thumb thumb|Müasir alət 1979-cu ildə Bilefelddəki D.Kleuker emalatxanasında yaradılmışdır. Protestasiya Xatirə kilsəsi () — Almaniyanın Reynland-Pfalts əyalətinin Şpayer şəhərində yerləşən Lüteran və Reformasiya konfessiyalarını birləşdirən protestant kilsəsi.
Bina 1529-cu il Şpayer protestasiyasının xatirəsinə ucaldılıb. Kilsədə Pfaltsın ən hündür zəng qülləsi (hündürlüyü 100 metr) vardır. Tarixi XIX əsrin II yarısında Almaniyanın Protestant hakimiyyəti ilə katoliklər arasında münasibətlər kəskin şəkildə pisləşdi. Bu proses Kulturkampf kimi də tanınır. protestantlar üçün ana kilsə olaraq nəzərdə tutulmuşdu, lakin onların arasında orijinal layihə ilə bağlı mübahisədən dolayı tikintisi təxminən 35 il gecikməli oldu. Xatirə kilsəsinin tikilməsi, 1846-1856-cı illərdə İohann fon Şraudolfun Şpayer kafedralının təmiri və rənglənməsinə reaksiya idi. Öncə kafedralın yaxınlığında yerləşən barokko üslublu Üçlük kilsəsini bərpası planlaşdırılsa da, sonra yeni binanın tikintisinə qərar verildi. Tikintisi Protestasiya kilsəsinin "Retşer" adlı köhnə malikanənin xarabalığı üzərində, Üçlük kilsəsinin yaxınlığında tikilməsi planlaşdırılırdı. Buranın 1529-cu ildə Reyxstaqının keçirildiyi yer olduğu düşünülürdü. "Retşer kilsəsi"nin tikintisi üçün tikinti birliyi yaradıldı. Bavariya kralı II Maksimilianın icazəsi ilə 1857-ci ildə ictimai ianə toplama kampaniyası başladıldı. Protestantlar eyni zamanda Vormsdakı Martin Lüter abidəsini də maliyyələşdirdikləri üçün ianələr kifayət etmirdi. Lüter abidəsi 1868-ci ildə Prussiya kralı və sonrakı imperator I Vilhelm olacaq şahzadənin iştirakı ilə açıldı. Şpayerdəki kilsə bu hadisədən sonradan çox vacib hala gələn Prussiya kral evi ilə əlaqə qurmaq üçün istifadə etdi.
1529-cu il Reyxstaqının "Retşer"də keçirilmədiyi məlum olduqdan sonra layihə Köhnə Şəhərlə əlaqəsini kəsdi. 1883-cü ildə "1529-cu il Protestasiyasının Xatirə kilsəsinin Tikinti Assosiasiyası" kilsənin indiki yerini müəyyən etdi. 1871-ci ildə Lüteran imperatorun rəhbərliyi altında Alman imperiyasının qurulması layihəyə yeni həyat verildi. Memarlığı 1890-cı ildə tikinti üçün lazım olan vəsait toplanmadığı üçün tikinti birliyi kilsənin tamamlanmasını təmin edəcəyinə söz verən protestant İmperatoru II Vilhelmə müraciət etdi.Eger, Wolfgang: Geschichte der Stadt Speyer, Kohlhammer Verlag, Stuttgart, 1983 Kilsənin digər böyük xeyriyyəçisi Henri Uillard idi. Kilsənin təməl daşı 24 avqust 1893-cü ildə qoyulmuşdur. On bir illik tikintidən sonra xatirə kilsəsi nəhayət 31 avqust 1904-cü ildə tamamlandı.
Kilsə doktrinal neoqotik üslubunda tikilib. Əsasən də Vyana neoqotik kilsələrindən, xüsusən də 1856-1879-cu illər arasında tikilmiş Vyana Votiv kilsəsindən modelləşdirilib. İstinadlar
Kateqoriya:1904-cü ildə yarananlar Kateqoriya:Almaniyada birləşmiş protestant kilsələri