thumb|Qlastonburi Abbeyindəki " Avalon "da Arturun qəbri olduğu iddia edilən yer Kral Arturun tarixiliyi — həm akademiklər, həm də məşhur yazıçılar tərəfindən müzakirə olunmuşdur. Kral Arturun əsl tarixi şəxsiyyət olduğuna dair bir çox iddialar olsa da, mütəxəssislər arasında bu dövrlə bağlı fikir birliyinə görə, o, mifoloji və ya folklor xarakteridir.

Artur haqqında ilk dəqiq qeyd təxminən 828-ci ildə "Historia Brittonum" əsərində verilmişdir, burada o, həmin əsərin yazılmasından 3 əsr əvvəl baş vermiş Badon döyüşündə, V–VI əsrlərdə Roma imperiyası hakimiyyətindəki Britaniyada işğalçı saksonlara qarşı vuruşan bir hərbi lider kimi təqdim olunmuşdur. Artur, Monmutlu Ceffrinin nüfuzlu, lakin əsasən uydurma olan "Historia Regum Britanniae" əsərindən sonra, XII əsrdən etibarən Britaniya məsələsində əfsanəvi bir fiqura çevrilmişdir.

Tarixçilər Artur mifi üçün müxtəlif mümkün mənbələr təklif etmişdir. Bu cür nəzəriyyələrdə qeyd edilən tarixi şəxsiyyətlər arasında müasir Şotlandiyada VI əsrdə yaşamış Dál Riata kralı Artuir mak Aedan; saksonlara qarşı Roma-Britaniya müqavimətinə rəhbərlik edən Ambrosiy Aureliyan; sarmat süvarilərinin II əsr Roma komandiri Lusiy Artoriy Kast; V əsrdə Qalliyaya ekspedisiya zamanı Qal-Roma komandirləri ilə birlikdə visiqotlar əleyhinə vuruşan Britaniya kralı Riotam var. Digərlərinə Uels kralları Oveyn Danvin, Enniaun Girt, və Atrius ap Meyriq daxildir.

İstinadlar

Kateqoriya:Tarixilik Kateqoriya:Ənənəvi Britaniya tarixi