Mehmed Rəşid () və ya Rəşid bəy (), Soyad Qanunundan sonra Şahingiray () — çərkəzəsilli Osmanlı siyasətçisi və həkimi, İttihad və Tərəqqi Komitəsinin rəsmisi, Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasının Diyarbəkir vilayətinin valisi. O, Osmanlı dövlət idarəçiliyində müxtəlif vəzifələrdə çalışmış, xüsusilə 1914–1915-ci illərdə Diyarbəkir, Mosul və Bağdad vilayətlərində fəaliyyəti ilə tanınmışdır.
Mehmet Rəşidin siyasi karyerası "gənc türklər" hərəkatı , həmçinin İttihad və Tərəqqi Komitəsi ilə sıx bağlı olmuşdur. Tibbi təhsil almasına baxmayaraq, 1908-ci ildə Gənc türklər inqilabından sonra mülki idarəetmə sahəsində yüksəlmiş, müxtəlif vilayətlərdə mütəsərrif və vali kimi fəaliyyət göstərmişdir. Onun inzibati fəaliyyəti xüsusilə imperiyanın qeyri-müsəlman əhalisinə, o cümlədən yunanlara və ermənilərə qarşı sərt və repressiv siyasətlə səciyyələndirilmişdir. Rəşidin siyasi karyerası Gənc türklər hərəkatı və İttihad və Tərəqqi Komitəsi ilə sıx bağlı olmuşdur. Tibbi təhsil almasına baxmayaraq, 1908-ci il Gənc türklər inqilabından sonra mülki idarəetmə sahəsində yüksəlmiş, müxtəlif vilayətlərdə mütəsərrif və vali kimi fəaliyyət göstərmişdir. Onun inzibati fəaliyyəti xüsusilə imperiyanın qeyri-müsəlman əhalisinə, o cümlədən yunanlara və ermənilərə qarşı sərt və repressiv siyasətlə səciyyələndirilmişdir.
Mehmed Rəşid ən çox 1915-ci ildə Diyarbəkir vilayətində erməni və aysor əhaliyə qarşı həyata keçirilmiş kütləvi qətllər və deportasiyalarda oynadığı rol ilə tanınır. Müasir tarixşünaslıqda onun fəaliyyəti Osmanlı imperiyasında Birinci Dünya müharibəsi dövründə xristian əhaliyə qarşı həyata keçirilmiş zorakılıqların ən radikal və sistemli nümunələrindən biri kimi qiymətləndirilir. Müxtəlif mənbələrə görə, onun valiliyi dövründə vilayətin xristian əhalisinin böyük əksəriyyəti qətlə yetirilmiş və ya deportasiya edilmişdir. Bu hadisələr nəticəsində 144,000–157,000 arasında erməni, aysor və digər xristianlar qətlə yetirilmişdir. Rəşid bu siyasəti dövlət təhlükəsizliyi və müharibə şəraiti ilə əsaslandırmış, sonradan isə şəxsi ifadələrində bu əməllərə görə peşmanlıq göstərməmişdir.
Müharibədən sonra, İstanbulun Antanta dövlətləri tərəfindən işğalı zamanı Rəşid barəsində həm hərbi cinayətlər, həm də mənimsəmə ittihamları irəli sürülmüş və 1918-ci ildə həbs edilmişdir. O, 1919-cu ilin əvvəlində həbsxanadan qaçmış, lakin yerli hakimiyyət orqanları tərəfindən sıxışdırıldıqdan sonra intihar etmişdir. Buna baxmayaraq, Türkiyə Respublikasının ilk illərində onun ailəsi dövlət tərəfindən qorunmuş, adına ictimai məkanlar verilmiş və rəsmi diskursda fəaliyyəti uzun müddət tənqid olunmamışdır. Müasir dövrdə Mehmed Rəşid tarixçilər tərəfindən Osmanlı dövrünün ən ağır cinayətlərində məsuliyyət daşıyan fiqurlardan biri kimi dəyərləndirilir və "Diyarbəkir qəssabı" adı ilə xatırlanır.
Erkən illəri Mehmed Rəşid 8 fevral 1873-cü ildə bjeduğ çərkəz ailəsində anadan olmuşdur. Onun ailəsi əsrlər əvvəl Çərkəzistana köç etmiş Krım tatarları tərəfindən qurulmuşdur. Rusiya imperiyasının təqiblərinin artması səbəbindən 1874-cü ildə ailəsi ilə birlikdə Osmanlı imperiyasına köçmüşdür.
