Fulke Qrevil, I Bruk Baronu (; ) — İngilis şairi, yazıçısı və dövlət xadimi. O, həmçinin, I Elizabet dövrünün ən mühüm şəxslərindən biri olmuşdur. Həyatı Ser Fulk Qrevil 3 oktyabr 1554-cü ildə, İngiltərənin Vorvikşir qraflığında anadan olub. O, Qrevil ailəsinin üzvüdür və təhsilini Kembric Universitetində almışdır.

Fulk Qrevil I Elizabet və sonrakı I Ceyms dövrlərində müxtəlif dövlət vəzifələrində çalışmışdır. Bu dövrdə o, həmçinin, çoxsaylı diplomatik missiyalarda iştirak etmiş və dövlət işlərində fəal olmuşdur.

Ser Fulk Qrevil həm də şair olub. Onun şeirləri dövrünün cəmiyyətindəki siyasi və sosial məsələləri əks etdirir. Qrevilin ən məşhur əsərləri arasında "The Life of Sir Philip Sidney" və "Poems" yer alır. Bu əsərlərdə Qrevil həm dostu olan Filip Sidneyin həyatını yazmış, həm də öz düşüncələrini və dünyagörüşünü ifadə etmişdir.Worthies of the Area 1 - Fulke Greville III Alcester & District Local History Society; Spring 1985.

1604-cü ildə Kral qarşısında xidmətlərinə görə ona Uorvik qəsri təqdim edilmişdir.

1621-ci ildə o, ilk Baron Bruk oldu.

1628-ci ildə Baron Fulk Qrevilin vəsiyyətində özünü görməyən xidmətçisi tərəfindən bıçaqlanaraq öldürülmüşdür.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Fulke Greville, Lord Brooke at the "Luminarium"

Kateqoriya:İngiltərə şairləri Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:İngilis şairlər Kateqoriya:XVII əsr dramaturqları Kateqoriya:XVI əsr dramaturqları Kateqoriya:XVI əsr şairləri Kateqoriya:XVII əsr şairləri Kateqoriya:XVII əsr yazıçıları Kateqoriya:XVI əsr yazıçıları Kateqoriya:Sonetyerlər Kateqoriya:Bioqrafiya (janr)