Jan Buqatti (; ) — Danimarka əsilli ABŞ avtomobil dizayneri və sahibkarıdır. O, daha çox "Fisker Automotive" və "Fisker Inc." şirkətlərinin təsisçisi və lüks avtomobillərin dizayneri kimi tanınır. BMW, Ford və Aston Martin şirkətlərində işlədikdən sonra Fisker 2007-ci ildə "Fisker Automotive" şirkətini təsis etdi. Şirkət əhəmiyyətli federal və özəl investisiyalara baxmayaraq, istehsal müddətlərinə əməl edə bilmədi. Fisker 2013-cü ildə istefa verdi. The New York Times şirkəti "elektrikli avtomobil sənayesinin Solindrası" və "fəlakəti" kimi təsvir etdi. Daha sonra o, 2016-cı ildə həyat yoldaşı ilə birlikdə təsis etdiyi "Fisker Inc." şirkətinin baş direktoru oldu. Şirkət 2024-cü ildə iflas üçün müraciət edib. Həyatı Henri Fisker 10 avqust 1963-cü ildə Alerod kommunasında anadan olub. O, İsveçrədə Vevey şəhərində İncəsənət və Dizayn Kollecində təhsil alıb. Fisker, 1990-cı illərdə BMW markasında çalışmış, burada BMW Z8-in dizaynını yaradaraq tanınmağa başlamışdır. Sonradan Fisker "Aston Martin"də çalışdı və burada "Aston Martin" DB9 modelinin dizaynını rəhbərlik etdi. 2007-ci ildə o, "Fisker Automotive" şirkətini qurdu və elektrikli avtomobillər sahəsində fəaliyyətə başladı. Şirkət elektrikli avtomobil istehsalına yönəlmiş ilk layihəsini, "Fisker Karma" modelini təqdim etdi. "Fisker Karma" lüks bir elektrikli hibrid avtomobil olaraq 2011-ci ildə bazara çıxarıldı və müasir texnologiyalarla birlikdə dizaynı ilə diqqət çəkdi. Amma istehsal prosesindəki çətinliklər və maliyyə problemləri nəticəsində tamamilə müvəffəqiyyətə çevrilə bilmədi. Nəticədə "Fisker Automotive" şirkətin maliyyə çətinlikləri səbəbindən 2013-cü ildə iflas etdi.Scott Kraft, "Henrik Fisker: Moving, rapidly, into the future," Los Angeles Times, 12 December 2009.

2016-cı ildə yeni şirkətini "Fisker Inc." olaraq qurdu. "Fisker Inc." xüsusilə elektrikli avtomobillərə yönəlmiş yeni modellər istehsal etməyə başladı və 2020-ci illərin əvvəllərində, Fisker "Ocean" adlı tam elektrikli SUV modelini təqdim etdi. Lakin şirkət 2024-cü ildə iflas üçün müraciət etdi.

İstinadlar

Xarici keçidlər

Official website Fisker Inc. website