() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.
Azərbaycanda 16 (bəzi məlumatlara görə 42) növü yayılmış, tərxun adlanan bir növü isə becərilir. Bəzi növlərində efir yağları, turşular və s. maddələr var. Acı yovşan (), adi yovşan () və başqa növləri dərman bitkisidir. Yarpaqlarından və gövdəsinin çiçəklənmiş uc hissəsindən hazırlanan dəmləmə, tinktura və ekstraktı iştaha artıran və dərman vasitə kimi işlədilir. Eyni zamanda antibakterial xüsusiyyətlərə də malikdir. Əsasən dağlarda bitir və dadı olduqca acıdır.
Adlandırılma Yovşan türk mənşəli sözdür. Mahmud Kaşğarinin "Divani Lüğət-it Türk" əsərində bu söz "yapçan" (ىَبْجانْ) və "yavçan" (ىَٯْجانْ) kimi işlənmişdir. Yovşanın elmi adı Artemisia sözünün ya yunan ilahəsi Artemidanın, ya da e.ə. 350-ci ildə ölən botanik və tibb alimi Kariyalı II Artemisiyanın adından yarandığı göstərilir..
Sinonimləri Heterotipik sinonimləri
Növləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Afrika florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Ədviyyə bitkiləri Kateqoriya:Asiya florası Kateqoriya:Mürəkkəbçiçəklilər cinsləri