Zeynəb Sönməz (, ) — türkiyəli peşəkar tennisçi. Qadın Tennis Assosiasiyasının (WTA) fərdi dərəcədə turnirinin (Merida Open 2024) və bir neçə ITF turnirinin qalibidir. Billi Cin Kinq Kubokunda Türkiyə millisinin oyunçusudur.
Çağla Büyükakçaydan sonra fərdi dərəcədə WTA titulunu qazanmağı bacaran ilk türkiyəli tennisçidir (8 ildən sonra).
Həyatı Zeynəb Sönməz 30 aprel 2002-ci ildə İstanbulda anadan olmuşdur. Uşaqlıq illərində özünü üzgüçülük və basketbolda sınasa da, komanda oyunları onun xarakterinə uyğun gəlməmişdir. İdmançı xatırlayır ki, o, tez-tez basketbol məşqlərindən yayınaraq qonşuluqdakı tennis kortlarına qaçır və orada təkbaşına oynamağa çalışırdı. Məhz həmin vaxt onun bu həvəsi ilk məşqçisinin diqqətini cəlb etmiş və məşqçi ona idman növünü dəyişərək tennislə məşğul olmağı məsləhət görmüşdür.
Peşəkar karyerasına Türkiyə və Avropada keçirilən ITF turnirlərində iştirak edərək başlamışdır. Daha çox sərt (hard) örtüklü kortlarda oynamağa üstünlük verir.
Karyerası Sönməz böyüklər səviyyəsindəki karyerasına Beynəlxalq Tennis Federasiyasının (ITF) təşkil etdiyi turnirlərlə başlamışdır. Fərdi yarışlarda ilk ITF titulunu (W15) 2020-ci ildə Antalyada əldə etmişdir. Növbəti illərdə o, reytinqini mərhələli şəkildə yaxşılaşdıraraq W25 və W40 kateqoriyalı turnirlərdə, o cümlədən 2023-cü ildə Tallində keçirilən yarışda qalib gələrək növbəti titullarına sahib çıxmışdır.
2023—2024: Böyük Dəbilqə turnirlərində debüt və ilk WTA titulu 2023-cü il mövsümü Sönməz üçün karyerasında sıçrayış dövrü oldu. Böyük Dəbilqə turnirlərinin təsnifat mərhələlərində ilk dəfə iştirak etdi. Həmçinin, Sloveniyanın Lyublyana şəhərində keçirilən WTA 125 turnirində finala qədər irəliləyərək, həlledici görüşdə ispan tennisçi Marina Bassols Riberaya məğlub oldu. Bu nəticə sayəsində o, dünya reytinqində ilk 150-liyə daha da yaxınlaşdı.
2024-cü ildə karyerasında ilk dəfə olaraq Böyük Dəbilqə seriyalı turnirin - Fransa Açıq Çempionatının (Roland Garros) əsas mərhələsinə vəsiqə qazandı. Təsnifat mərhələsində Deyana Radanoviç, Aleksandra Sasnoviç və Yana Fett üzərində qələbə qazanaraq uğura imza atdı. Əsas mərhələnin ilk turunda isə ABŞ təmsilçisi Emma Navarro ilə qarşılaşan tennisçi, rəqibinə iki setdə məğlub oldu.
İdmançının ən böyük uğuru 2024-cü ilin noyabrında Meksikada keçirilən "Merida Open Akron" (WTA 250) turnirində qeydə alındı. Sönməz finala qədər inamla irəlilədi və həlledici görüşdə ABŞ təmsilçisi Enn Li üzərində 2-6:2 və 6:1 hesablı qələbə qazandı. Bu zəfər ona karyerasının ilk WTA titulunu gətirməklə yanaşı, dünya reytinqində 91-ci pilləyə yüksəlməsinə və ilk 100-lükdə debüt etməsinə şərait yaratdı. Bununla da o, 2016-cı ildə İstanbulda WTA titulunu əldə edən Çağla Büyükakçaydan sonra bu səviyyədə fərdi titul qazanan ikinci Türkiyə təmsilçisi kimi tarixə düşdü.
