Kürdüstanın Yüksəlişi Cəmiyyəti (, ), və ya Kürdüstanın İnkişafı Cəmiyyəti — Osmanlı imperiyasında müstəqil kürd dövləti qurmağı hədəfləyən təşkilat.The Kurdish nationalist movement: opportunity, mobilization, and identity, by David Romano, p.28. Təşkilat gizli şəkildə 6 noyabr 1917-ci il tarixində Konstantinopolda yaradılmış, 17 dekabr 1918-ci il tarixində isə rəsmi olaraq fəaliyyətə başladığını elan etmişdir. Mərkəzi İstanbul şəhərində yerləşmişdir. Cəmiyyət müstəqil və ya muxtar Kürdüstan tələblərini Sevr müqaviləsinə və ABŞ Prezidenti Vudro Vilson tərəfindən irəli sürülmüş 14 maddəyə əsaslandırmışdır. Təşkilat Türkiyənin şərq vilayətlərində çoxsaylı yerli şöbələr formalaşdırmışdır.Robert W.Olson (1989), p.28–29

Strukturu Cəmiyyətin rəhbərliyi təxminən on il əvvəl fəaliyyət göstərmiş sələf təşkilatın rəhbərliyi ilə demək olar ki, eyni olmuşdur. Rəhbər heyətə Əbdülqədir Übeydulla və Emin Əli Bədirxan ilə yanaşı, sürgündə olan Mehmed Şərif Paşa daxil olmuş, onun təmsilçisi qismində isə qardaşı Kürd Fuad Paşa çıxış etmişdir. Cəmiyyət rəhbərlik strukturuna görə, prezident Əbdülqədir Übeydulla, vitse-prezidentlər Emin Əli və Fuad Paşa, baş katib Həmdi Paşa və xəzinədar Abdulla Əfəndidən ibarət olmuşdur.

Cəmiyyətin digər tanınmış üzvlərinin ümumi sayı 176 nəfər təşkil etmişdir. Onların arasında Məvlanzadə Rüfət bəyTürk Parlamento tarihi Araştırma Grubu, Türk Parlamento Tarihi Millî Mücadele ve T.B.M.B.I.Dönem 1919-1923, III. Cilt: I. Dönem Milletvekillerinin Özgeçmişleri (Türkiye Büyük Millet Meclisi Vakfı Yayınları No. 6), TBMM Basımevi Müdürlüğü, Ankara, s. 180. və Mustafa Yamulki də olmuşdur. Bundan başqa, Hüseyn Şükrü (Baban) bəy, Məhyəddin Nami bəy, Babanzadə Hikmət bəy, Necməddin Hüseyn, Rəşid Ağa, Arvasizadə Mehmed Şöfiq, Mehmed Mehdi, Emin Feyzi, Vanlı M. Səlim Begi, Bərzəncizadə Əbdülvahid, Lav Rəşid, Əbdürrəhim Rəhmi və Yəmləkizadə Əziz təşkilatın üzvlərini sırasına daxil idi.T. Zafer Tunaya, Türkiye'de Siyasi Partiler, C. II Mütareke Dönemi, İstanbul 1986, s. 186-187Bilâl Şimşir, Kürtçülük 1787-1923, Tunaya, Tarık Zafer, Türkiye'de Siyasal PartilerHakan Özoğlu, Osmanlı Devleti ve Kürt milliyetçiliğiSuat Parlar, Türkler ve Kürtler

Cəmiyyətə üzvlük yalnız kürdlərlə məhdudlaşdırılmamışdır. Britaniya Ordusunun zabiti Con Dankan qeyd etmişdir ki, təşkilatın nizamnaməsinə əsasən, namizəd üzvlər mövcud üzvlərdən birinin tövsiyəsini təqdim etməli idilər.

Mənbələrdə Səid Nursinin təşkilat üzvləri arasında olduğunu bildirilmişdir, lakin bu məlumat şübhə altına alınmışdır. Bu şübhəlilərin fikrinə görə, bu məlumat Səid Nursinin öz ifadələri ilə ziddiyyət təşkil edir.Mustafa Nezihi Polat, Mülâkat, Erzurum 1964, s. 30-34Necmeddin Şahiner, Bilinmeyen Taraflarıyla Bediüzzaman Said Nursi, İstanbul 1979, s. 214-216.

