Azərbaycanın dövlət-icma və icmalararası münasibətləri — Azərbaycan dövlətinin müxtəlif icmalarla münasibətləri, həmçinin Azərbaycanla bağlı icmaların münasibətlərini əhatə edir.

Etnik icmalar

Azərbaycan Xalq Cümhuriyyəti ilə Dağlılar Respublikası arasında Quba məsələsi ilə bağlı ərazi münaqişəsi olmuşdur. Münaqişə dövründə Quba qəzası əhalisi və Quba Müsəlman şurası bu ərazinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəti şəkildə bəyan etmişdir. Quba Müsəlman şurası Dağlı hökumətinə göndərdiyi məktubda onun bəzi üzvlərinin ərazi iddiasının ümummüsəlman mənafeyini müəmmalı məqsədlərə qurban vermək kimi qiymətləndirmişdir. "Quba məsələsi" Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qətiyyətli mövqeyi, Quba qəzası əhalisinin öz iradəsini birmənalı şəkildə bildirməsi və Dağlı hökumətində sağlam düşüncənin üstün gəlməsi nəticəsində qısa müddətdə həll edilmişdir.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 160

Zaqatala dairəsi Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan arasında münaqişəli ərazi olmuşdur. Bölgənin sovetləşdirilməsindən sonra mübahisəni həll etmək üçün gürcülərdən və azərbaycanlılardan ibarət qarışıq komissiya yaradılmışdır.

Naxçıvan muxtariyyəti

Naxçıvan 1920-ci ilin əvvəllərində Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi idi. Naxçıvan əhalisi 1921-ci ilin əvvəlində keçirilən referendumda Azərbaycan SSR-in tərkibində olmaq istədiyini bəyan etmişdir. 1924-cü ildə rəsmi olaraq, Naxçıvan Muxtar Respublikası yaradılmışdır.Tim Potier. Conflict in Nagorno-Karabakh, Abkhazia, and South Ossetia: A Legal Appraisal, p. 4. ISBN 90-411-1477-7

1990-cı illərdən bəri, Qarabağ münaqişəsi ilə bağlı olaraq, Naxçıvan Muxtar Respublikası əhalisi blokada şəraitində yaşayır. Hal-hazırda Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirəcək Zəngəzur və Araz dəhlizləri üzərində iş gedir. Zəngəzur dəhlizi Ermənistan vasitəsilə, Araz dəhlizi isə İran vasitəsilə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirir. Zəngəzur dəhlizinə ABŞ-ın nəzarət etməsi gözlənilir. Türkiyə ərazisindən Naxçıvanı qazla təmin edəcək kəmər üçün işlər bitmişdir, Türkiyəni Naxçıvanla birləşdirəcək dəmiryolu ilə bağlı işlər isə davam etdirilir.

21 dekabr 2022-ci ildə Naxçıvanın rəhbəri Vasif Talıbov vəzifəsindən istefa vermiş və Naxçıvan Ali Məclisi bu qərarı tanımışdır. Bundan sonra Naxçıvanda islahatlar və struktur dəyişiklikləri həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklər nəticəsində Naxçıvan Ali Məclisinin ali təhsilli hər bir deputatının Ali Məclisin sədri ola bilməsi qərarlaşdırılmışdır. Naxçıvan Ali Məclisi sədrinə muxtar ərazini xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil etmə, Azərbaycan Prezidentinə Naxçıvanda dövlət orqanlarında xidmət keçən şəxslərə ali xüsusi rütbələrin və ixtisas dərəcələrinin verilməsi üçün təkliflər vermə və s. yeni səlahiyyətlər verilmişdir. "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı maddəyə əsasən, Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin konstitusiyaya salınması üçün işlər görülmüş və onun birbaşa Azərbaycan Prezidentinə tabe olması faktı təsdiqlənmişdir. 8 iyul 2025-ci ildə Azərbaycan Milli Məclisi Naxçıvan MR Konstitusiyasına dəyişiklikləri təsdiqləmişdir.

Qarabağ və Şərqi Zəngəzur azərbaycanlıları

9 aprel 1992-ci ildə Nizami Bəhmənov Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri seçilmişdir. 1994-cü ildə Bişkek protokolu imzalananda Azərbaycan tərəfi tələb etmişdir ki, Nizami Bəhmənovun imzası protokola əlavə edilsin. Bəhmənovun adı protokola daxil edilsə də o, sənədi imzalaya bilməmişdir. ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlar apararkən Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə də görüşlər keçirmişdir.Сопредседатели МГ ОБСЕ встретились с представителями азербайджанской общины Карабаха .Сопредседатель МГ ОБСЕ: Без решения вопроса с беженцами невозможно достичь всестороннего урегулирования конфликта .Представители азербайджанской общины Нагорно-Карабахского региона АР об условиях установления мира в регионе . 2006-cı ilin sentyabrında icmanın statusu Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənmişdir.

