadəcə qayıqlarla və ya təyyarə ilə gediş-gəliş mümkündür. Amazon çayının sahilində yerləşən İkitos təbii ehtiyatları, bənzərsiz mədəniyyəti və qeyri-adi coğrafiyası ilə turistlərin diqqətini çəkən bir mərkəzdir.
Tarixi Şəhərin yaranma tarixi hələ də müzakirə olunur. Arxivlərdə şəhərin 1757-ci ildə San Pablo de Nuevo Napeanos kimi qurulduğu bildirilir. İkitosun tarixi missioner icmalarının bura köç etməsi ilə başlayır. Şəhər ilk dövrlərdə yerli icmalarla missionerlər arasında əlaqə mərkəzi rolunu oynayıb. Rəsmən 1864-cü ildə şəhər statusu qazanan İkitos Amazon bölgəsinin ən mühüm limanlarından biri oldu.
İkitos Perunun şimali-şərqində yerləşərək Amazon çayı və onun qolları ilə əhatə olunub. Şəhər yollardan kənar olduğu üçün şəhərə quru yol ilə daxil olmaq mümkün deyil. Nəqliyyat vasitəsi kimi qayiqlar əsas rol oynayır. Bundan əlavə İkitosa təyyarə yolu vasitəsilə Limadan və ya bəzi beynəlxalq hava limanlarından asanlıqla səyahət etmək olar.
İkitosun iqtisadiyyati əsasən ekoturizm və təbii ehtiyatlara dayanır. Amazon meşələri ilə əhatə olunduğu üçün şəhərə dünyanın bütün ölkələrindən turistlər axın edir. Bundan əlavə, şəhərin limanı vasitəsilə balıqçılıq, rezin istehsalı kimi ixracatlar iqtisadiyyatın vacib hissəsini təşkıl edir.
İkitos Köppen iqlim təsnifatına uyğun olaraq tropik meşə iqlimi olan ekvatorial iqlimi yaşayır, İntertropik Konvergensiya Zonasına tabedir və siklonlar yoxdur. İl boyu davamlı yağış yağır, fərqli quraqlıq mövsümü yoxdur, lakin yay daha yağışlıdır. Ekvator zonasında fəsillər həssas olmadığı üçün İquitosda cəmi iki fəsil var."Vicariate Apostolic of Iquitos" , Catholic Hierarchy
Allpahuayo - Mishana Milli Qoruğu biomüxtəlifliyin yüksələn dərəcələri ilə qorunan ərazidir. Pilpintuwasi kəpənək zooparkı İquitos ştatının Padre Cocha şəhərində yerləşir və 40-dan çox böcək növünü, xüsusilə də kəpənəkləri əhatə edir. Kəpənək zooparkı boyunca heyvanların xilas edilməsi üçün istifadəyə verilmiş Amazon Heyvan Yetimxanası yerləşir.
Qalereya
İstinadlar
Xarici keçidlər
www.peru.travel Peruvian Tourism Board with information about Iquitos and Loreto (English). Peruvian Amazon Travel Advisor Information about Iquitos and the Peruvian Amazon. Instituto de Investigaciones de la Amazonía Peruana (IIAP) (Spanish) Universidad Nacional de la Amazonia Peruana-UNAP (Spanish) NY Times article: Jews of Iquitos Municipalidad Provincial de Maynas – Maynas Town Hall's official website (Spanish) – The Iquitos Times English language monthly newspaper and website for Ex-pats living in Iquitos, Peru]
Kateqoriya:Peru şəhərləri