Tarixi 30 dekabr 1918-ci ildə Daxili İşlər Nazirliyinə təqdim edilmiş ərizə ilə yaradılmışdır, lakin daxili nizamnaməsində təsis tarixi 19 noyabr 1918-ci il kimi göstərilmişdir.Türkiye'de Siyasal Partiler, T. Zafer Tunaya, ISBN 975470645-X Bu cəmiyyətin Britaniya hökumət rəsmiləri, həmçinin Azadlıq və Razılıq Partiyası ilə əlaqələri var idi. Dövrün ABŞ və Fransanın hərbi attaşelik hesabatlarına görə, Britaniya imperiyası bu dəstək vasitəsilə Mosulda yerləşən neft yataqları üzərində dominantlıq yaratmaq istəyirdi.

22 dekabr 1918-ci ildə Azadlıq və Razılıq Partiyası ilə Kürdüstanın Yüksəlişi Cəmiyyəti arasında müqavilə imzalanmışdır. Bu müqavilə cəmiyyət adından onun prezidenti Əbdülqədir Übeydulla, həmçinin onun üzvləri Səid və Mehmed Əli, Azadlıq və Razılıq Partiyası adından isə Zeynəlabidin (Konya millət vəkili), Vasif (Karəsi millət vəkili) və Mustafa Sabri Əfəndi tərəfindən imzalanmışdır. Müqaviləyə əsasən, kürd əhalisinin daha çox cəmləşdiyi bölgələrdə, İslam xilafətinə və Osmanlı sultanlığına sadiq qalmaq şərti ilə muxtariyyət idarəçiliyi təmin ediləcəkdi.

1919-cu ilin yanvar ayında Cəmiyyət Konstantinopolda fəaliyyət göstərən Britaniya ali komissarı Ser Somerset Artur Qof-Kaltorp vasitəsilə London hökumətinə ünvanladığı məktubda məqsədlərini dörd əsas bənd üzrə ifadə etmişdir. Məktubda kürdlər üçün dəqiq müəyyən edilmiş coğrafi ərazinin ayrılması, Antanta dövlətləri tərəfindən ərəblərə, ermənilərə, xaldeylərə, aysorlara və digər kiçik xalqlara göstərilən imtiyazlarla eyni münasibətin kürdlərə də şamil edilməsi, kürdlərə özünüidarə hüququnun verilməsi və xüsusilə Britaniya hökumətindən kürdlərin hüquq və maraqlarının qorunmasına, onların sivilizasiya və tərəqqi yolunda dəstəklənməsinə yardım göstərilməsi xahiş olunmuşdur.

1919-cu ilin iyun ayında keçirilmiş illik konfransda Cəmiyyət ABŞ Prezidenti Vudro Vilsonun 14 maddəsini siyasi proqramının mərkəzinə yerləşdirməyə səs vermiş, əgər kürdlər milli hüquqlarını təmin edə bilməsələr, "əsrlər boyu zülm və hüquqsuzluq şəraiti"ndə qalacaqları barədə xəbərdarlıq etmişdir. Konfransda həmçinin, kürdlərin öz vətənlərində idarəetmə formasını seçmək hüququna malik olduqları və digər xalqlar kimi milli hüquqlar uğrunda mübarizə aparmalarının legitim olduğu bəyan edilmişdir. Assosiasiyanın prezidenti Əbdülqədir Übeydulla və digər üzvlərinin Britaniya hökumət rəsmiləri ilə muxtariyyət, müstəqillik və digər məsələlərlə bağlı müstəqil danışıqlar aparması İstanbul hökumətini narahat edirdi. 18 iyun 1919-cu ildə sədrəzəm Kürəkən Fərid Paşa hökumətinin kabinet iclasında Kürdüstanın Yüksəlişi Cəmiyyətinin siyasətlə məşğul olmaması məsələsi müzakirə edilmişdir. İstanbul hökuməti Əbdülqədir Übeydullanın müstəqil Kürdüstan qurmaq məqsədilə Britaniya ilə olan görüşlərini izləyirdi. Nəticə etibarilə, 10 iyul 1919-cu ildə cəmiyyətin prezidenti Əbdülqədir Übeydulla və onun aparıcı şəxsləri – Emin Əli Bədirhan, Mövlanzadə Rüfət və kapitan Emin bəy Babı-aliyə çağırılmış və onlarla görüş təşkil edilmişdir. İstanbul hökumətini iclasda Dəniz Qüvvələri naziri Hüseyn Avni Paşa, keçmiş Hərb naziri Abuq Əhməd Paşa və keçmiş Şeyxülislam Heydərizadə İbrahim Əfəndi təmsil etmişdir. Cəmiyyətin üzvlərinə siyasətlə məşğul olmaqdan, xarici nümayəndələrlə görüşməkdən və ya müstəqillik uğrunda çalışmaqdan çəkindirilmişdir. Bu görüşdə Mövlanzadə Rüfətin sözləri gərginliyə səbəb olmuşdur. Mövlanzadə Rifat Vilson prinsiplərinə görə müstəqil Kürdüstan tələblərinə qarşı çıxmağın mümkün olmadığını, kürdlərə azadlıq və təhlükəsizlik təmin edə biləcək yeganə dövlətin İngiltərə olduğunu və İstanbul hökumətinin əvvəlcə öz işləri ilə məşğul olmalı olduğunu bildirmiş, Əhməd Paşa isə buna öz etirazını sərt şəkildə bildirmişdir.