O, paytaxt Konstantinopolda Məktəbi-tibbiyeyi-şahanəyə daxil olmuş və İttihad və Tərəqqi Komitəsinin (İTK) qurucularından biri olmuşdur. 1894-cü ildə Heydarpaşa xəstəxanasında Almaniya professoru Dürinq Paşanın asistenti kimi işləmişdir. 1897-ci ildə polis tərəfindən "Gənc türklər" ilə əlaqələri aşkarlandıqdan sonra saxlanılmışdır. O, Daşqışlada mühakimə edilmiş, Trablusqərb vilayətinə sürgün edilmiş və orada Tripoli şəhərində 1908-ci ilədək həkim kimi xidmət etmişdir.
Tripolidə həkim işləyən zaman 1908-ci il Gənc türklər inqilabından sonra Konstantinopola qayıtmışdır. Konstantinopola qayıtdıqdan sonra adyutant-mayor rütbəsinə yüksəldilmiş, bir neçə ay hərbi həkim işləmiş, lakin növbəti il, 20 avqust 1909-cu ildə Osmanlı ordusundakı vəzifəsindən istefa vermişdir. Bundan sonra dövlət idarəçiliyi sahəsində karyera qurmuş, 9 oktyabr 1909-cu ildə İstanköyə kaymakam təyin edilmiş, fevral 1910-cu ildə isə Tripoli vilayətinin Hüms şəhərinə mütəsərrif təyin olunmuş və bu vəzifədə 1911-ci ilin iyun ayına qədər çalışmışdır. Tripolidən sonra karyeranı Kozan, Lazistan və Karəsi mütəsərrifi olaraq davam etdirmişdir.
Rəşid illər keçdikcə daha da radikallaşmış və 1914-cü ilə qədər imperiyanın xristianlarının iqtisadi problemlərə səbəb olduğuna inanmışdır. Karəsi qəza valisi olduğu dövrdə Egey bölgəsində yaşayan Osmanlı yunanlarını imperiyaya sadiq vətəndaş hesab etmədiyi üçün məcburi deportasiya təşkil etmişdir. Bu siyasət Osmanlı Daxili İşlər naziri Tələt Paşa tərəfindən dəstəklənmişdir.
Diyarbəkir valiliyi Birinci dövrü Mehmed Rəşid 13 avqust 1914-cü ildə Diyarbəkir valisi təyin edilmişdir. 1914-cü ilin avqust ayından sonra müharibə dövrünün tələbləri İTC-nin milli iqtisadiyyat siyasətini həyata keçirmək üçün bir fürsət olmuşdu. Onlar iqtisadi cəhətdən fəal erməniləri hərbi xidmətə çağırmaq və onlardan əmlakı müsadirə edirdilər. 1914-cü il avqustun 18-dən 19-na keçən gecə Diyarbəkir şəhərindəki bazar İntibah Şirkəti və Pirinççizadə Fəyzinin əmri ilə polis rəisi Gəvranlızadə Məmduh bəy tərəfindən yandırılmışdır. Onların bu əməlləri vali Mehmed Reşidin rəhbərliyi ilə təşkil edilmişdi. Polis və jandarma alovları söndürmək üçün heç bir səy göstərməmiş, əksinə dükan sahiblərinin məhsullarını xilas etməsinin qarşısını almışdır. Ümumilikdə, 1578 mağaza və anbar məhv olmuşdur. Bunların əksəriyyəti ermənilərə və aysorlara məxsus idi. Bu addım sülh dövrü üçün qəbuledilməz hesab olunmuşdu və Rəşid vəzifəsindən azad edilmişdir. Onun yerinə vali Həmid bəy Məmduhu vəzifəsindən azad etmişdir.
