Hitman: Sniper — 2015-ci ildə "Square Enix Montréal" tərəfindən istehsal edilmiş və "Hitman" seriyası çərçivəsində mobil platformalar üçün buraxılmış atış qalereyası tipli videooyun. Seriyanın əsas qəhrəmanı olan Agent 47 rolunda oyunçu sensor ekran üzərindən snayper nişangahı ilə baxış əldə edir və göl kənarındakı mülkdə toplaşmış bir neçə yüksək vəzifəli hədəfi onların mühafizəçilərini xəbərdar etmədən aradan qaldırmalıdır. Oyunçu ətraf mühitdən istifadə edərək hədəfləri məhv etməyin kreativ yollarını tapır. Bəzi hallarda əlavə tapşırıqlar bu prosesə istiqamət verir. Missiyalarda irəlilədikcə oyunçu daha güclü silahlar və yeni silah bacarıqları əldə edir.
Oyun ilk dəfə 2014-cü ildə "Electronic Entertainment Expo"da "Square Enix"in 2012-ci ildə buraxılmış "Hitman: Absolution" videooyunu üçün hazırlanmış "Sniper Challenge" adlı reklam xarakterli mini-oyununun bir davamı kimi elan edilmişdi. "Square Enix" uzunmüddətli Kanadada uzunmüddətli soft-lonç "Hitman: Sniper" oyununu 4 iyun 2015-ci ildə "Android" və iOS platformaları üçün buraxmış və oyun ümumilikdə əlverişli rəylər toplamışdır. Bəzi tənqidçilər oyunun minimalistik və ağıllı tapmaca dizaynını yüksək qiymətləndirmiş, digərləri isə aktivlik ilə dolu səhnələrin daha çox müxtəliflik təklif etməsini arzulamışdır. Buraxılışdan sonra edilən pulsuz yeniləmələrə zombilərdən müdafiə rejimi, yeni silahlar və mövsümi Hallovin mövzusu daxil edilmişdir. Buraxılışından bir il sonra "Hitman: Sniper" videooyunu "Square Enix Montréal" studiyasının ən çox gəlir gətirən layihəsi olaraq qalmışdı. Bu, studiyanın daha çox tanındığı "Go" seriyasının maliyyələşməsinə töhfə vermişdir.
Geympleyi thumb|Oyun prosesindən skrinşot. Burada oyunçu hədəfə snayper nişangahı vasitəsilə baxır və hədəfə, yoxsa öz çəkisini saxlayan şüşə məhəccərə atəş açmağı seçə bilər.
"Hitman" seriyasının baş qəhrəmanı olan Agent 47 rolunda oyunçu Monteneqroda yerləşən üç dəbdəbəli, göl kənarı malikanədə toplaşmış bir neçə nüfuzlu fiqurun aradan qaldırılması tapşırığı ilə yönləndirilir. Oyun birinci şəxs snayper nişangahı baxışı ilə oynanan atış qalereyası üslubuna əsaslanır. Agent 47 birbaşa əks-hücuma məruz qalmır, lakin hədəflər qurulan planı sezib ərazini tərk edərsə, missiya uğursuz sayılır. Beləliklə, oyun hədəfləri yaxınlıqdakı digər şəxsləri xəbərdar etmədən təcrid etməyi tələb edən pazl strukturuna çevrilir. Oyunçu hədəfləri aradan qaldırmağın müxtəlif yollarını sınaqdan keçirir. Məsələn, şüşəni vuraraq hədəfin düşüb ölməsinə şərait yaratmaq kimi dolayı üsullar tətbiq olunur. Digər tələlərə mühafizəçiləri yayındırmaq üçün avtomobil siqnalizasiyasını işə salmaq, ventilyatorları açaraq düşmənləri sıldırım yamacdan aşağı yuvarlamaq və ya hədəfi birbaşa cakuziyə yıxmaq daxildir. Oyunçu cihazın ekranını sıxaraq nişangahı yaxınlaşdırır və atəş açmaq üçün nişangah nöqtəsinə toxunur. Ekrandakı "reload" düyməsi silahın darağının yenidən doldurulması üçün sürətli vaxt hadisəsi başladır və oyunçu ekranı sürüşdürərək darağı dəyişir.