Cəmiyyət 1919-cu ildə Konstantinopolda yerləşən mənzil-qərargahında keçirilən iclasda Mehmed Şərif Paşanın Paris Sülh Konfransında kürd xalqının yeganə nümayəndəsi təyin edilməsi barədə təklifi yekdilliklə qəbul etmişdir. Kürdüstanın Yüksəlişi Cəmiyyəti nümayəndə heyəti Paris Sülh Konfransında kürdləri təmsil etmiş və burada kürdlərin siyasi hüquqlarının tanınmasını tələb etmişdir.Özoğlu, Hakan (2004), p. 112 Osmanlı tərəfinin nümayəndələri Boqos Nubar Paşa və Mehmed Şərif Paşa müstəqil Ermənistan və Kürdüstan dövləti yaratmaq barədə razılığa gəlmişdilər.

Britaniya siyasəti şərqdə müstəqil kürd və erməni dövlətləri qurmağı hədəfləyirdi. Bu, onlarla bolşeviklər arasında bufer zonası yaradacaq, eyni zamanda milliyyətçi qüvvələri nəzarət altında saxlayacaq və atəşkəs şərtlərini qəbul etməkdən imtina edənlərə qarşı istifadə olunacaqdı. Britaniyalılar tarixi hadisələrə görə erməniləri və kürdləri birləşdirməyin çətinliyini başa düşmüşdülər, çünki bəzi kürdlər erməni hakimiyyətindənsə, türk hakimiyyətini üstün tutacaqdılar. 23 sentyabr 1920-ci ildə Britaniya Xarici İşlər nazirliyinin tərcüməçisi ser Endrü Rayan kürdlərdən türklərə qarşı istifadənin potensial mənfi nəticələri barədə məlumat vermişdir.

Cəmiyyətin Sivas konqresini dağıtmaq və Mustafa Kamal Paşanı aradan qaldırmaq cəhdində iştirak etdiyini göstərən dəlillər dərc olunmuşdur. 8 iyun 1919-cu ildə Diyarbəkir qubernatoru vəzifəsini icra edən Mustafa bəy IX Ordunun müfəttişi Mustafa Kamal Paşaya teleqram göndərmişdir. Teleqramında o, bəzi gənclərdən ibarət Kürdüstan Yüksəlişi Cəmiyyətinin Süleymaniyyənin siyasi administratoru Edvard Vilyam Çarlz Noel ilə birlikdə Britaniya himayəsi altında Kürdüstan dövləti yaratmaq ideyasını təbliğ etməklə ictimai qınaqlara səbəb olduğunu yazmışdır. O, bu vəziyyətin cəmiyyətlər haqqında qanunlara zidd olduğunu və cəmiyyətin bağlandığını və onlara qarşı məhkəmə proseslərinin başlandığını bildirmişdir. 15 iyun 1919-cu ildə IX Ordunun müfəttişi Mustafa Kamal Paşa bu teleqrama kodlu teleqramla cavab vermişdir. O, hər kəsin bütün millətin yaşamasını və müstəqilliyini xilas etmək üçün birləşdiyi bir dövrdə xarici dövlətin himayəsinə müraciət etmiş, zillət və əsirlikdə yaşamağı seçən hər cür təşkilatı dağıtmağın son dərəcə vətənpərvər və zəruri bir vəzifə olduğunu və bunun ölkəni separatçılığa aparacağını yazmışdır. O həmçinin, Kürdüstan Yüksəlişi Cəmiyyəti ilə bağlı görülən tədbirləri düzgün hesab etdiyini bildirmişdir.