Nizami Bəhmənovdan sonra icmanın sədri vəzifəsini Bayram Səfərov və Tural Gəncəliyev icra etmişdir. İkinci Qarabağ müharibəsindən sonra, 2021-ci ildə icma ləğv edilmişdir.Azerbaijani Nagorno-Karabakh community receives new head – what does this mean for conflict negotiations? . 21 December 2018.

Hal-hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun 10 şəhərində (Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Cəbrayıl, Kəlbəcər, Ağdam, Xocavənd, Zəngilan), 3 qəsəbəsində (Qırmızı Bazar, Hadrut və Kərkicahan) və 31 kəndində azərbaycanlıların məskunlaşdırılması təmin edilmişdir. Cəbrayılın Cocuq Mərcanlı kəndi Aprel döyüşlərindən sonra, Zəngilanın Ağalı kəndi isə işğalın tamamilə bitməsindən sonra azərbaycanlıların məskunlaşdığı ilk yaşayış yeridir. 10 may 2024-cü il tarixindən etibarən, keçmiş Laçın dəhlizinə daxil olan 3 yaşayış məntəqəsində də (Laçın, Zabux və Sus) azərbaycanlıların məskunlaşdırılmasının başlaması təmin edilmişdir. 10 may 2024-cü ildə Azərbaycanın mədəniyyəti paytaxtı Şuşada, 15 avqust 2025-ci ildə isə Xaçın knyazlığının (Xanabert) və Qafqaz Alban kilsəsinin (Gəncəsər) tarixi mərkəzinin yerləşdiyi Vənglidə azərbaycanlıların məskunlaşdırılması ilkin olaraq həyata keçirilmişdir.

2025-ci ilin sentyabrında Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Ağdama səfər etmiş, Qarabağda görülən quruculuq işlərini tərifləmişdir:

2025-ci ilin noyabrında İlham Əliyev açıqlama verərək Özbəkistanı Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərən ilk ölkə, Prezident Şavkat Mirziyoyevi isə dünyada ilk lider adlandırmışdır.

Qərbi Azərbaycan İcması

Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İB-nin 2022-ci il avqustun 3-də keçirilən ümumi yığıncağında birliyin "Qərbi Azərbaycan İcması" adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunmuşdur. İcmanın rəhbəri Azərbaycan Milli Məclisinin deputatı Əziz Ələkbərlidir.

2023-cü ilin yanvarında qərbi azərbaycanlıların qayıdış konsepsiyası təqdim edilmişdir. Burada qərbi azərbaycanlıların Ermənistana qayıtması, qayıdışdan sonra onların Azərbaycan Respublikası ilə maneəsiz əlaqələrinə imkan verilməsi, Ermənistandakı mədəni irs nümunələrinin qorunması məsələləri qeyd edilmişdir.

2023-cü ilin fevralında Qərbi Azərbaycan icması Ermənistan baş naziri Nikol Paşinyana məktub göndərmiş, onu azərbaycanlıların Ermənistana geri qayıdışı üçün dialoqa başlamağa dəvət etmişdir. Ancaq erməni hakimiyyəti bu çağırışa cavab verməmişdir. Eyni ilin martında Azərbaycan prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasına istinad edərək, əvvəllər Ermənistanda yaşayan azərbaycanlılarla keçmişdə Dağlıq Qarabağda yaşamış ermənilərə eyni münasibət göstərilməsini tələb etmiş, Ermənistan bunu rədd etmişdir.

2024-cü ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan icmasının üzvlərinin iştirakı ilə Aşıq Ələsgərin heykəlinin açılışını etmişdir. Açılışda Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov və Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli prezidentə öz təşəkkürlərini bildirmişdir. Bundan başqa, 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikasında "Qərbi Azərbaycana qayıdış" festival-konqresi keçirilmişdir.

2024-cü ilin oktyabrında Azərbaycan Milli Məclisində Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılmışdır. Beləliklə, Qərbi Azərbaycan İcması Ermənistana qayıdış mövzusunu regional və beynəlxalq miqyasda, parlamentlərarası münasibətlərdə əlaqələndirmək imkanı əldə etmişdir.

