Səhih İbn Xuzeymə () — İbn Xuzeymənin müəllifi olduğu hədislə bağlı qələmə alınmış əsər.

Əsər Əsərin tam adı "Müxtəsərül-müxtəsər minəl-müsnəd ənin-nəbi səllallahu əleyhi və səlləm bi-nəqlil-ədl ənil-ədl mövsulən ileyhi səllallahü əleyhi və səlləm min qeyri-qət fil-isnad və lə cərh fi nəqilil-əxbərilləti nəzküruhə bi-məşiətillahi Təalə"dir. Əsəri ilk dəfə "əs-Səhih" adlandıran (çox güman ki) Munziri olmuşdur. Əsərin adından onun daha genişhəcmli başqa bir əsərin müxtəsəri olduğu məlum olur. Mustafa İşığa görə, əsərin bəzi hissələrində "Kitabül-Kəbir"ə (cild I, 249, 290, 312, 342), "Kitabüt-Tövhid"ə, "əl-Müxtəsər"ə və "əl-Kəbir"ə edilən eyhamlar bunu sübut edir.

Müəllif əsərini kitab və bablara (hissələrə) bölmüşdür. Müəllif hədislərin əldə etdiyi bütün sənədləri təqdim etmiş, ehtiyac duyduğu yerlərdə rical haqqında məlumatlar vermiş və ləfz (söz) fərqliliklərinə eyham vuraraq paradoks təşkil edən məqamları uzlaşdırmağa çalışmışdır. Müəllif həmçinin bablara ayırdığı əsərinin bab başlıqlarında fiqhi görüşlərinə də yer vermiş, hədislərdəki ixtilaflarla bağlı həll yollarına da yer vermişdir. Müəllifin əsərin bab başlıqlarında hədislərin varid səbəblərinə toxunması əsərə fiqhül-hədis görünüşü qazandırmışdır.

Yalnız 1/4-i dövrümüzə qədər gəlib çatan əsəri M. Mustafa əl-Əzəmi "Səhih İbn Xuzeymə" adı ilə nəşr etdirmişdir.

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar

Kateqoriya:Sünni hədis topluları Kateqoriya:İslam Kateqoriya:X əsrin ərəb dilində kitabları Kateqoriya:IX əsrin ərəb dilində kitabları