Daş Zirə və ya Daş adasıAzərbaycan adaları — Xəzər dənizində, Abşeron yarımadasının şərq səmtində yerləşən ada. Azərbaycanda yerləşir. Bakı körfəzinə aid olan adalardandır. Sahəsi 0.1 km² təşkil edir, sahildən uzaqlığı 2,47 km-dir. Adanın uzunluğu 0,7 km, eni isə 0,1 km təşkil edir. Digər adı Volfdır (almanca canavar). Bakı arxipelaqında yerləşən ada.

Tarixi 1721 ildə I Pyotr Xəzərin qərb sahillərinə hücumu zamanı adaya Vulf adı verir. Bu adı Fin körfəzində yerləşən Tallin yaxınlığındakı Vulf adasına bənzədiyi üçün verir.

Flora-Faunası Adada Xəzər suitisi, Gümüşü qağayı, Maygülülər, Fitçi-cürə kimi canlılara rast gəlinir.Xəzər gekkonu adlı kərtənkələnin 1 yarımnövü bu adaya endemikdir (Daş ada gekkonu). Sularında nərəkimilərlə zəngindir. Ekoloji vəziyyət neft cirklənməsilə əlaqədar gərgindir.

Həmçinin bax Xəzər Abşeron yarımadası Ada

İstinadlar

Kateqoriya:Azərbaycan adaları Kateqoriya:Xəzər dənizi adaları Kateqoriya:Bakı arxipelaqı Kateqoriya:Azərbaycan coğrafiyası Kateqoriya:Azərbaycanda ətraf mühit Kateqoriya:Azərbaycanın kimsəsiz adaları Kateqoriya:Bakı coğrafiyası