Azərbaycan erməniləri

thumb|250x250px|Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxsi Ramin Məmmədov|left

Ramin Məmmədov 2023-cü ilin mart ayında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxsi təyin olunmuşdur. O, mart ayının 1-də Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdür.

2023-cü ilin 21 sentyabrında Yevlax şəhərində Qarabağ erməniləri və Azərbaycan nümayəndələri arasında danışıqlar keçirilmişdir. Bu görüşdə Azərbaycan prezidentinin nümayəndəsi "Qarabağ ermənilərinin reinteqrasiyası planı"nı təqdim etmişdir. Azərbaycan parlamentinin deputatlarının fikrinə görə, bu, "Qarabağ bələdiyyə orqanları" ilə potensial əməkdaşlığı özündə əks etdirmişdir. 25 sentyabrda Azərbaycan prezidentinin administrasiyası Xocalıda Azərbaycan hakimiyyəti və "Qarabağın erməni əhalisi"nin nümayəndələrinin ikinci görüşünü keçirmişdir. İclasda, administrasiyadan verilən məlumata görə, tibbi yardım, xüsusən də birgə həkim dəstələri, Bakı ilə Qarabağın erməni əhalisi arasında əlaqələrin yaradılması məsələləri müzakirə olunmuşdur.

2 oktyabrda Qarabağ ermənilərinin kütləvi köçü faktiki başa çatdıqdan bir gün sonra Xankəndi şəhərinin inzibati mərkəzində Azərbaycan hökuməti yanında regionun reinteqrasiyası üzrə işçi qrupunun iclası keçirilmişdir. Bundan sonra Azərbaycan Prezidentinin Administrasiyası ilk dəfə olaraq Qarabağ erməniləri üçün "reinteqrasiya planı"nın əsas tezislərini açıqlamışdır. Plana Qarabağ ermənilərinin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ, dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi, erməni dilinin istifadəsinə imkan yaratma daxil edilmişdir.

Azərbaycan Prezident Administrasiyasının məlumatına görə, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqi statuslarını müəyyən etmək məqsədilə "reintegration.gov.az" portalında Azərbaycan ərazisində qeydiyyat prosesinə başlamışdır. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 1 oktyabr tarixində "bir neçə" erməni bu xidmətdən istifadə etmişdir. Miqrasiya Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, 3 oktyabr tarixinə qədər Qarabağ iqtisadi rayonunun 7 sakini daha sonra ölkə vətəndaşlığını almaq üçün Dövlət Miqrasiya Xidmətinin Xankəndi şəhərindəki stasionar şöbəsində qeydiyyatdan keçmişdir. Azərbaycan Miqrasiya Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 3-nə olan məlumata görə, Qarabağ iqtisadi rayonunun 7 sakini daha sonra ölkə vətəndaşlığını almaq üçün Dövlət Miqrasiya Xidmətinin Xankəndi şəhərindəki stasionar şöbəsində qeydiyyatda olmuşdur. Səlahiyyətlilərin bildirdiyinə görə, onlardan beşi özləri miqrasiya xidmətinin idarəsinə gəlmiş, daha ikisi xidmət əməkdaşlarının şəhər rayonlarına səfəri zamanı Azərbaycan vətəndaşlığını almaq üçün qeydiyyatdan keçmişdir.

23 yanvar 2026-cı ildə Qarabağda yaşayan 10 erməni, eləcə də rus milliyyətinə mənsub bir Ermənistan vətəndaşı Ermənistana köçürülmüşdür.

Digər xalqlar

250px|thumb|right|Lahıcın misgərlik sənətinin icrası 250px|thumb|right|Xınalıq kəndinin atlı sakinləri Kürmükoba bayramı Azərbaycan və gürcü xalqlarının nümayəndələrinin yaz və payızın gəlişini el mərasimlərilə, birlikdə qeyd etməsi mərasimidir, ənənəvi olaraq Qax rayonunun Kürmük deyilən ərazisində təşkil olunur. Hazırda mayın 6-da və noyabr ayında dini mənsubiyyətindən asılı olmayaraq hər bir qaxlı Kürmük məbədini ziyarətə gəlir. Zəvvarların sırasında başqa bölgələrdən, qonşu ölkələrdən gələnləri də görmək mümkündür.H. Əzimov, Ş. Əhmədov. Qax abidələri. Bakı: 1998 6 may 2025-ci ildə udi dini icması Kürmük məbədində keçirilən Kürmükoba bayramındə iştirak etmişdir.