Əbu Cəfər Məhəmməd ibn Osman ibn Məhəmməd ibn Əbu Şeybə İbrahim əl-Əbsi əl-Kufi (; ) — hədis hafizi.
Bioqrafiyası Hicri 210-cu (825) ildə anadan olub. İlk hədis biliklərini atası Osman və əmisi Əbu Bəkirdən alıb. Digər müəllimləri isə Qasım ibn Əbu Şeybə (digər əmisi), Əhməd ibn Yunus, Əbu Kübeyr əl-Həmdani, Hənnad ibn Səri, Yəhya ibn Məin və Əli ibn Mədəni kimi şəxslərdir.
İbn Səid əl-Haşimi, Əbu Əmr ibn əs-Səmmaq, Əhməd ibn Salman, Cəfər əl-Huldi, Əbu Bəkir əş-Şafii, Əbu Əli əs-Səvvaf, Təbərani, İsmayıli, İbn əl-Bəğandi, Məhəmməd ibn Məhləd və Hüseyn əl-Məhəmili kimi şəxslər isə onun tələbələridir.
Ömrünün axırına yaxın Bağdada köçmüş və hicri 297-ci (909-910) ildə burada da vəfat etmişdir. İbn Həcər onun ölüm tarixinin hicri 287-ci (900) il olduğunu söyləmişdir.
Əbu Cəfər ibn Əbu Şeybə, "Sualətü Məhəmməd ibn Osman ibn Əbi Şeybə li-Əli ibn əl-Mədini" (Ər-Riyad: 1984), "Kitab əl-Ərş və mə ruviyə fih" (Küveyt: 1986), "Kitab fihi zikru xəlqi-Adəm və xətiətüh və tövbətüh və əbvab fi viladətin-nəbi və qeyri-zəlik" adlı əsərlərin müəllifidir. İbn ən-Nədim onun "ət-Tarix" və "əs-Sünən fil-fiqh" adlı əsərlərin də müəllifi olduğunu yazmışdır.
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Ravilər