Martin Lourens Bulard (; ) — ABŞ-da yaşayan ingilis interyer dizayneri. Həyatı Martin Bulard 30 mart 1967-ci ildə Londonda anadan olub. Gənc yaşlarından sənətə və dizayna maraq göstərib. Karyerasına aktrisa anasının vasitəsilə müxtəlif kinostudiyalarda dekorasiyalar hazırlamaqla başlayıb. 1990-cı illərdə Bullard ABŞ-a köçərək Los Ancelesdə fəaliyyətini genişləndirdi. O, burada tanınmış şəxslər üçün interyer dizaynları hazırlamağa başladı və qısa müddətdə məşhur oldu. Onun klassik və müasir elementləri sintez edən üslubu Hollivud ulduzlarının diqqətini çəkdi.
O, bir çox məşhur layihələri ilə tanınır. Martin Bulardın Hollivudun və moda dünyasının ən tanınmış simaları ilə işləyib. Onun dizayn etdiyi evlər və məkanlar arasında aşağıdakılar daxildir: Şer – O, məşhur müğənni üçün Mərakeş və Osmanlı üslubunda ev dizayn edib. Kayli Cenner – Cennerin malikanəsini lüks dizayn elementləri ilə bəzəyib. Tommy Hilfiger – Mayami villasını retro-modern üslubda yenidən dizayn edib. Kloi Kardaşyan və Kourtney Kardaşyan – Onların evlərini zərif interyerlərlə təchiz edib. Qeyd edək ki, Ellen Pompeo, Eva Mendes, Şaron Osbourne və Elton Con kimi məşhurlar da onun müştəriləri arasındadır. Onun dizayn etdiyi məkanlar yalnız şəxsi villalar deyil, otel, restoran və kommersiya məkanlarını da əhatə edir. O, Beverli-Hillz, Palm Sprinqs və London kimi şəhərlərdə də interyer layihələrini həyata keçirib.
Martin Bulard 2011-ci ildən 2013-cü ilə qədər Bravonun məşhur "Milyon Dollarlıq Dekorasiya" serialında rol alaraq, yüksək səviyyəli interyer dizaynerlərini tənqid etdi. 2012-ci ildə verdiyi müsahibədə məşhur müştərilərinin iştirak etdiyi şouda tez-tez iştirak edən Bullard bunları deyib: "Məşhurlar həyatlarını diqqət mərkəzində yaşayırlar. Buna görə də, evlərinin tam istirahət və məxfilik üçün müqəddəs yer olması vacibdir. İllərdir məşhur müştərilərimlə birlikdə ən böyük sevincim, Hollivuddakı hind sarayı, Malibudakı Toskana villası və ya Nyu-Yorkdakı İngilis kənd kotteci olsun, xəyallarını gerçəkləşdirmək ehtirasları olub. Mən onların köməkçisi olmaq və bu xəyalları dekorativ gerçəkliyə çevirmək üçün buradayam."
Əsərləri Martyn Lawrence Bullard; photographed by Tim Street-Porter; Live, Love & Decorate;4 October 2011; Rizzolli; Martyn Lawrence Bullard; "Design & Decoration;" 17 May 2016; Rizzoli;
İstinadlar
Xarici keçidlər
Kateqoriya:XXI əsr İngiltərə yazıçıları