Missiyalar on vacib hədəfdən birinin aradan qaldırılması və əlavə tapşırıq əsasında qurulur. Bunlara müəyyən vaxt limiti daxilində üslublu öldürmə, konkret tələdən istifadə və ya hərəkətdə olan hədəfə baş vuruşu etmək kimi tələblər daxildir.
Oyun irəlilədikcə oyunçu yeni silahlar və silah bacarıqları əldə edir. Bunlar hədəflərin məhv edilməsindən toplanan xallar, lider cədvəllərindəki sıralama və hədəflər tərəfindən atılan "blueprint" kolleksiyaları vasitəsilə qazanılır. Yeni bacarıqlara zamanı yavaşlatmaq və ya ekrandakı düşmənləri aşkar etmək kimi imkanlar daxildir. Oyundaxili valyutanı mikroödənişlər vasitəsilə birbaşa əldə etmək də mümkündür. Bu, irəliləyiş mərhələlərini keçməyə və daha güclü silahları tez bir zamanda açmağa imkan verir. Oyunçu həmçinin, "Facebook" inteqrasiyası vasitəsilə irəliləyişini müxtəlif cihazlar arasında sinxronizasiya edə bilir.
İstehsalı "Hitman: Sniper" videooyunu "Square Enix"in 2012-ci ildə buraxılmış "Hitman: Absolution" oyunu üçün hazırlanmış "Sniper Challenge" adlı reklam xarakterli mini-oyununun genişləndirilmiş versiyası kimi nəzərdə tutulmuşdur. Komanda həmçinin, personajı oyun dünyasında hərəkət etdirməyə ehtiyac olmayan konsepsiyanın üstünlüklərini araşdırmaq istəyirdi. Oyun ilkin mərhələdə "iPad" üçün "genişmiqyaslı, premium oyun" kimi, adi mobil oyunlardan daha yüksək qiymətlə planlaşdırılmışdı. Daha sonra tamamilə oyundaxili mikroödənişlər ilə dəstəklənən "free-to-play" modelinə keçirilməsi nəzərdə tutulmuşdu, yekunda "Square Enix" bu iki model arasında bir həll seçmiş, oyunu ödənişli şəkildə satışa çıxarmağa qərar vermişdir. Oyun iki həftə ərzində istehsal edilmişdir.
"Square Enix" şirkəti "Hitman: Sniper" oyununu 2014-cü ildə "Electronic Entertainment Expo" sərgisində elan etmiş və həmin tədbirdə oyunun demo versiyası təqdim olunmuşdur. Oyun ilkin olaraq 2014-cü ildə çıxmalı idi. Kanadada soft-lonç mərhələsindən sonra "Hitman: Sniper" 4 iyun 2015-ci ildə iOS və "Android" platformaları üçün buraxılmışdır.
"Free-to-play" oyunlarında olduğu kimi, "Hitman: Sniper" buraxılışdan sonra da illərlə yeniləmələr almışdır. 2016-cı ilin iyununda aparılmış pulsuz yeniləmə ilə oyuna "Death Valley Challenge Mode" adlı zombilərdən müdafiə rejimi əlavə edilmişdir. Bu rejimdə oyunçu avtomobilini təmir etməyə çalışan bir şəxsi ona yaxınlaşan zombilərdən qoruyur. Bu əlavəyə üç çətinlik səviyyəsi, yeni silah yüksəltmələri və nailiyyətlər də daxil idi. Həmin ilin sonlarında "Square Enix Montréal" mövsümi Hallovin mövzulu və xüsusi qabiliyyətlərə malik limitli buraxılışlı zənburək əlavə etmişdir. Bu silah bəzi hədəflərin "ruh"unu oyunçu üçün müttəfiqə çevirə bilirdi.
