Qarıkənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Gərgər kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Rayon mərkəzindən 13 km qərbdə, dağlıq ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrin axırlarında Yanşaq kəndindən (Kəlbəcər r-nu) gəlmiş huydumlar nəsli köhnə (qarı) kənd yerinin yaxınlığında salmışdır. Bu toponim “Köhnə kənd” mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 374 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Gədəbəy rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Gədəbəy rayonunun kəndləri