1919-cu ilin əvvəllərində Cavad Dursunoğlu və Süleyman Nazif Kürdüstanın Yüksəlişi Cəmiyyətinin qəbuluna getmiş, onlardan "Şərq Vilayətləri Milli Hüquqları Müdafiə Dərnəyi"nin yaradılmasına kömək etmələrini istəmişdilər. Əbdülqədir Übeydulla və təşkilat rəhbərləri onları geri çevirmiş, Antanta dövlətlərinin tərəfini tutacaqlarını bildirmişdilər. 17–20 aprel 1920-ci il tarixləri arasında Fərid Paşa Anadoluda sülh müqaviləsinin şərtlərini qəbul etməkdən imtina edən Mustafa Kamalı dayandırmaq üçün Britaniya tərəfinə Kürdüstanın Yüksəlişi Cəmiyyətindən istifadə etməyi təklif etmişdir. Admiral Con de Robbek Corc Kurzenə Fərid Paşa ilə görüşdüyünü bildirmişdir. De Robbek Fərid Paşanın müqavilənin şərtlərinə uyğun olaraq ayrı bir kürd dövləti qurmaq üçün Mustafa Kamala qarşı kürdlərdən istifadə etməyi təklif etdiyini bildirmişdir. Sevr müqaviləsinin imzalanmasından üç ay sonra cəmiyyət Kiçik Asiyanın şərqində, Dərsim bölgəsində yaşayan kürdmənşəli ələvi Qoçgiri tayfasının üsyanını dəstəkləmişdir. Sənədlərdə bu üsyanın türk milliyyətçiliyinə qarşı mübarizə məqsədilə İngiltərə tərəfindən dəstəkləndiyi göstərilmişdir. Türkiyə İstiqlaliyyət müharibəsi dövründə təşkilatın keçmiş üzvləri 1921-ci ildə Qoçgiri üsyanı kimi tanınan qiyama cəhd etmiş, bu proses Britaniya ordusunun mayoru Edvard Vilyam Çarlz Noel tərəfindən təşviq edilmişdir, lakin üsyan üç ay ərzində Türkiyə ordusu tərəfindən yatırılmış və 17 iyun 1921-ci il tarixində məğlubiyyətlə nəticələnmişdir.Hülya Küçük, The Role of the Bektashis in Turkey's National Struggle, Brill, 2002, , page 217.

Cəmiyyət eyni zamanda kürd dilinin və mədəniyyətinin təşviqini qarşısına məqsəd qoymuşdur.Özoğlu, Hasan (2004), p.82 Nizamnamədə təşkilatın əsas hədəfinin kürd əhalisinin rifahına dəstək vermək olduğu qeyd edilmişdir. Kürdüstanın Yüksəlişi Cəmiyyəti 1918–1919-cu illərdə Osmanlı türkcəsində, həmçinin kurmanc və soran dillərində nəşr olunan "" () adlı həftəlik jurnal buraxmışdır. Təşkilatın tanınmış qurucuları və erkən üzvləri sırasında Əbdülqadir Übeydulla və Seyyid Abdulla, Emin Əli Bədirxan, Kamuran Əli Bədirxan, Mehmed Əli Bədirxan]], eləcə də doktor Mehmed Şükrü Səkban yer almışdır.Özoğlu, Hakan (2004), p.81Özoğlu, Hasan (2004), pp. 95–97 Əbdülqədir Übeydulla 1910-cu ildən Osmanlı parlamentinin üzvü olmuş, Kürdüstanın Yüksəlişi Cəmiyyətinin yaradılmasından sonra da Osmanlı siyasi həyatında mövqeyini qoruyub saxlamışÖzoğlu, Hakan (2004), pp.91–92 və cəmiyyətin ilk prezidenti kimi fəaliyyət göstərmişdir. 1919-cu ildə Kürdüstanın Yüksəlişi Cəmiyyətinin qadınlar şöbəsi yaradılmışdır.Özoğlu, Hasan (2004), p.113 Bununla belə, gələcək Türkiyə dövləti daxilində muxtariyyət tərəfdarı olan Seyyid Əbdülqadir ilə kürd müstəqilliyini müdafiə edən Bədirxan arasında fikir ayrılıqları dərinləşmiş, nəticədə təşkilat parçalanmış və 1920-ci ildə Bədirxan Kürd Sosial Təşkilatlanması Cəmiyyətini yaratmışdır.Özoğlu, Hasan (2004), p. 98