İohann Yakob Baxofen (; ) — İsveçrəli antikvarçı, hüquqşünas, filoloq, antropoloqdur. 1841-ci ildən 1844-cü ilə qədər Bazel Universitetində Roma hüququ professoru olmuşdur.

Baxofen ən çox tarixdən əvvəlki matriarxiya və ya onun 1861-ci ildə yazdığı "Ana Hüququ: Qədim Dünyada matriarxiyanın dini və hüquqi xarakterinin araşdırılması" adlı əsas kitabının adı olan "Das Mutterrecht" ilə əlaqələndirilir. Baxofen analığın insan cəmiyyətinin, dininin, əxlaqının və ədəb-ərkanının mənbəyi olduğunu göstərən sənədlər toplayıb. O, ibtidai matriarxal din və ya Urreligion kontekstində arxaik "ana hüququ"nu irəli sürmüşdür.

Baxofen, 1950-ci illərdə Mariya Qimbutas tərəfindən irəli sürülən Köhnə Avropa mədəniyyəti və 1970-ci illərdəki feminizmdə feminist ilahiyyat və "matriarxatşünaslıq" sahəsi kimi 20-ci əsr matriarxat nəzəriyyələrinin mühüm sələfi oldu.

İstinadlar

Xarici keçidlər Johann Jakob Bachofen Explorer of the Mother Right

Kateqoriya:Bazel Universitetinin müəllimləri Kateqoriya:Bazel Universitetinin məzunları Kateqoriya:XIX əsr filosofları