Georg Franz Hoffmann () — alman botanisti və likenoloqu idi.
G. F. Hoffmann 1786-cı ildə Erlangen Universitetini bitirdikdən sonra 1787-ci ildən 1792-ci ilə qədər orada botanika professoru vəzifəsində çalışmışdır. 1792-ci ildən 1803-cü ilə qədər Göttingen Universitetinin botanika kafedrasının müdiri və Botanika Bağının direktoru olmuşdur. Artıq tanınmış botanik olan G. F. Hoffmann, xüsusilə də likenlər üzərindəki işlərinə görə 1804-cü ilin yanvarında Moskvaya köçmüş və Moskva Universitetində və Botanika Bağında botanika kafedrasına rəhbərlik etmişdir.
Tədqiqat işləri Descriptio et adumbratio plantarum e classe cryptogámica Linnaei qua lichenes dicuntur… (1789–1801) Vegetabilia cryptogama. (1790, Erlangen) Nomenclator Fungorum. (1789–1790, two volumes, Berlin) Historia salicum, iconibus illustrata. (1785–1787, Leipzig) Deutschlands Flora, oder, Botanisches Taschenbuch (1791, 1795, 1800, and 1804, Erlangen) Enumeratio plantarum et seminum hort botanici mosquensis. (1808, Moscow) Genera Plantarum Umbelliferarum (1814, 1816, Moscow) Herbarium vivum, sive collectio plantarum siccarun, Caesareae Universitatis Mosquensis. Pars secunda, continents . . . (1825)
1787-ci ildə Olof Peter Şvarts (1760–1818) "Rubiaceae" fəsiləsinə aid Hoffmannia cinsini ona həsr etmişdir.
Müəllifin adının standart qısaltması olan Hoffm, botanika adı göstərilərkən müəllifi göstərmək üçün istifadə olunur.
İstinadlar
Kateqoriya:Botanika taksonlarının müəllifləri