Qartal pəncəsi əməliyyatı (, ) — ABŞ Prezidenti Cimmi Karterin əmri ilə 24 aprel 1980-ci ildə Tehrandakı ABŞ səfirliyində girov saxlanılan 52 səfirlik işçisini xilas etmək üçün ABŞ Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş müvəffəqiyyətsiz bir əməliyyat. Delta Force tərəfindən həyata keçirilən birinci əməliyyatlardan biri olan bu əməliyyat çoxsaylı maneələr və müvəffəqiyyətsizliklərlə qarşılaşmış və sonradan ləğv edilmişdir. Desert One ( və ya ) olaraq adlandırılan birinci yerləşdirmə ərazisinə səkkiz helikopter göndərilmiş, lakin onlardan yalnız beşi işlək vəziyyətdə olmuşdur. Helikopterlərdən birində hidravlik problemlər mövcud idi, biri qum fırtınasına düşmüş, üçüncüsünün isə rotor pərlərində çat əlamətləri mövcud idi. Əməliyyat planlaşdırılarkən belə bir qərar qəbul edilmişdi ki, əgər Desert One ərazisinə çatdıqdan sonra altı ədəddən daha az helikopter işlək vəziyyətdə qalarsa, yalnız dörd helikopterin olması kifayət etsə belə, missiya mütləq formada ləğv ediləcəkdir. Hərbi dairələrdə hələ də müzakirə mövzusu olan bir hərəkətlə əməliyyat komandirləri prezident Karterə missiyanı ləğv etməyi məsləhət görürlər və Karter də bu qərarla razılaşır.
ABŞ qüvvələri Desert One ərazisindən geri çəkilməyə hazırlaşarkən, qalan helikopterlərdən biri əsgərləri və reaktiv yanacağı daşıyan nəqliyyat təyyarəsinə çırpılır. Toqquşma nəticəsində baş vermiş yanğın zamanı hər iki aviasiya vasitəsi də məhv olmuş, həmçinin də səkkiz əsgər həyatını itirmişdir.
Ağ Ev müvəffəqiyyətsiz xilasetmə əməliyyatını gecə saat 01:00-da elan etmişdir. İranın hərbi müstəntiqləri isə səkkiz cəsəd tapıldığını və həmçinin İranın bir mülki şəxsinin də cəsədini tapdıqlarını iddia etmişlər. Lakin, eniş meydançasının yaxınlığında dayanmaqdan imtina edən və tank əleyhinə mərmi ilə vurulduqdan sonra tanker tipli yük maşını partlayan yanacaq maşınının sürücüsünün nəqliyyat vasitəsindən tullanaraq yaxınlıqdakı pikap yük maşınına minərək qaçmağı bacardığı etiraf edilmişdir. C-130 təyyarəsi eniş edərkən, Desert One eniş meydançasının yaxınlığındakı torpaq yolun əks tərəflərində ABŞ əsgərləri tərəfindən dayandırılmış nəqliyyat vasitələrinin yanacaq daşıyan yük maşını və 44 mülki şəxsi daşıyan avtobus olduğu bildirilmişdir. Doqquz tabut düzəltdirilmiş və Ayətullah Sadeq Xalxali doqquz amerikalının öldürüldüyünü iddia etmişdir. Saylarının səkkiz olduğu fərz edilən Amerikan cənazələri 6 may 1980-ci ildə ABŞ-yə qaytarılmış və ölkənin müxtəlif yerlərində dəfn edilmişdir. Avtobusda girov götürülmüş 44 İran vətəndaşı isə azad edilmiş və daha sonra onlar əməliyyatın şahidləri qismində ifadə vermişdilər.Bowden (2006) Səfirlikdə saxlanılan girovlar isə daha sonra edilə biləcək ikinci xilasetmə cəhdinin qarşısının alınması məqsədilə İranın müxtəlif yerlərinə göndərilmişdilər.
İran İnqilabı kontekstində, İranın yeni lideri hesab olunan Ayətullah Ruhullah Xomeyni, missiyanın İranı və onun yeni İslamçı hökumətini hifz etmək üçün ABŞ missiyasını pozan Allahın ("Allahın mələkləri") hərəkəti ilə dayandırıldığını bildirmişdir. Karter isə öz növbəsində iddia edirdi ki, 1980-ci il ABŞ prezident seçkilərində onun məğlubiyyətə düçar olmasının əsas səbəbi bu əməliyyat zamanı girovların azad edilməsinin nəyinki mümkün olmaması, əksinə bu əməliyyatın özünün yeni bir fəlakətlə nəticələnməsidir. Amerikalı girovlar Ronald Reyqanın andiçmə mərasiminin keçirildiyi gün azad edilmişdilər.
İstinadlar
Ədəbiyyat siyahısı
Əlavə ədəbiyyat siyahısı
Olausson, Lars, Lockheed Hercules Production List 1954–2005, Såtenäs, Sweden, annually, no ISBN.
Xarici keçidlər
"The Desert One Debacle" – The Atlantic, May 2006 Operation Eagle Claw: Pictorial overview Airman magazine – Archive of interviews with surviving participants The Holloway Report – The official DoD investigation into the incident Charles Cogan, "Desert One and Its Disorders", The Journal of Military History 67.1 (2003) 201–216
Kateqoriya:Cimmi Karterin prezidentliyi Kateqoriya:1980-ci ildə İran Kateqoriya:1980-ci ildəki münaqişələr Kateqoriya:ABŞ-nin döyüşləri Kateqoriya:İran girov böhranı Kateqoriya:İran tarixi Kateqoriya:ABŞ silahlı qüvvələri