Ana ölümü və ya ana ölümü nisbəti — doğuş zamanı və ya doğuşdan sonra yaranan ağırlaşmalar səbəbindən analar arasında ölüm hallarının sayıdır. Adətən doğuşdan 42 gün ərzindəki müddət nəzərdə tutulur.

Dünyada hər gün 700-dən çox qadın hamiləlik və ya doğuşla əlaqəli səbəblərdən ölür. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun hesablamalarına görə, 2015-ci ildə 303.000 qadın hamiləlik və ya doğuşla əlaqəli səbəblərdən ölüb. Qadınlar ailə planlaşdırmasına və mamalıq yardımı ilə ixtisaslaşmış doğum işçilərinə çıxış əldə etdikcə, qlobal ana ölümü nisbəti 1990-cı ildə hər 100.000 diri doğuşa düşən 385 ana ölümündən 2015-ci ildə hər 100.000 diri doğuşa düşən 216 ölümə düşüb.

Ölkələrə görə ana ölümü nisbəti

Azərbaycan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə 1990-cı ildə ana ölümü hər yüz min diri doğulana 9.3, 2000-ci ildə 37.6, 2010-cu ildə 15.7, 2015-ci ildə 14.1, 2020-ci ildə 15.8 və 2024-cü ildə 28.3 olmuşdur.https://www.stat.gov.az/source/demoqraphy/az/004_6.xls 2010-cu illə müqayisədə 2024-cü ildə ana ölümü səviyyəsi kənd yerlərində 9.5-dən 43.4-ə yüksəlib, şəhər yerlərində isə 22-dən 12.2-yə enib.

İstinadlar

Kateqoriya:Mamalıq Kateqoriya:Demoqrafiya Kateqoriya:Tibbi terminologiya Kateqoriya:Hamiləlik, doğum və zahılıq dövrünün patologiyaları Kateqoriya:Ölümün tibbi yönləri Kateqoriya:Ana ölümü Kateqoriya:Sosial problemlər Kateqoriya:İnsan hüquqları Kateqoriya:Qadın hüquqları