Göyəmli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düz Rəsullu kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası İstidərə adlanan ərazidə, Köçdərə çayının (Axınca çayının qolu) sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Düz Rəsullu kəndindən ayrılmış ailələr Göyəmli adlanan yerdə saldığı üçün belə adlanmışdır. Ərazidə çoxlu göyəm kolları var.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. AMEA Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı: 2007, səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 122 nəfər yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: 2010, səh.629
Tanınmış şəxsləri Qara Məşədiyev — Dilçi alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri.
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Gədəbəy rayonunun kəndləri