Klifford Ceyms Girts ( /ɡɜːrts/; ) — əsasən simvolik antropologiya təcrübəsinə güclü dəstəyi və təsiri ilə xatırlanan və "otuz onillik ərzində... ABŞ-nin ən nüfuzlu mədəni antropoloqu" hesab edilən amerikalı antropoloq.Shweder, Richard A., and Byron Good, eds. 2005. Clifford Geertz by His Colleagues. Chicago: University of Chicago Press. O, ölümünə qədər Prinstondakı Qabaqcıl Tədqiqatlar İnstitutunda fəxri professor vəzifəsində çalışmışdır.

Həyatı və karyerası

23 avqust 1926-cı ildə San-Fransiskoda anadan olan Girts, 1943-1945-ci illərdə İkinci Dünya müharibəsində ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət etmişdir. O, 1950-ci ildə Ohayo ştatının Yellou Sprinqs şəhərindəki Antiox Kollecində fəlsəfə üzrə bakalavr dərəcəsi və 1956-cı ildə Harvard Universitetində antropologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.

Harvard Universitetində Tolkott Parsonsun rəhbərlik etdiyi fənlərarası proqramla Sosial Münasibətlər Bölməsində təhsil almışdır. Girts, həmçinin Parsons və Klayd Klakhon ilə birlikdə çalışmış və antropoloq kimi təhsil almışdır. Girts ilk uzunmüddətli sahə işini həyat yoldaşı Hildred ilə birlikdə İndoneziyanın Yava şəhərində Ford Fondu və Massaçusets Texnologiya İnstitutu tərəfindən maliyyələşdirilən bir layihə çərçivəsində aparmışdır. Orada o, iki il yarım (1952-1954) ərzində kiçik, dağətəyi Mojokuto şəhərinin dini həyatını öyrənmiş, dəmir yolu işçisinin ailəsi ilə yaşamışdır.Geertz, Clifford. 2001. Available Light: Anthropological Reflections on Philosophical Topics. Princeton: Princeton University Press. Dissertasiyasını bitirdikdən sonra Girts İndoneziyaya qayıdaraq Bali və Sumatra adalarını ziyarət etmiş və bundan sonra 1956-cı ildə "Modjokutoda Din: Mürəkkəb Cəmiyyətdə Ritual İnamın Tədqiqi" adlı dissertasiya ilə doktorluq dərəcəsi almışdır.

Karyerası ərzində Girts Harvard, Kembric və Çikaqo Universiteti də daxil olmaqla, təxminən on beş kollec və universitetdən fəxri doktorluq dərəcəsi almışdır; eləcə də Asiya Araşdırmaları Assosiasiyasının (AAS) 1987-ci ildə Asiya Araşdırmalarına Fərqli Töhfələr Mükafatı kimi mükafatlara layiq görülüb.Association for Asian Studies (AAS), 1987 Award for Distinguished Contributions to Asian Studies ; retrieved May 31, 2011 O, Amerika İncəsənət və Elmlər Akademiyasının, Amerika Fəlsəfə Cəmiyyətinin və Amerika Birləşmiş Ştatları Milli Elmlər Akademiyasının üzvü olub. İlk həyat yoldaşı antropoloq Hildred Geertzdən boşandıqdan sonra başqa bir antropoloq Karen Blu ilə evlənib.

İstinadlar

Xarici keçidlər HyperGeertz©WorldCatalogue, contains all publications (= directly or indirectly noted public contributions) by Prof. Clifford James Geertz, in all languages], compiled by Ingo Mörth and Gerhard Fröhlich, Austria Interview of Clifford Geertz (video), alanmacfarlane.com Big Ideas: Clifford Geertz, thirteen.org Clifford Geertz: A Life of Learning (Charles Homer Haskins Lecture for 1999), acls.org A short biography of Geertz from Richard Wilk's website Clifford Geertz, Cultural Anthropologist, Is Dead at 80, The New York Times, November 1, 2006. Geertz author page and archive, The New York Review of Books Interview of Clifford Geertz by Alan Macfarlane 5 May 2004 (video) Symbolic and Interpretive Anthropologies National Academy of Sciences Biographical Memoir, nasonline.org Nature, symbol and culture in Clifford Geertz, tirant.com Guide to the Clifford Geertz Papers 1930s–2007 at the University of Chicago Special Collections Research Center

Kateqoriya:23 avqustda doğulanlar Kateqoriya:1926-cı ildə doğulanlar Kateqoriya:San-Fransiskoda doğulanlar Kateqoriya:30 oktyabrda vəfat edənlər Kateqoriya:2006-cı ildə vəfat edənlər Kateqoriya:Filadelfiyada vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:ABŞ antropoloqları Kateqoriya:ABŞ sosioloqları Kateqoriya:ABŞ etnoqrafları Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:XXI əsr ABŞ yazıçıları Kateqoriya:ABŞ Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:Berkli Kaliforniya Universitetinin müəllimləri