Vitold Abramoviç (; ) — siyasətçi və hüquqşünas. 1919-cu ildə o, Litvanın Vilnüs şəhərinin meri vəzifəsində çalışmış və 12 oktyabr 1920-ci ildən 16 yanvar 1921-ci ilə qədər Mərkəzi Litva Respublikasının icra hakimiyyəti olan Müvəqqəti İdarəetmə Komissiyasının sədri olmuşdur. 1922-ci ildə o, 1 fevral-1 mart tarixlərində Mərkəzi Litva Seymində təmsil etdiyi Demokrat Partiyasının lideri idi. 11 mart 1928-ci ildən 10 iyul 1935-ci ilə qədər Polşa Senatında Vilnüs seçki dairəsi üzrə Hökumətlə əməkdaşlıq üçün partiyasız bloku təmsil etmişdir.H. Dubowik, J. Malinows, J. Andruszkiewicz: Wileński słownik biograficzny. Bydgoszcz: Towarzystwo Miłośników Wilna i Ziemi Wileńskiej, 2002, ISBN 83-87865-28-1, OCLC 830347331. (in Polish)Jacek M. Majchrowski (editor): Kto był kim w Drugiej Rzeczypospolitej. Warsaw: Polska Oficyna Wydawnucza BGW, p. 580 (in Polish).
Bioqrafiya Vitold Abramoviç 28 avqust 1874-cü ildə Rusiyanın Kaluqa şəhərində anadan olub. O, Yan və Mariya (evlilikdən öncə: Mroçkovska) Abramoviçin oğlu idi. O, Moskvada filologiya gimnaziyasını (orta məktəb) bitirmiş, sonra Sankt-Peterburq və Moskva universitetlərində riyaziyyat üzrə, Varşava və Xarkovda isə hüquq üzrə təhsili almış və 1898-ci ildə təhsilini başa vurmuşdur. Universiteti bitirdikdən sonra o, müxtəlif yerlərdə işləmişdir, o cümlədən Vilnüs və Xarkov şəhərlərində Dəmir Yolları Departamentində hüquq məsləhətçisi kimi çalışmışdır. 16 noyabr 1899-cu ildə Vanda Budna ilə evləndi.Stanisław Łoza (editor): Czy wiesz kto to jest?. Warsaw: Wydawnictwo Głównej Księgarni Wojskowej, 1938, p. 2. (in Polish)Czy wiesz kto to jest?. Warsaw: Wydawnictwa Artystyczne i Filmowe. 1983, p. 2. (in Polish)
1901-ci ildə o, siyasətə qoşuldu və Polşa Sosialist Partiyasının üzvü oldu. 1906-cı ildə Polşa Sosialist Partiyasının İnqilabi Fraksiyasının üzvü oldu. Birinci Dünya müharibəsi zamanı o, 1914-cü ildən 1915-ci ilə qədər Polşa çarlığı yanında fəaliyyət göstərən Vətəndaş Qvardiyası adlı könüllü hərbi dəstənin üzvü idi. 1910-cu illərdən bəri masonluq hərəkatının üzvü idi.Ludwik Hass: Ambicje rachuby, rzeczywistość. Wolnomularstwo w Europie Środkowo-Wschodniej 1905-1928. Warsaw, 1984, p. 232. (in Polish)
1919-cu ildə Litvanın Vilnüs şəhərinin meri vəzifəsində çalışmışdır. Jeliqovskinin üsyanından və Mərkəzi Litva Respublikasının qurulmasından sonra Abramoviç 9 oktyabr 1920-ci ildə imzalanmış "Mərkəzi Litva Xalqına Bəyannamə"ni imzalayanlardan biri idi. O, 12 oktyabr 1920-ci ildə qurulan Mərkəzi Litvanın icra hökuməti sayılan Müvəqqəti İdarəetmə Komissiyasının üzvü və ilk sədri oldu.Joanna Gierowska-Kałłaur. Straż Kresowa wobec kwestii białoruskiej. Deklaracje i praktyka. In: Studia z Dziejów Rosji i Europy Środkowo-Wschodniej, no. 44, p. 32. 2009. ISSN 1230-5057. (in Polish) O, həmçinin Daxili İşlər Naziri təyin edilmişdir.Dekret no 2 Naczelnego dowódcy Wojsk Litwy Środkowej . In: Dziennik Urzędowy Tymczasowej Komisji Rządzącej, no. 1. Vilnius: Provisional Governing Commission, 17 November 1920, p. 2. (in Polish) O, 16 yanvar 1921-ci ilə qədər xidmət etdi və hər iki vəzifədə onun xələfi Stefan Mokşetski olmuşdur.
