Ədalətli dünya inancı — dünyanın ədalətli bir yer olduğu, insanların həyatda layiq olduqları nəticələrlə qarşılaşdıqları; pis hadisələrin pis insanların, yaxşı hadisələrin isə yaxşı insanların başına gəldiyini fərz edən hipotez.
İnsanlar yaxşıların mükafatlandırıldığı, pislərin cəzalandırıldığı və nəticə etibarilə hər kəsin layiq olduğunu aldığı ədalətli bir dünyada yaşadıqlarına inanmağa psixoloji cəhətdən meyllidirlər. Onlar xoşbəxtlik və müvəffəqiyyət kimi müsbət nəticələrin yalnız yaxşı insanlar tərəfindən əldə edildiyinə, mənfi nəticələrin isə pis insanların başına gəldiyinə inanırlar. Bu inanc sarsıldıqda, fərdlərin adaptasiya mexanizmləri işə düşür və müxtəlif illüziyalar vasitəsilə vəziyyət psixoloji baxımdan daha az narahatedici hala gətirilir.
Bu xüsusiyyəti ilə ədalətli dünya inancı psixi sağlamlığın mühafizəsi və davam etdirilməsi baxımından müsbət bir başaçıxma mexanizmi kimi qiymətləndirilə bilər. Bu inanc fərdin, layiq olacaq bir davranış nümayiş etdirmədiyi müddət ərzində başına pis hadisələrin gəlməyəcəyinə inanmasını təmin edərək özünü təhlükəsiz hiss etməsinə şərait yaradır. Bununla yanaşı, insanın layiq olub-olmamasından asılı olmayaraq yaşadığı zərərə görə qurbanı günahlandırmağa meylli olmasına görə bu inancın mənfi tərəfi də mövcuddur.
İstinadlar
Ədəbiyyat siyahısı
Reprinted (1977) in Reflections, XII(1), 1–26.
Xarici keçidlər Sosyal Algı - Adil Dünya Hipotezi - Khan Academy Atasözlerinde Adil Dünya İnancı - Tuba Dik (academia.edu) The Just World Hypothesis Issues in Ethics: The Just World Theory This column will change your life: the just world bias. Oliver Burkeman Believing that life is fair might make you a terrible person. Oliver Burkeman
Kateqoriya:Xətalar Kateqoriya:Konseptual modellər Kateqoriya:Hipotezlər Kateqoriya:Ədalətsizlik Kateqoriya:Ədliyyə Kateqoriya:Psixoloji istismar Kateqoriya:Əxlaq psixologiyası Kateqoriya:Biliksizlik Kateqoriya:Koqnitiv təhriflər Kateqoriya:İdeologiyalar Kateqoriya:Viktimologiya Kateqoriya:Səbəbli məntiqi səhvlər