2025: Uimbldonda tarixi uğur 2025-ci ildə karyerasında ilk dəfə olaraq Böyük Dəbilqə seriyalı bütün dörd turnirin əsas mərhələsində mübarizə apardı.
Mövsüm Avstraliya Açıq Çempionatındakı debütlə başladı. Burada o, ilk turda "wild card" (xüsusi dəvət) sahibi Taliya Qibsona qarşı keçirdiyi gərgin üç setlik görüşdə məğlub oldu (6:3, 6:7, 1:6).
Fevral ayında o, artıq WTA 500 kateqoriyasına yüksəlmiş Merida turnirinə (Mérida Open) qayıtdı. Son çempion statusunda çıxış edən Sönməz, tennisçi Mariya Sakkari və Maqda Linett üzərində önəmli qələbələr qazanaraq dörddəbir finala qədər irəlilədi. Onu yalnız turnirin bir nömrəli raketkası və çempion Emma Navarro dayandıra bildi.
Mövsümün yaz hissəsində Rabat Qran-prisinə (WTA 250) qatılan Zeynəb, üçüncü nömrəli Lüçiya Brontsettiyə qalib gəlsə də, ikinci dövrədə Anastasiya Sevastovaya məğlub oldu. Fransa Açıq Çempionatında isə o, ilk turdaca 13-cü nömrəli Elina Svitolina ilə qarşılaşaraq mübarizəni dayandırdı.
İlin ən əlamətdar hadisəsi Uimbldondakı çıxış oldu. Jaklin Kristian (7:6, 6:3) və Van Sinyuy (7:5, 6:4) üzərində qələbə qazanan Sönməz, Böyük Dəbilqə turnirinin üçüncü mərhələsinə yüksələn ilk türk qadın tennisçi kimi tarixə düşdü. 1/8 finala çıxmaq uğrunda mübarizədə o, 18-ci nömrəli Yekaterina Aleksandrovaya uduzdu (3:6, 6:7).
Avqustda ABŞ Açıq Çempionatında (US Open) Sönməz ilk turda Keti Volinetsi məğlub etsə də (6:3, 6:4), ikinci mərhələdə Marta Kostyuka uduzaraq turnirlə vidalaşdı (5:7, 6:7, 3:6).
Milli yığma Sönməz, Billi Cin Kinq Kubokunda (əvvəlki adı ilə Federasiya Kuboku) iştirak etmək üçün mütəmadi olaraq Türkiyə milli komandasına cəlb olunur. Orada həm fərdi, həm də cütlü yarışlarda ölkəsini təmsil edir.
Performansı
Qələbə-məğlubiyyət statistikasına yalnız WTA 1000, Böyük Dəbilqə turnirləri, Billi Cin Kinq Kuboku və Olimpiya Oyunlarının əsas mərhələsindəki nəticələr daxildir.
Fərdi turnirlər Turnir2022202320242025Q-MBöyük DəbilqəUimbldonAQ1Q33R2–1Avstraliya AçıqAAQ31R0–1Fransa AçıqAA1R1R0–2ABŞ AçıqAQ1Q32R1–1Q-M0–00–00–13–43–5WTA 1000Qatar OpenAAA1R0–1DubayAAQ1A0–0İndian-UellsAAAQ20–0Mayami OpenAAAQ10–0Madrid OpenAAA1R0–1İtaliya AçıqAAAQ10–0Kanada AçıqAAAA0–0Sinsinnati OpenAAAA0–0Uxan Open -AAQ10–0Çin Açıq -AQ23R2–1Q-M0–00–00–02–32–3Karyera statistikasıTurnir0051217Çempionluq00101Final00101Q-M Ümumi0–00–07–411–1218–16İl sonu reytinqi34515990113$1.034.627
Şəxsi həyatı Sönməz tennisdə kumirinin Rocer Federer olduğunu qeyd etmişdir. O, tennisdən əlavə kitab oxumağı sevir və idman psixologiyası ilə də maraqlanır.
Ailəsi əslən Artvinin Arhavi ilçesindəndir.
İstinadlar
Kateqoriya:Tennisçilər Kateqoriya:Türkiyə tennisçiləri Kateqoriya:Türkiyə idmançıları Kateqoriya:İdmançılar Kateqoriya:XXI əsr Türkiyə qadınları