3 yanvar 2026-cı ildə Amerika Birləşmiş Ştatları "Mütləq Qətiyyət Əməliyyatı" kod adı altında paytaxt Karakas da daxil olmaqla, Venesuelanın şimalındakı bir çox yeri hədəf alan hava hücumlarına başladı.
Günün irəliləyən saatlarında Donald Tramp "Truth Social"da bir paylaşımda Venesuela prezidenti Nikolas Maduronun saxlanıldığını bildirdi.
Davam edən saatlarda Venesuelada səfərbərlik elan olunub. Venesuela vitse-prezidenti Delsi Rodriges Maduro və həyat yoldaşının itkin düşdüyünü təsdiqləyib və ABŞ-dən onların "həyatda olması ilə bağlı sübut" tələb edib.
Arxa plan
Venesuelanın ixracının təxminən 95%-i neft təşkil edir.«Venezuela ex-prosecutor: I have proof of Maduro corruption» , BBC, 24.08.2017 2014-cü ildə neft qiymətinin kəskin ucuzlaşması ölkədə böhran ilə nəticələnmişdi.
2013-cü ildən bəri Venesuelanın Prezidenti Nikolas Maduro idi. Onun 2018 prezident seçkilərində qalib gəlməsi 45 ölkə tərəfindən tanınmamışdı. Obama, Bayden və Tramp prezedentliyi altında ABŞ Venesuelaya qarşı sanksiyalar tədbiq edərək, oradakı böhranı daha da gücləndirirdi. Venesuelanın Milli Seçki Şurası Maduronu ölkədə keçirilən 2024-cü ilin Prezident seçkilərinin qalibi elan etmişdir. Lakin, həmin nəticə tənqidçilər tərəfindən "hiyləgər" adlandırılmışdı, Maduronun özü isə avtoritarlığına görə tənqid olunmuşdur. 2025-ci ilin yanvarında Baydenin idarəçililiyi Edmundo Qonzalesi Venesuelanın qanuni seçilmiş prezidenti olaraq tanıdığını bəyan etmişdi.
Reaksiyalar
Beynəlxalq Kolumbiya prezidenti Qustavo Petro partlayışları "bombalama" adlandırıb və Birləşmiş Millətlər Təşkilatı və Amerika Dövlətləri Təşkilatını dərhal yığıncaq keçirməyə çağırıb.
Kuba prezidenti Migel Dias-Kanel "ABŞ-nin Venesuelaya qarşı cinayətkar hücumunu" pislədi və beynəlxalq ictimaiyyəti "cəsur Venesuela xalqına və Amerikamıza qarşı dövlət terrorizmi"ni qınamağa çağırıb.
İran Xarici İşlər Nazirliyi ABŞ-nin Venesuelaya hücumunu qətiyyətlə pisləyən bir bəyanat yayaraq, bunu ölkənin milli suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması kimi xarakterizə edib.
Rusiya Xarici İşlər Nazirliyi hücumları pisləyərək onları "silahlı təcavüz aktı" adlandırıb.
İspaniya Xarici İşlər Nazirliyi "gərginliyin azaldılmasına və mülayimliyə" çağırıb və 28 iyul 2024-cü il seçkilərinin nəticələrini tanımadıqlarını təkrarlayıb.
İstinadlar
Kateqoriya:Donald Trampın ikinci prezidentliyi Kateqoriya:2026-cı ildə Cənubi Amerika Kateqoriya:2026-cı ildəki hadisələr Kateqoriya:Karakas Kateqoriya:2026-cı ildə Venesuela Kateqoriya:2026-cı ildəki münaqişələr Kateqoriya:ABŞ-nin müharibələri Kateqoriya:Donald Tramp Kateqoriya:3 yanvardakı hadisələr