Əbdüləziz ibn Məhəmməd ibn Səud (; ) — Diriyyə əmiri.

Həyatı Hicri 1132-ci (1720 və ya 1721) ildə Diriyyədə doğulub. Atası, Məhəmməd ibn Səuddur. Atasının ölmündən sonra 1766-cı ildə hakimiyyətə gəldi. Atasının siyasətini davam etdirərək Vəhhabiliyi yaymaq məqsədilə otuz il Orta Ərəbistandakı müxtəlif qəbillərlə döyüşdü. Daha sonra Bəsrə körfəzi sahillərinə qoşun göndərdi: 1795-ci ildə Ləhsə və Qətif ələ keçirildi. 1798-ci ilin oktyabrında Bağdad valisi Süleyman Paşa tərəfindən həmin bölgəyə göndərilən Kətxuda Əli Paşanın komandanlığındakı qüvvələr Vəhhabilərə qarşı uğur qazana bilmədilər. Buna görə də, 1799-cu ildə iki tərəf arasında altı illik sülh imzalandı.

1773-cü ildə Məkkə şərifi Süruridən vergi müqabilində müqəddəs yerləri ziyarət etməyə icazə alan Əbdüləziz, 1787-ci ildə bu icazəni geri götürən Məkkə şərifi Qalib ilə mübarizəyə başladı. 1798-ci ildə isə Məkkəyə sərbəst daxil olmaq hüququ əldə etdi. 1802-ci ildə şiə Həzəil qəbiləsinin bir Vəhhabi karvanına hücum etməsinə görə o, oğlu Səudu İraqın Kərbəla bölgəsinə göndərdi. Kərkük də talan edildi və halisi kütləvi şəkildə öldürüldü. 1803-cü ilin fevralında Taifi ələ keçirərək, həmçinin oranı da talatdırdı və ardınca Məkkəyə istiqamət götürdü. Ehtimal olunan qətliam və talanın qarşısını almaq istəyən Məkkə şərifi Qalibin qardaşı Əbdülmuin onları şəhərə dəvət etdi və beləliklə Vəhhabilər 1803-cü ilin aprelində Məkkəyə daxil oldular. Onlar burada təxminən dörd gün qaldıqdan sonra Ciddəyə yürüş etdilər, lakin həmin vaxt Ciddədə olan Qalib, Ciddə valisi Şərif Paşa ilə birlikdə Vəhhabiləri məğlubiyyətə uğratdı. Əbdüləzizin Nəcdə çəkilməsi ilə Məkkə yenidən geri qaytarıldı (iyul 1803). Hakimiyyətini Bəsrə, Bəhreyn və Omana qədər genişləndirən Əbdüləziz, 1 (və ya 4) noyabr 1803-cü ildə Diriyyədə bir məsciddə, İraq qətliamından təsirlənmiş bir şiə tərəfindən xəncərlənərək öldürüldü.

İstinadlar

Həmçinin bax

Məhəmməd ibn Əbdülvəhhab Kateqoriya:XVIII əsrdə öldürülən monarxlar Kateqoriya:XIX əsrdə öldürülən monarxlar