Qəbulu
Videooyun "Metacritic" icmal toplayıcısına görə, "ümumən müsbət" rəylər almışdır. "Gamezebo" nəşri "Hitman: Sniper"i 2015-ci ilin iyun ayında buraxılmış ən yaxşı mobil oyunlar sırasında qeyd etmişdir. Rəyçilər oyunun tapmaca əsaslı dizaynında məntiqi incəlikləri və minimalist yanaşmanı yüksək qiymətləndirmiş, lakin hadisələrlə zəngin səhnarilərdə daha çox müxtəliflik tələb olunduğunu bildirmişdilər. Onlar hədəf personajların marşrutlarını əzbərləməklə və onların müxtəlif təsirlərə verdiyi reaksiyaları öyrənməklə obrazları yaxından tanıdıqlarını vurğulamışdılar. "TouchArcade" müəllifi hədəflərin yeni kombinasiyalarına instinktiv şəkildə reaksiya verə bilməyin müsbət təcrübə yaratdığını, lakin bununla yanaşı oyun mexanikasının zamanla təkrarlayıcı xarakter aldığını qeyd etmişdir. "Gamezebo" rəyçisi bunun əksinə, oyun məkanının dəyişməz qalmasına baxmayaraq yeni hədəflər və əlavə çətinliklər hesabına daim təravətli və həyəcanlı qaldığını bildirmişdir. "Pocket Gamer" nəşri hədəflərin "tələ və hiylələr" vasitəsilə aradan qaldırılmasını oyunun ən maraqlı elementi kimi qiymətləndirmişdir.
"Gamezebo" xüsusi olaraq oyunun səs dizaynını və bunun tapmaca həllərində oyunçuya ipucları vermə funksiyasını yüksək dəyərləndirmişdir. "TouchArcade" oyunun minimalistik süjetinin hədəflərin gündəlik davranışlarını izləməklə tədricən açıldığını vurğulamışdır. Eyni zamanda qeyd olunmuşdur ki, personajların atəş səslərinə reaksiya verdikdən sonra yenidən normal fəaliyyətlərinə qayıtmaları inandırıcılığı müəyyən qədər zəiflədir, lakin oyundakı Pasxa yumurtalarının bu psixoloji ziddiyyəti qismən kompensasiya etdiyi bildirilmişdir. "Pocket Gamer" oyunun gizlilik və situasiya yumoru baxımından seriyanın əsas hissələrinin səviyyəsinə çatmadığını qeyd etmişdir. Tənqidlər sırasında "Gamezebo" nəşri əsas xal çoxaldıcı mexanizmin oyunun balansını pozduğunu irəli sürmüşdür. "TouchArcade" oyunun "iPad" planşetlərində "iPhone" cihazlarına nisbətən daha rahat oynanıldığını qeyd etmiş və oyun irəliləyişinin sinxronlaşdırılması funksiyasını müsbət qiymətləndirmişdir. "Square Enix Montréal" studiyası əsasən "Go" seriyası ilə tanınır, lakin "Hitman: Sniper" studiyanın ən yüksək gəlir gətirən layihəsi olmuş və bu gəlirlər sonradan "Go" seriyasının inkişafının maliyyələşdirilməsində mühüm rol oynamışdır.
2020-ci ildə Rusiyanın "Mail.ru" platformasının videooyunlara ayrılmış bölməsi saytı "Hitman: Sniper" oyununu ən yaxşı 100 mobil oyun siyahısına daxil etmişdir.
Sikvel "Hitman: Sniper" franşizasının davamı olan "Hitman Sniper: The Shadows" videooyunu "Square Enix Montreal" studiyası tərəfindən hazırlanmış və 3 mart 2022-ci il tarixində satışa çıxarılmışdır. Layihə yeni lokasiyalar, həmçinin bir neçə fərqli qabiliyyətə malik oynana bilən personajın əlavə olunması ilə əvvəlki versiyadan fərqlənmişdir. Dövrün videooyun mediası tərəfindən aparılmış qiymətləndirmələrə görə, "Multiplayer.it" və "Pocket Tactics" oyunun məkan dizaynını, çoxpersonajlı quruluşunu və ümumi mexanizmini müsbət dəyərləndirmişdir. Bununla belə, mövcudluq müddəti məhdud olmuş və layihə 4 yanvar 2023-cü il tarixində rəsmi olaraq fəaliyyətini dayandırmışdır.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:2015-ci ilin videooyunları Kateqoriya:Android videooyunları Sniper Kateqoriya:iOS videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Square Enix oyunları Kateqoriya:Kanada videooyunları Kateqoriya:2014-cü ilin videooyunları Kateqoriya:Shoot 'em up oyunları Kateqoriya:Birinci-şəxs atıcılar Kateqoriya:Birinci-şəxs atıcılar Kateqoriya:Square Enix franşizaları