Yeşim Ağaoğlu (; ) — Türkiyə rəssamı və şairi. O, incəsənətin müxtəlif növlərində çalışır, xüsusən installyasiya, fotoqrafiya və videolar müəllifidir. İnteraktivlik onun incəsənətdəki əsas diqqət mərkəzidir.Yeşim Ağaoğlu’s art blog Yeşim Ağaoğlunun yaradıcılığının əsas mövzularına poeziya (dil) və bədii münasibətlər, gender və feminizm məsələləri, memarlıq elementləri və siyasət daxildir. 1995-ci ildən bəri o, doqquz şeir toplusu nəşr etdirib və bu toplular onu Türkiyə ədəbi səhnəsində də görkəmli bir şəxsə çevirib.Yeşim Ağaoğlu’s poetry blog
Həyatı Yeşim Ağaoğlunun ailəsi əslən Qarabağın Şuşa şəhərindədir. O, 21 yanvar 1966-cı ildə İstanbulda anadan olub. Yeşim Ağaoğlu İstanbul Universitetində Arxeologiya və İncəsənət Tarixi fakültəsində təhsil alıb. O, İstanbul Universitetinin Kommunikasiya Fakültəsinin Radio-TV-Film şöbəsində İncəsənət üzrə magistr dərəcəsinə yiyələnib. Nyu-York şəhərindəki İncəsənət Məktəbində Super 8 mm kamerasında işləmək üzrə xüsusi dərslər alıb. Bu dərslər nəticəsində o, "Tənhalıq, Maşınlar və Meditasiya" qısametrajlı filminin çəkib.
Yeşim Ağaoğlunun şeirləri 18 yaşında olandan ədəbi jurnallarda dərc olunmağa başlayıb. O, Türkiyədə yeddi şeir toplusu və Azərbaycanda iki şeir kitabı nəşr etdirib. Ağaoğlunun şeirləri Azərbaycan, rus, ingilis, italyan və ispan dilləri də daxil olmaqla bir çox dilə tərcümə olunub. O, beynəlxalq PEN klubu assosiasiyasının və BESAM-ın (Elmi və Ədəbi Əsər Yaradıcıları Assosiasiyası) idarə heyətinin üzvüdür. 2012-ci ildə Yeşim Ağaoğlu Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.
Yeşim Ağaoğlu 1996-cı ildən müxtəlif incəsənət formalarını birləşdirərək müasir incəsənət sahəsində fəaliyyətini davam etdirir. O, dörd fərdi sərgisi keçirib. Bu sərgilər Azərbaycan, Gürcüstan, Bosniya və Herseqovina və Norveçdə baş tutub.Yeşim Ağaoğlu’s «i can do it too» solo exhibition catalog in PDF O, həmçinin Almaniya, Fransa, Polşa, Hollandiya, İtaliya, Bolqarıstan, Özbəkistan, Cənubi Koreya, Braziliya, Monqolustan və ABŞ kimi ölkələrdə bir sıra qrup sərgilərində iştirak edib. 2012-ci ildən Ağaoğlu Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür.
Yaradıcılığı 250px|thumb|right|Yeşim Ağaoğlu “Poetika 1" poeziya festivalında Yeşim Ağaoğlunun bədii əsərləri vizual obyektlər və materialla kombinasiyası ilə fərqlənir. Əvvəlcə standart yazı maşınından istifadə edərək sarı kağıza yazılmış şeirləri bu əsərlərin mərkəzində yer alırdı. Sarı səhifələr əsas material və insanlarla məhdud ünsiyyət vasitəsi kimi xidmət edirdi, lakin sərgi məkanlarında nəhəng həndəsi yığınlar şəklində düzüldükdə, onlar həm də Fluksus hərəkatının üslubunda instalyasiyaya çevrilirdi. Yeşim Ağaoğlunun sərgi məkanındakı iştirakı, sənət əsərinin prosesində birbaşa iştirak etmək mənasında yaratmasa belə, yenilik hesab olunurdu. Lakin tamaşaçılar arasında daim yer alması yenilik təəssüratı yaradırdı. Əsərlərini yaratmağa yanaşması minimalist və təvazökardır. Populyarlıqdan və incəlikdən qaçan Yeşim Ağaoğlu onları "texniki cəhətdən sadə, lakin konseptual cəhətdən zəngin" kimi təsvir edir.I’m Not There: New Art from Asia Gwangju Biennale Foundation, 2010
Qalereya
İstinadlar
Xarici keçidlər
Yeşim Ağaoğlu's art blog Yeşim Ağaoğlu's poetry blog Yeşim Ağaoğlu's profile on Saatchi Yeşim Ağaoğlu's profile on artist.de
Kateqoriya:Türkiyənin qadın rəssamları Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:XXI əsr qadın yazıçıları Kateqoriya:Türkiyə fotoqrafları Kateqoriya:Qadın fotoqraflar