1922-ci ildə o, 1 fevral-1 mart tarixlərində Mərkəzi Litva Seymində təmsil etdiyi Demokratik Partiyanın lideri idi. O, Yuzef Pilsudskinin təklif etdiyi Polşa ilə federasiya ideyasını tərəfdarı idi.Sejm Wileński 1922 : przebieg posiedzeń według sprawozdań stenograficznych w opracowaniu kancelarji sejmowej , Vilanous: Mərkəzi Litva Seymi, 1922. (polyakça) 18 aprel 1922-ci ildə Mərkəzi Litva Respublikası İkinci Polşa Respublikasının tərkibinə daxil edildi. O, Polşanın şərqində yaşayan litva və belarus etnik azlıqlarının hüquqlarını dəstəkləmiş və 1924-cü ildə Vilnüsdə Polşa-Belarus cəmiyyətinin yaradılmasında iştirak etmişdir. 1927-ci ildə o, "Zjednoczenie" Litva və Belarus Torpaqları Milli Xalq Partiyasının üzvü idi.Maciej Wojtacki: Krajowe Stronnictwo Ludowe Ziem Litewsko-Białoruskich "Zjednoczenie" i jego organ prasowy "Wioska" w kampanii wyborczej do Sejmu II kadencji (1928–1930). In: Historia i Polityka, no. 13 (20)/2015. 2015, p. 132.
11 mart 1928-ci ildən 10 iyul 1935-ci ilə qədər Polşa Senatında Vilnüs seçki dairəsi üzrə Hökumətlə əməkdaşlıq üçün partiyasız bloku təmsil etmişdir. 1930-cu illərdə o, 1935-ci ildən 1939-cu ilə qədər Vilnüs voyevodluğunun voyvodası vəzifəsində çalışmış Lüdvik Botsyanskinin siyasətini tənqid edirdi. 1938-ci ildə o, solçu antifaşist siyasi təşkilat olan Demokratik klubların Vilnüs şöbəsini qurdu. 1939-cu ildə demokratlar ittifaqına qoşuldu. Sovet qoşunlarının Polşanı işğal etdikdən sonra Abramoviç Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs olunaraq Sibirə sürgün edildi və orada ya 1940, ya da 1941-ci ildə vəfat etdi. Onun ölümünün dəqiq tarixi və yeri hələ də məlum deyil.
Mükafatları
"Poloniya Restituta" ordeninin komandan xaçı (2 may 1923)Order Odrodzenia Polski. Trzechlecie pierwszej kapituły 1921–1924 . Warsaw: Presidium of the Council of Ministers, 1926, p. 16. (in Polish) İstiqlal Xaçı (19 dekabr 1933)Małgorzata Smogorzewska: Posłowie i Senatorowie Rzeczypospolitej Polskiej 1919–1939. Słownik biograficzny. vol. 1: A–D. Warsaw: Wydawnictwo Sejmowe, 1998, p. 33. (in Polish)Zarządzenie o nadaniu Krzyża Niepodległości z Mieczami, Krzyża Niepodległości oraz Medalu Niepodległości. In: Monitor Polski z 1933 roku, no. 292, position 318. 1933. (in Polish)
İstinadlar
Kateqoriya:Vilnüs siyasətçiləri Kateqoriya:Vilnüs merləri Kateqoriya:Polşa hüquqşünasları Kateqoriya:Polşa Sosialist Partiyası üzvləri Kateqoriya:Polşa Sosialist Partiyasının İnqilabi Fraksiyası üzvləri Kateqoriya:Demokrat Partiyanın (Polşa) üzvləri Kateqoriya:Polşa masonları