M. Şükrü Hanioğlu () — Türkiyə akademiki.
Son Osmanlı dövrü tarixi sahəsində dünyanın aparıcı otoritələrindən biri hesab olunur və XIX əsr intellektual tarixinin mühüm mənbələri olan əsərlərin və məqalələrin müəllifidir. Araşdırmaları 2010-cu il TÜBİTAK Xidmət Mükafatı və 2012-ci il Türkiyə Respublikası Prezidentliyi Mədəniyyət və İncəsənət Böyük Mükafatı ilə təltif olunmuşdur.
Həyatı Şükrü Hanioğlu 1955-ci ildə Türkiyənin Antakya şəhərində anadan olmuşdur. O, ali təhsilini İstanbul Universitetində siyasi elmlər və iqtisad sahəsində başa vurduqdan sonra həmin universitetdə siyasi elmlər doktoru olmuşdur. Doktorluq dissertasiyasını İttihad və Tərəqqi Cəmiyyətinin qurucu üzvlərindən Abdullah Cövdət bəy haqqında yazmışdır. 1981-ci ildən etibarən İttihad və Tərəqqi Cəmiyyəti ilə bağlı araşdırmaları üçün bir çox ölkədə və arxivlərdə iş aparmışdır.
Son dövr Osmanlı imperiyasında siyasət və diplomatiya tarixi, eləcə də Türkiyə siyasi həyatı mövzularında İstanbul Universiteti, Boğaziçi Universiteti, Dəniz Hərb Məktəbi ilə yanaşı ABŞ-nin Kolumbiya, Viskonsin, Miçiqan və Çikaqo universitetlərində dərs demiş, seminarlar təşkil etmişdir. Əhməd Ərtəgün Vəqfinin sədrliyi və Prinston Universitetinin Yaxın Şərq araşdırmaları bölməsi sədrliyi vəzifələrini icra etmişdir.
"Son dövr Osmanlı və erkən dövr türk intellektual, diplomatik və siyasi tarixinə fərqli baxış bucağı ilə yanaşan beynəlxalq səviyyədə yüksək keyfiyyətli işləri" səbəbindən 2010-cu ildə TÜBİTAK Xidmət Mükafatına layiq görülmüş və TÜBİTAK tərəfindən mükafatlandırılan ilk tarixçi olmuşdur. Hanioğlu 2012-ci ildə Türkiyə Respublikası Prezidentliyi Mədəniyyət və İncəsənət Böyük mükafatına layiq görülmüşdür.
2010-cu ildə "Sabah" qəzetində köşə yazıları ərsəyə gətirməyə başlamış, 2018-ci ildə bu fəaliyyətini sona çatdırmışdır.
İstinadlar
Kateqoriya:Türkiyə tarixçiləri Kateqoriya:İstanbul Universitetinin məzunları Kateqoriya:Türkiyə akademikləri