Həmin dövrdə yaşamış siyasətçi Mustafa Akif Tüfəng yazmışdır ki, vali Hüseyn Cəlal bəy vəzifəsindən azad edilmiş və onun yerinə Adanadan olan Həmid bəy təyin olunmuşdu. Tüfəngə görə, Həmid bəyin dövründə ermənilər daha çox qorunma vəziyyətinə düşmüşdülər. Erməni fərariləri açıq-aşkar küçələrdə gəzməyə başlamışdılar. Hətta orduya yazılanlar fərar edirdilər. Tüfəng qeyd etmişdir ki, hökumət onları orduya qayıtmaq şərti ilə əfv etmişdi, lakin bu tədbir heç bir fayda verməmişdi. Onlar təqib olunmayan kimi damlara çıxmışdılar. Vəziyyət o həddə çatmışdı ki, xristian məhəllələri qala vəziyyəti almışdı. Küçələrdə asanlıqla hərəkət etmək üçün damlar üzərində pilləkən körpüləri qurulmuşdu. Onları təqib edən polis və jandarmalarla tez-tez toqquşmalar baş verirdi. Tüfəngə görə, 1914-cü ilin qışında qar yağmamışdı və bu havadan istifadə edən qeyri-müsəlman fərarilər damlardan enməmişdilər. Damlarda hətta qəhvəxanalar qurulmuşdu. Məhz bu səbəbdən "Dam alayı" təşkilatı sürətlə böyümüşdü. Ordulardan fərarilik edənlər bu qruplaşmaya qoşulurdular. Tüfəng bildirmişdir ki, 15-ci səfərbər ordu qış mövsümündə yağışlı bir havada Diyarbəkirə daxil olmuşdu. Bu səfərbər orduda müəyyən sayda yunan, erməni və digər xalqlarsan olan əsgərlər də vardı. Qoşunlar şəhərdəki bütün evləri, məscidləri və hətta bəzi şəxsi otaqları işğal etmişdilər.
Üngörə görə, həm xristianlar, həm də müsəlmanlar çoxlu sayda ordudan fərarilik edirdilər, lakin Rəşid öz xatirələrində inqilabi fəaliyyətdə olduqlarını düşündüyü erməni fərarilərinin təhlükəsini vurğulamışdır. Rəşid dövlət əleyhinə fəaliyyətdə günahkar və ya günahsız olan ermənilər arasında fərq qoymamışdı.
Rəşid Diyarbəkirdən sonra Bəsrə valisi təyin edilmiş və 22 noyabr 1914-cü ildə Bəsrənin süqutundan sonra 24 noyabr 1914-cü ildə Bağdad valisi vəzifəsini icra edən, 10 yanvar 1915-ci ildə Mosul valisi və daha sonra 25 mart 1915-ci ildə yenidən Diyarbəkir valisi təyin edilmişdir. Həmid bəyin yerinə əvvəlcə Bitlis valisi Mustafa bəy təyin edilməli idi. Mustafa bəy bu vəzifəyə fevralın sonlarında qəbul edilmişdi, lakin yerli İTC dairələrinin təzyiqi səbəbindən Mustafa bəyin təyinatı Rəşid bəyin xeyrinə ləğv edilmişdir. Rəşid indiki İraq ərazisində tutduğu vəzifələrd dövründə bir neçə sui-qəsd təşkil etmiş, qayıtdıqdan sonra özü ilə birlikdə Diyarbəkirə gətirdiyi onlarla çərkəzdən ibarət silahlı qruplaşma yaratmışdır. Onlara Təşkilati Məxsusədə xidmət etmək üçün həbsxanadan azad edilmiş məhkumlar da da qoşulmuşdur.
İkinci dövrü 1914-cü ildə Osmanlı imperiyası Məhvər dövlətləri tərəfində müharibəyə daxil olmuş və Rusiya ilə sərhəddə döyüşlər başlamışdır. 1915-ci ilin yazında ruslar Osmanlı ərazisinə irəliləmiş və ordularının Diyarbəkirə sürətli yürüşü tarixçi Uğur Üngörə görə Rəşidin ruslara qarşı "apokaliptik qorxusunu" təsdiqləmiş, bütün erməniləri Rusiya casusu kimi qəbul etməsinə səbəb olmuşdur. Müharibədən əvvəl müsəlman və xristian şəhər elitaları arasındakı iqtisadi və siyasi rəqabət də zorakılıqda mühüm rol oynamışdır. Ümumiyyətlə, vilayətin ərazisi sənayeləşməmiş halda, sakinlərin əksəriyyəti isə fermerlər və ya maldarlar idi. Vilayət etnik və dini cəhətdən rəngarəng idi. Osmanlı müsəlmanları şəhər ərazilərində üstünlük təşkil edirdi, Diyarbəkir ermənilərinin əksəriyyəti isə fermer idi və vilayətin şimalında cəmləşmiş 249 şəhər və kənddə yaşayırdı.
Rəşid onları dəstəkləmək üçün müntəzəm qüvvələrin olmamasından və jandarmeriyaya verilən ehtiyat qüvvələrinin səviyyəsindən təəssüflənirdi. Xatirələrində tez-tez müsəlman əhalisinin bir tərəfdən müharibə qorxusu, digər tərəfdən isə erməni hücumları ilə yaşadığını və kiçik bir bəhanə ilə böyük iğtişaşların qaçılmaz olduğunu qeyd edirdi. Mehmed Rəşid memuarında Diyarbəkirdə baş tutan məsələnin aspektləri kimi təqdim etmişdir ki, ermənilər həmişə administratorların ətrafında mühüm mövqelər tutmuş və onlar vilayətin erməni əhalisini "Azadlıq günü gəlib çatdı! Özünüzü hazırlayın, lazım gələrsə, mal-qaralarınızı satın və silahlanın. Uğur qazandıqdan sonra müsəlmanların sərvəti, torpaqları və əmlakı bizim olacaq" fikirləri ilə təşviq etmişdi.
Mehmed Rəşidin imperiyanın ermənilərinə qarşı xüsusilə güclü nifrəti Birinci Dünya müharibəsinin kulminasiya nöqtəsində, 25 mart 1915-ci ildə vali vəzifəsinə təyin olunduqdan sonra Diyarbəkir vilayətində erməni və aysorlara qarşı təşkil edilmiş kütləvi qətllərində özünü göstərmişdir. Rəşid yerli erməni əhalisinin Osmanlı dövlətinə qarşı sui-qəsd hazırladığına inanmış və buna uyğun olaraq "erməni məsələsinin həlli" planları qurmuşdur. O, memuarında qeyd etmişdir ki:
Sonrakı iki ay ərzində vilayətin erməni və aysor əhalisi onları məhv etmək məqsədi daşıyan kampaniyaya məruz qalmış, kütləvi qırğınlar və deportasiyalar vasitəsilə məhv edilmişdir. O, "Erməni məsələsinin həlli" məqsədilə "Təhqiqat Komitəsi" yaratmışdır. Venesuela zabiti və muzdlu Rafael de Noqales Mendesin 1915-ci ilin iyununda bölgəyə səfəri zamanı qeyd etdiyinə görə, Rəşid qısa müddət əvvəl Tələt Paşadan "Yandır, məhv et, öldür" məzmunlu üç sözlük teleqram almışdır. Bu, xristian əhaliyə qarşı təqiblərə rəsmi hökumət təsdiqi kimi qiymətləndirilmişdir.
1 apreldə Rəşid Diyarbəkirdə fərariliyə qarşı genişmiqyaslı əməliyyata başlamış və bütün silahların təhvil verilməsini tələb etmişdir. Ermənilərin yaşadığı qəzalarda icazəsiz axtarışlar təcavüz halları kimi "ifrat zorakı hadisələr" ilə müşayiət olunmuşdur. Bu, daha sonra Diyarbəkir şəhəri boyunca erməni kişilərin özbaşına həbs olunmasına səbəb olmuşdur. İki həftə sonra 600-dən çox erməni sənətkarı və ziyalısı həbs edilmişdir. Silah anbarları haqqında məlumat əldə etmək üçün onlara işgəncə verilmişdir. Bununla kifayətlənməyən Rəşid mövcud 300 polis və jandarmeriya qüvvəsini tamamlamaq üçün Konstantinopoldan əlavə qüvvələr istəmişdir. Bu tələblər rədd edilmişdir və Rəşidi getdikcə radikal hərəkətlərə sövq etmişdir. Axtarış və silahların müsadirə edilməsindən sonra təbliğat məqsədilə fotoşəkillər çəkilmişdir. Nəticədə əldə edilən şəkillər Rafael de Noqales tərəfindən "sadəcə ictimaiyyəti heyran etmək" məqsədi daşıyan akt kimi təsvir edilmişdir. Başqa bir halda, Qozandərədə deportasiya olunmuş ermənilər qətlə yetirilmiş, onlara çalma və müsəlman geyimləri geyindirilmildir.